$WDAY
$, 28.04.2024, 13:40
Sadıqzadə Ümmügülsüm Əbdüləziz qızı
Azərbaycan şairi Ümmügülsüm Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani
ailəsində doğulmuşdur. Məhəmmədəmin Rəsulzadənin əmisi qızıdır. Ailəsi uzun
müddət M.Ə.Rəsulzadənin ailəsi ilə bir həyətdə yaşamış, sonralar Ümmügülsümün
bacısı Ümmülbanu xanım M.Ə.Rəsulzadə ilə ailə həyatı qurmuşdur. Ümmügülsüm 9 yaşından şeir yazmağa
başlamışdır. "İqbal”, "Yeni iqbal”, "Açıq söz”, "Qurtuluş”, "Dirilik”, "Məktəb”,
"Qardaş köməyi”, "Azərbaycan” və s. qəzet və jurnallarda şeirləri, hekayələri dərc
edilmişdir. "Solğun çiçək” hekayəsi "Qurtuluş” jurnalının elan etdiyi müsabiqədə
mükafata laiq görülmüşdür. Sonralar jurnalın redaktoru, görkəmli yazıçı Seyid
Hüseynlə tanış olmuş, ailə qurmuşdur. Gələcək həyat yoldaşını şəxsən tanımazdan
qabaq tez-tez mətbuatda imzasına rast gəlir
və həmin dövrdə Azərbaycan qadınlarının azadlığa çıxmasını, hüquqlarının
qorunmasını, ictimai işlərdə fəal iştirak etməsini arzulayan Seyid Hüseyn
Ümmügülsüm kimi gənc Azərbaycan qadınının bu uğuruna sevinir və onun şəxsiyyəti
ilə maraqlanırdı. Çox keçmədən həm Seyid Hüseyni, həm Ümmügülsümün ailəsini
yaxından tanıyan Hüseyn Cavid C.Məmmədquluzadənin "Ölülər” pyesi birinci dəfə
Bakida səhnəyə qoyulanda teatrda onları tanış edir. Beləliklə Seyid Hüseyn
çoxdan bəri maraqlandığı qızı görüb bəyənir. İyirminci illərin keşməkeşli günlərinin
başlanmasına baxmayaraq onlar tezliklə evlənib xoşbəxt həyat sürməyə
başladılar. Məhəbbət,bir-birini başa düşmək, mənəvi və ədəbi yaxınlıq bütün çətinlikləri aradan
qaldırmağa kömək edir. 1918-20 illər
Ümmügülsüm yaradıcılığının ən məhsuldar dövrüdür. O, Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasını sevinclə qarşılamış, şeirlərində xalqımızın milli istiqlala qovuşmasını tərənnüm etmişdir. Bütün başqa
xalqlar kimi Azərbaycan xalqının da azad yaşamaq hüququnu müdafiə edən şair, milli istiqlalın
qorunmasına çağırış ruhlu əsərlər ("Türk ordusuna”, "Ey türk oğlu!”, "Çəkil, dəf
ol!”, "Əsgər anasına”, "Dərdli nəğmə”, "Yurdumuzun qəhrəmanlığına”, "Yollarını
bəklədim” və s.) yazmışdır
1920 ci il aprelin 28-də Cümhuriyyətin devrilməsi ilə ələqədar "Hicran”
şeirində yazırdı: Ayrılınca hilal qaşlı yarımdan, Mən yaşlara batdım geymədim əlvan. Düşünüb o yıldız gözləri hər an, Ağlarkən kəndini yorma dedilər. Könül şəkvəsini kimə söyləsin, Qəlbimin dərdini kimlər dinləsin? Səni sevən, sənsiz ömrü neyləsin? Dalınca qoşarkən, varma dedilər... Günəşim bir daha doğmayacaqmı? Vəhşi qaranlığı boğmayacaqmı? Kölgələri şərəf qovmayacaqmı? Sordum ümidini qırma dedilər. "Bayrağım enərkən”
şeirində isə deyilir. Yazıq
səni Bayrağım, endirdilər, öyləmi? Səni
yıxıb devirən o zəhərli ruzigar, O
haq yeyən haqsızlar, vəhşilər, tanrısızlar Yanar
ocağımı da söndürdülər, öyləmi? Bir
röyamı oldu o, gördüklərim, həpisi? Bağlandımı
üzümə türk elinin qapısı?
1937 ildə Seyid Hüseyn həbs
edildikdən sonra Ümmügülsüm də "xalq düşməni”nin arvadı kimi bir müddət Bayıl həbsxanasında
saxlanıldıqdan sonra, Rusiyanın Mordva vilayətinə 7 illik həbs düşərgəsinə göndərilmişdir,
əsərləri yasaqlanmışdır. 30-cu illər ədəbi tənqidində Ümmügülsüm Cumhuriyyət
dövründə yazdığı şeirlərdən daha çox, "Hicran” və "Bayrağın enərkən” şeirlərinə
və M.Ə.Rəsulzadəyə həsr etdiyi "Bən” şeirinə görə "xalq düşməni”, "sosializmin
düşməni”, "müsavatçı” kimi ittiham edilmişdir. Bu şeirlər 20-30-cu illərdə
Türkiyədə, Azərbaycan siyasi mühacirləri arasında dillər əzbəri olmuş, M.Rəsulzadə
mühacirətdə yazdığı əsərlərində onlardan xüsusi bəhs etmişdir. Ümmügülsüm, eyni zamanda, 1937-ci ildə
Bayıl həbsxanasında bolşevik rejimini ittiham edən şeirlər yazmış yeganə Azərbaycan
şairidir. "Xəzərə xitab” şeiri bu cəhətdən səciyyəvidir. Şair dənizə müraciətlə
yazırdı: Darmadağın eylə dalğalarınla Bizi
dar divara alan qalanı. Heçliklərə
sovur nalələrinlə Çıxılmaz
tilsimə salan qalanı. Nəymiş
təqsirimiz, neyləmişik biz? Bunu
sən sual et, mənim dilim yox. Hansı
xəyanətin şərməndəsiyiz? Bunu
sən sual et, mənim dilim yox. Ümmügülsüm 7 ildən sonra Bakıya
dönsə də, onun burada yaşamasına icazə verilməmiş, Şamaxıya sürgün olunmuş və
orada vəfat etmişdir. Qızı Qumral Sadıqzadə atası Seyid Hüseynə həsr olunmuş
"Son mənzili Xəzər oldu” romanının 2-ci hissəsində Ümmügülsümdən də geniş bəhs
etmişdir. Qızı Qumral atasının yolu ilə gedib,
yazıçıdır. Oğlanları Oqtay və Toğrul (vəfat edib) dünyada tanınmış rəssamlardır.
Digər oğlu Çıgatay isə fəhlə batalyonundakı ağır katorqa işləri nəticəsində vərəm
xəstəliyinə tutulub, 24 yaşında vəfat edib. Vaqif Ağayev
|
Меню сайтаКалендарь
Архив записейПодписаться |