NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 13:36

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əlibaba Hacı oğlu | Регистрация | Вход

Əlibaba Hacı oğlu

 

     Məşhur qoçu Hacı oğlu Məşədinin qardaşı olan bu həmyerlimiz 1870-ci ildə Novxanıda dünyaya gəlib, 90 il ömür sürüb. Ötən əsrin ortalarında o, kəndin müdrik ağsaqqalı kimi tanınırdı, novxanılıların rəğbətini qazanmışdı. Əlibaba kişi qüdrətli bir şəxsiyyətin qardaşı olsa da özünü çox sadə aparırdı, böyüklə böyük, kiçiklə kiçik idi. Yeniyetmələrə, cavanlara ehtiramla yanaşar, maraqlı söhbətləri ilə onları cəlb edərdi.

     Cavanlar arasında hər hansı bir münaqişə baş verdikdə, Hacı oğlunun bir kəlməsi ilə həmin dava-dalaşa son qoyulardı. Böyük Vətən müharibəsi başlananda yaşının çox olmasına baxmayaraq kolxoz təsərrüfatında fəal iştirak edirdi. Başıpapaqlı cavanların cəbhəyə getdiyi bir dövrdə bu fədakar insanın köməyinə ehtiyac çox idi. Əsgər ailələrinə və imkansızlara taxıl, çörək verərdi. Əlibaba kişi Xəzər sahilindəki əncirli-üzümlü bağlarda bir bağban kimi böyük əmək sərf edib. Yaşlı və orta nəsildən olan novxanılılar bu xeyirxah və nurani insan; bu gün də hörmətlə xatırlayır, ona Xudavəndi-Kərimdən rəhmət diləyirlər.

Məmmədəli Əliyev

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться