NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 01:15

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ağarəfi Təvəkkülov | Регистрация | Вход

Təvəkkülov Ağarəfi Əbdülrəhman oğlu

 

     1945-ci ildə Bakı şəhərində doğulub. 1963-cü ildə 173 saylı orta məktəbi, 1968-ci ildə isə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (dağ mühəndisi ixtisası üzrə) bitirib. İki il hərbi xidmətdə olub. Amur vilayətindəki hərbi hissənin motoatıcı taburunda leytenant rütbəsində rabitə rəisi vəzifəsində qulluq edib.

     1970-71-ci illərdə "Proyektmontaj” ın Zaqafqaziya idarəsində mühəndis işləyib. 1971-ci ilin iyulundan 1972-ci ilin sentyabrınadək Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində rabitəçi texnik olub. 1972-ci il sentyabrın 5-də baş leytenant rütbəsi alaraq Zaqafqaziya hərbi dairəsinin sərəncamına göndərilib. Sentyabrın 21-də Bakı şəhəri Oktyabr Rayon Hərbi Komissarlığında I bölmə rəisinin köməkçisi, 1974-cü ilin dekabrından isə baş köməkçi olub.

     1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini ekstern yolu ilə bitirib. Həmin ilin sentyabrında Zaqafqaziya hərbi dairəsi komandanının əmri ilə kapitan rütbəsi alıb.

     1976-cı ilin dekabrında SSRİ silahlı qüvvələrinin Saratov şəhərində yerləşən təkmilləşdirmə kursunu bitirib. 1978-ci ildə Sumqayıt Şəhər Hərbi Komissarlığında II bölmə rəisi təyin edilib. 1979-cu ildə SSRİ Quru Qoşunları baş komandanlığının əmrinə əsasən mayor rütbəsi alıb. 1983-cü ildə Saatlı rayon hərbi komissarı, 1985-ci ildə isə Oktyabr Rayon hərbi komissarlığında I bölmə rəisi – hərbi komissarın müavini təyin olunub, podpolkovnik rütbəsinə yüksəlib.

     1991-ci ildə hərbi xidmətdən ehtiyata buraxılıb, Azərbaycan Mülki Özünümüdafiə Qüvvələrində kadrlar idarəsində ehtiyat şöbə rəisi vəzifəsinə təyin olunub. Sonralar A. Təvəkkülov N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi, digər hərbi hissə komandirinin sosial-siyasi işlər üzrə müavini, başqa bir hərbi hissənin təşkilat və səfərbərlik şöbəsinin rəisi vəzifələrində çalışıb. Həmin vaxt müdafiə nazirinin əmri ilə ona polkovnik hərbi rütbəsi verilib.

     Hərbi hissə komandirinin verdiyi xasiyyətnamədə yazılıb ki, Ağarəfi Təvəkkülov qulluq etdiyi müddət ərzində özünü yalnız müsbət cəhətdən göstərib. Prinsipial və işgüzardır. Mənəvi cəhətdən möhkəmdir.

 

S. Zeynalov.

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться