NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:54

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Davud Kazımov | Регистрация | Вход

                                  

                        Kazımov Davud Mehdi oğlu

 

"Altı yaşında ikən atamı itirmişəm. Sonra ailəmizin bütün üzvləri ilə əmim Kərbəlayı Kazımın himayəsinə sığınmışıq. Əlimə bir parça kağız düşən kimi, qələmlə başlayırdım şəkil çəkməyə. Əmim savadlı adam idi. Ərəb və fars dillərini yaxşı bilirdi. O, rəssamlığa həvəsimi görüb Pionerlər evi nəzdindəki rəssamlıq dərnəyinə apardı. O zaman dərnəkdə ilk müəllimim rəssam Kamil Xanlarov olub. Beləcə, illər ötdükcə, taleyimi həmişəlik rəssamlıq peşəsinə bağladım”. Bu sətirlərin müəllifi Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya gəlib. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1947-ci ildən respublika və ümumittifaq sərgilərinin iştirakçısıdır. İlk əsərləri  "Zuğulba”, "Dəniz sahili” kiçik həcmli mənzərələri, eləcə də mövzusu Sovet ordusu həyatından olan tabloları lirizmi, səmimi, incə koloriti ilə seçilir.

Fırça ustasının yaradıcılığında əmək mövzusu əsas yer tutur. Sonrakı illərdə respublikamızın kənd rayonlarına səfərləri zəhmət adamlarının qadir əlləri ilə yeni vüsət alan doğma diyarımızın gözəlliyini dərindən duymağa sövq edir. Xüsusilə Masallı, Lənkəran və Astara bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik özəllikləri, rəngarəng milli geyimləri rəssamın əsl ilham mənbəyidir.     

Səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə respublika və ümumittifaq sərgilərində sənətsevərlərin böyük rəğbətini qazanıb. "Xəzərin təkində”, "Sağıcılar”, "Yollar” və başqa tablolar mövzunun lirik yozumu ilə obrazların xarakterinə uyğun gəlir. Doğma yurdumuzun əmək adamlarına həsr olunmuş əsərlərində rəssamın öz təbiətinə xas səmimiyyəti, insanlara məhəbbəti rənglərin  dili ilə inandırıcı təsir bağışlayır.

Davud Kazımov Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınıb. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri ayrıca qeyd olunmalıdır. Cənubi Azərbaycanın satirik şairi Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmlər kəskin publisistik təsvir dili, obrazların dinamikliyi, daxili gərginliyi və dramatizmi ilə seçilir.

Fidan balalarımız da yaddan çıxmayıb. Abdulla Şaiqin "Tülkü həccə gedir”, "Yaxşı arxa” kitablarına, Mikayıl Rzaquluzadənin "Ovçu Elişlə qoçaq Aytəkinin nağılı”na, Nəriman Nərimanovun "Pir” hekayəsinə, Xanımana Əlibəylinin "Sənubərin gözləri” adlı şeirlərinə pero və sulu boya ilə illüstrasiyalar çəkib.

Əfsanəvi "Neft daşları”nda xarü-qələr yaradan Xəzər neftçilərinin romantik həyatı, fədakar əməyi rəssamın sevimli mövzularından biridir. O, dəfələr-lə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib. Sərt boyalarla işlənmiş "Neftçilər” tablosunda surətlərin üzündən mərdlik, dönməzlik hissləri oxunsa da, bu nişanələrlə yanaşı, bir rahatlıq, lirik ovqat da duyulmaqdadır. Məşhur neftçi "Qurban Abbasovun portreti” tamaşaçılara bu duyğuları aşılayır.

1980-ci ilin sonunda Davud Kazımov İspaniyanın şəhərlərini, kəndlərini dolaşıb, qədim memarlıq abidələrini seyr edib, muzeyləri gəzib, sadə, qonaqpərvər ispanlarla görüşüb. Sonralar bu əyani material müxtəlif tabloların və mənzərələrin  yaranması üçün zəngin mənbə olub. Elə həmin il "İspaniya silsiləsi”  Davud Kazımovun yaradıcılıq səfərinin hesabatı kimi Bakıda sənətsevərlərin mühakiməsinə verilib və tamaşaçıların rəğbətini qazanıb.

1979-cu ildə Bolqarıstanda yaradıcılıq səfərində olub. Onun tablolarından və rəsmlərindən ibarət "Bolqarıstan silsiləsi” yaradıcılıq səfərinin hesabatı idi.

 Səfərin sonunda Simolin şəhərində maraqlı sərgisi açılıb.

"Atasının Məcnunu Kəbəyə aparması” tablosunun mövzusu dahi Nizami Gəncəvinin "Leyli və Məcnun” mənzum romanından alınıb. Əsər hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında nümayiş etdirilir.

Dünya ədəbiyyatı xəzinəsinin, eləcə də Şərq poeziyasının ən dəyərli incisi olan "Şahnamə” epopeyası... Kitab dahi söz xiridarı Əbülqasim Firdovsinin portreti ilə açılır. Rəssam hökmdarların sərgüzəştlərini, saysız döyüş səhnələrini, cəngavərlərin qəhrəmanlığını, xeyir və şərin mübarizəsini zəngin boyalarla əks etdirən lövhələr yaratmağa nail olub. "Şahnamə” əsərinə çəkdiyi illüstrasiyalar kitab qrafikası sahəsində yaratdığı ən böyük uğurlarından biridir.

Xalq rəssamının əsərlərinin "səyahət coğrafiyası” genişdir: Almaniya, Çexoslovakiya, İtaliya, İraq, Türkiyə və başqa ölkələr.

Hazırda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi binasının interyerini Davud Kazımovun "Abşeron mənzərələri” bəzəyir. İndi bir sıra əsərləri Azərbaycan tarixi, Nizami Gəncəvi adına milli Azərbaycan ədəbiyyatı və Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeylərində  nümayiş etdirilir.

Davud Kazımov Azərbaycan Dövlət Rəssamlıq Akademiya-sının professorudur. Rəngkarlıq fakültəsində dərs deyir.

Professor peşəkar rəssamlığın özəlliklərindən söz açır: "Rəssam rəsm çəkən deməkdir. Rəsm rəssamlığın, necə deyərlər, "fəqərə sütunudur”. Hər bir adam şəkil çəkə bilər, ancaq hər adam sözün həqiqi mənasında  rəssam ola bilməz. Gördüyün, müşahidə etdiyin hər şeyi kətana, kağıza köçürmək hələ rəssam olmaq deyil. Təsviri sənətin bu sahəsi ilə məşğul olanların yüksək bədii təxəyyülü olmalıdır”.

Davud müəllim sonra söhbətinə davam edərək yağlı boya ilə işlədiyi, qələmlə çəkdiyi saysız-hesabsız cizgi rəsmlərini, natürmortlarını göstərir. Deyir ki, emalatxanada işləyib yoru-landa rəsm çəkirəm. Elə bil yorğunluğum çıxır. Natürmortlar çəkməyi çox xoşlayıram. İstedad hər insanda var. Ancaq istedadın üzə çıxması üçün zəhmətə qatlaşmalısan. Yalnız zəhmətlə istedad bir yerdə olanda yaradıcılıq uğurları da olur, sənət sevincləri də. Gənc rəssamlara tövsiyəm odur ki, dəb ardınca qaçmasınlar. Müntəzəm öyrənməkdən, çalışmaqdan utanmasınlar.

Hacı Arif Bahadıroğlu,"Qızıl

qələm” mükafatı laureatı

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться