NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 12.12.2018, 11:04

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Səfər Səfərov | Регистрация | Вход

Səfərov Səfər Mirzəbala oğlu 

 

 

     Səfər Səfərov 1908-ci il iyulun 31-də Novxanıda dünyaya gəlib.Orta məktəbi bitirdikdən sonra kənd təsərrüfatına meyli olan Səfər, atasının sədrlik etdiyi Novxanı kolxozunda fəhlə işləyib. Kommunist Partiyasının üzvü  olan Səfəri Ali Partiya Məktəbinə oxumağa göndərirlər.

      Böyük Vətən müharibəsi illərində Sovet-İran sərhədində 402-ci atıcı diviziyasının 839-cu polkunun siyasi rəhbəri olub.

      Müharibədən sonra yenidən təsərrüfat işlərinə qayıdıb və 1946-cı ildə Maştağada yerləşən Maşın-traktor stansiyasına (MTS) direktor vəzifəsinə təyin olunub. Orada çalışdığı dövrdə Novxanı üçün çox iş görüb. Bir müddətdən sonra Mərdəkan qəsəbəsində yerləşən yaşıllaşdırma idarəsinin direktoru olub.



     1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayi və Digah kəndlərinin sahələrində Abşeron Üzümçülük sovxozunun yaradılmasına qərar verilir və S. Səfərova oraya rəhbərlik etmək tapşırılır. Direktorun təşəbbüsi ilə sovxoz üçün yeni qəsəbənin salınması qərara alınır və tezliklə ilk binalar tikilir. S.Səfərovun səyi nəticəsində qəsəbə əfsanəvi partizan, Sovet İttifaqı qəhramanı, novxanılı Mehdi Hüseynzadənin şərəfinə Mehdiabad adlandırılır. 14 il direktor işlədiyi müddətdə sovxozda üzüm istehsalı 6000 tona çatdırıllıb, ş
ərab zavodu istehsala buraxılıb, 300 ailə üçün evlər tikilərək fəhlə bə qulluqçulara paylanıb. Moskvada, Kənd Təsərrüfatı Nailiyyətləri sərgisində Abşeron sovxozunun uğurları dəfələrlə nümayiş etdirilib. Sovxoz bir neçə dəfə SSRİ-nin və Azərbaycan SSR–in keçici qırmızı bayrağlarını alıb.

    
O, dəfələrlə Abşeron  Rayon Partiya Komitəsinin büro üzvü, bir neçə dəfə Bakı şəhər və Abşeron rayon sovetlərinin deputatı seçilib. 1971–ci təqaüdə çıxıb. Bir müddət Bilgəh sanatoriyasında direktor müavini, Mərdəkanda  yerləşən 12 saylı  Birləşmiş  uşaq  xəstəxanasında baş həkimin təsərrüfat işləri  üzrə müavini olub. 

      Məşhur həmyerlimiz 1936-cı ildə Münəvvər Rüstəm qızı ilə ailə qurub və onların 9 övladı  olmuşdur. Fədakar təssərüfat başçısı, qayğıkeş ata, mehriban insan, sadiq dost  Səfər Səfərov, 1991-ci ildə dünyasını dəyişib, məzarı Novxanıdakı ailə qəbristanlığındadır.

   

                                                                 

                                                                         Əliabbas Əlimədətoğlu

 

    

 

Меню сайта

Форма входа

Календарь

«  Декабрь 2018  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Подписаться