NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 15:07

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Elçin Cabarov | Регистрация | Вход

Cabarov Elçin Ağarza oğlu

Hələ böyük sənət yoluna qədəm basmamışdan bir neçə il əvvəl onda, gələcək yaradıcı insanda işartılar sezilir, peşə cücərtiləri "göyərirdi”. Bunu hamıdan öncə rəsmdən dərs deyən Kamran müəllim hiss etmişdi.

1980-ci ildə İrəvanda uşaq rəsmlərinin ümumittifaq müsabiqəsi keçirilirdi. Müsabiqəyə 6-cı sinif şagirdi Elçin Cabarovun akvarel və quaşla çəkdiyi rəsmləri göndərilmiş, özü də İrəvana dəvət olunmuşdu. Təəssüf ki, üzrlü səbəbdən Elçin ora gedə bilməmişdi. Balaca rəssamın heyranlıqla, sevə-sevə oxuduğu Aleksandr Dümanın, Viktor Hüqonun, Valter Skotun və başqa Avropa yazıçılarının əsərlərindəki epizodları, qəhrəmanların başına gələn əhvalatları illüstrə edən rəsmləri müsabiqədə uğurla göstərilmiş, əsas yerlərdən birini tutmuşdu.

Elçin Ağarza oğlu Cabarov 1967-ci ildə Bakıda dünyaya göz açıb. 176 saylı orta məktəbdə 8 il oxuduqdan sonra indiki Bakıxanov (keçmiş Razin) qəsəbəsində rəssamlıq təmayüllü texniki peşə məktəbində 3 il təhsil alıb. Müəllimi İsmayıl İsmayılovla birgə məktəbin interyerinin bəzədilməsində elmə, maarifə, təhsilə aid divar rəsmləri, plakatlar çəkib. Bakının müxtəlif istehsalat müəssisələrində o zamankı sosializm ideologiyasını,  əməyi, sosializm yarışını təbliq edən şüarlar yazıb.

Elçin Cabarov 1990-cı illərdən respublikada keçirilən ənənəvi payız sərgilərinin daimi iştirakçısıdır. Sənətsevərlər hər dəfə onun  müxtəlif janrlarda yağlı boya ilə çəkdiyi tablolarını,  eləcə də, yaradıcılığının digər sahəsi – kiçik ölçülü dekorativ heykəltəraşlıq nümunələrini rəğbətlə qarşılayıblar.

1991-1997-ci illərdə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keramika fakültəsində peşəkarlıq vərdişlərinə yiyələnib. O, 1997-ci illərdən bəri yaradıcılıq imkanlarını əsasən kitab qrafikası sahəsinə yönəldib.

Elçinin  illüstrasiyaları ilə nəşr edilmiş "Qabusnamə” kitabı 2006-cı ildə Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi  ölkələrinin kitab müsabiqəsində birinci yet tutub.

Gərgin yaradıcılıq axtarışları, bilik mənbəyi olan kitaba sevgi bir il sonra Elçinə yeni yaradıcılıq uğuru gətirib. Moskvada təşkil olunan beynəlxalq kitab sərgisində  rəssamın Azərbaycan yazıçısı Kamal Abdullanın "Tarixsiz gündəlik”,  Tamara Kryukun "Kostya və Nika”, Georği Mişevin "Atalı-analı yetim” əsərlərinin toplusu kitablarına çəkdiyi illüstrasiyalar birinci yerə layiq görülüb. Görkəmli xalq yazıçısı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 3 cildliyinə daxil edilmiş "Bir gəncin manifesti”, "Dirilən adam”, "Yolumuz hayanadır” romanlarının və kiçik hekayələrinin toplusuna çəkilmiş illüstrasiyalar müasir kitab qrafikasının tələblərinə cavab verən nəfis tərtibatı ilə seçilib. Əsərlərdəki tarixi dövr, mühit, qəhrəmanların keçdiyi həyat yolu haqqında dolğun təsəvvür yaradıb.

"Köhnə Bakı” albom kitabı Elçin Cabarovun qrafika sahəsində getdikcə püxtələşdiyini, əsl peşəkar vərdişlərə yiyələndiyinin əyani  göstəricisidir. Fotonun, həssas müşahidənin və bədii təxəyyülün uğurlu sintezidir bu lövhələr.  Ulularımızın yüz illərlə ömür-gün sürdüyü "daşda bəstələnmiş” İçəri şəhər... Milli memarlığımızın ölməz sənət abidəsi olan bu doğma yurdun tipik səciyyəvi mənzərələri böyük məhəbbətlə rəsmlərə "köçüb”.

Jurnalist Çingiz Sultansoyun "Zerkalo” qəzetinin 2009-cu il 10 yanvar tarixli sayında  çap olunmuş  "Köhnə Bakı Elçin Cabarovun gözü ilə və ya albom rəssamın baxışı ilə nədən danışır” adlı məqaləsi bu əsərə həsr olunub.

Sənətşünas Sevda Həbibova Çingic Sultansoya verdiyi qısa müsahibəsində "Köhnə Bakı” albom-kitab barədə təəssüratını bildirib:

-          "Qədim Bakını, İçəri şəhəri Azərbaycanın bir çox tanınmış  rəssamları çəkib. Ancaq Elçin Cabarov öz fərdi yaradıcılıq üslubu, manerası ilə başqalarından seçilir. Elçin  bitkin kompozisiya, ahəngdar, tamamlanmış vərəqlər yarada bilir və bütün bunlar ayrıca müstəqil əsər kimi baxılır. Albomda toplanmış qrafik silsilələr  

Bakının mənzərəsini, qədim memarlığını tipik-səciyyəvi guşələrini inandırıcı əks etdirir.”

         İstedadlı rəssam Elçin Cabarovun "Köhnə Bakı” albom-kitabı paytaxtımızla əsla tanış olmayan şəhərimizin qonaqları, eləcə də, zamanın qovğalarından tədricən bizdən uzaqlaşan İçəri şəhəri doğmaları kimi sevən sakinləri üçün də gözəl töhfədir.

         Elçin Cabarov gələcək işləri barədə qısaca bildirdi:

-     Ən böyük arzum fərdi sərgimi açmaqdır. Sərgi açmaq məsuliyyətli işdir, tamaşaçılar qarşısında hesabatdır. Hələ ki, buna hazır deyiləm. Çoxəsrlik zəngin folklorumuz, qəhrəmanlıq dastanlarımız məni çoxdan düşündürür. Çox istərdim ki, dastanlarımızda baş verən tarixi hadisələri rəsm  dili ilə "danışdırım”.

 

                                                                                                               Hacı Arif Bahadıroğlu,

                                                                                                   "Qızıl qələm” mükafatı laureatı

 

 

 

               

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться