NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 08:47

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Zakir Babayev | Регистрация | Вход

Babayev Zakir Nadir oğlu

 


Hacı Zakir Nadir oğlu 1975-ci il yanvarın 20-də Novxanıda anadan olub. 1992-ci ildə Mehdi Hüseynzadə adına orta məktəbi bitirib. Həmin il müqəddəs Məşhəd ziyarətində olub.

Hələ uşaqlıq illərindən dini elmlərə maraq göstərdiyindən 1992-ci ildə İran İslam Respublikasına oxumağa gedir. Ərdəbil şəhərindəki "Mirzə Əli Əkbər”  mədrəsəsinə qəbul olur. 1993-cü ilin may ayında Təbrizin "Talibiyyə” mədrəsə-sində təhsil alır və həmin ilin sentiyabr ayında Qum şəhərinin "Əl-Məhdi” mədrəsəsində təhsilini davam etdirir. İslam elmləri-nin sərf, nəhv, fiqh, üsul, tarix, təfsir, əxlaq və əqaid (islam ideologiyası) elmlərinə mükəmməl  yiyələnir.

Ayətullah Meşkini, Ayətullah Əhmədi Miyanəci, Ayətullah Ənsari və bir sıra digər tanınmış alimlərin əxlaq dərslərində iştirak edib.

Ayətullah Əhmədi Miyanəcinin "Məkasib” kitabının "Mühərrəmə” bölməsi dərsində istirak edib.

Təhsil aldığı illərdə bir neçə kitabı, o cümlədən Şeyx Abbas Quminin "Meracus-səadə” və "İmam Zeynəlabdin (ə)-ın həyatı” kitablarını, Doktor Məhəmməd Ticaninin "Bilik Əhlindən soruşun” kitabını Azərbaycan dilinə çevirib, bir neçə kitabın hazırlanmasında yaxından iştirak edib.

2001-ci ildə doğma yurduna qayıdıb, həm öz kəndində,  həm də Coratda fars, əxlaq, əhkam və əqaid dərslərini tədris etməyə başlayıb.

2005-cı ildə ilk dəfə müqəddəs həcc ziyarətinə gedib. Sonralar - 2006, 2007 və 2008-ci illərdə dəstə rəhbəri kimi həcc ziyarətində, 2009-cu ildə Kərbəla ziyarətində olub.

2005-cı ildən Novxani kəndindəki "Həmzə” məscidinin axundudur. O, həmişə dindarlar arasındadır. "Hacı Səfəralı” məscidində keçirilən Cümə namazlarında moizələri əsasən o səsləndirir və onlar böyük maraqla dinlənilir. Hər bir dindar şəriətlə bağlı suallarına ondan dəyərlı cavablar alır. O, daim öz dini biliklərini artırmaq üzərində çalışır və bunları dindarlar arasında yayır. İnternetdə onun bir neçə elmi məqaləsi dərc olunub. Yeni kitabını nəşr etdirməyə hazırlaşır. Bizim kitabın hazırlanmasında da onun əməyi önəmlidir.

Haci Zakir məscidə axund təyin olunduğu müddətdən bəri orada əsaslı dəyişiklər baş verib. Məsciddə təmir-bərpa işləri aparılıb, bu gün onun zahiri görünüşü zövg oxşayır. Həyətində abadlıq işləri aparılıb, güllər əkilib, dəstəmaz almaq üçün otaq yenidən qurulub, oraya isti su çəkilib. Məsciddə kitabxana açılıb, yüzlərlə cilddə orada kitab toplanıb. Bu quruculuq işləri əsasən dindarların məscidə nəzir verdiyi pulun, və Hacı Zakir başda olmaqla bir qrup kənd sakininin zəhməti hesabına mümkün olub. Xeyriyyəçilər axundun çalışqanlığını görüb bu gün bəzi işlərin görülməsində məscidə yardım göstərirlər.    

 

Vaqif Ağayev

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться