NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 21:50

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əlikövsər Əliyev | Регистрация | Вход

Əliyev Əlikövsər Əlimədət oğlu

 

     998-ci marşrutun avtobusu Binəqədidən çıxıb Novxanıya doğru irəliləyəndə yanımda əyləşən ağsaqqal sevinclə dilləndi:

     -  Allah rəhmət eləsin Mehdiyə və Novxanının təəssübkeş oğullarına. Vaxtilə qış aylarında bu magistralda, daha doğrusu, keçmişdə yağışlı havalarda dizəcən palçığa bulaşdığımız yolda çox əziyyət çəkmişik.

     Kişinin sözünə qüvvət verdim:

     -  Yaxşı yadımdadır, qardaş, o vaxt bu yolla yalnız traktor hərəkət edə bilərdi. Bu yolun çəkilməsinin əsas səbəbkarı əfsanəvi partizan Mehdi Hüseynzadənin qəhrəmanlığı olub. Magistralın taleyi bizim ata evimizdə, o vaxt kolxoz sədri olan qardaşım Əlikövsərin başçılığı altında həll edilib. Həmin dövrdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri olan Sabit Orucov və Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, həmyerlimiz Ağadadaş Axundov bu işə təkan veriblər. Əlikövsər tikinti işlərini gündəlik nəzarət altında saxlayıb, yolçəkənlərin bağ-bostan məhsulları və südlə təmin edilməsinə qayğı göstərib.

     Novxanıda dünyaya gələrək orada ömrünün sonunadək yaşayıb işləyən xeyirxah rəhbərlərdən söhbət düşəndə Əlikövsər Əlimədət oğlunun adı həmişə birincilər sırasında çəkilir. Böyük Vətən müharibəsi illərində kolxozun mühasibi olan bu şəxsiyyət cəbhə üçün tank pulu yığılmasının təşəbbüskarı olub. Ötən əsrin əllinci illərində Novxanı kənd Sovetinin sədri, sonralar kolxoz sədri(bir müddət eyni zamanda həm də kənd Soveti sədri), sovxoz direktoru vəzifələrində çalışıb. Kənd əhlini dolandırıb. Əlikövsər kolxoz sədri seçiləndən bir il sonra təsərrüfat üzvlərinin əmək haqqını 3 manatdan 25 manata qaldırmışdı. Bu təsərrüfata «milyoner kolxuz» deyirdilər.

Təkcə Novxanıda deyil, ətraf kəndlərdə də onun böyük nüfuzu vardı. Onların xeyir-şər məclislərində hörmətli qonaq kimi iştirak edirdi. Uzaq qohumlarımızdan biri maşını yaxşı idarə edə bilmədiyindən fatmayılı cavanı vurub öldürmüşdü. Ölən oğlanın qardaşı qisas alacağına and içmişdi. Əlikövsər hüzr yerinə gedib ağsaqqallarla, mərhumun atası ilə söhbətləşəndən sonra düşmənçiliyə son qoyuldu. Bina bənzər hallar çox olub.

     Bəzi rəhbər işçilər də Əlikövsərin xətrini istəyirdilər. Yalnız novxanılıların deyil, bütün Azərbaycan xalqının fəxri, SSRİ qaz sənayesi naziri Sabit Orucov hər dəfə Moskvadan Bakıya gələndə Novxanıya baş çəkər, Əlikövsərlə görüşər, məsləhət verərdi. Belə görüşlərdən birinin baş tutmasında yaxından iştirak etmişəm.

     İsti yay günlərindən biri - axşam üstü idi. Nəsə aparmaq üçün qardaşım Babanın "alabaşı” ilə bağdan - kəndə -ata evinə gəlmişdim. Siqnal səsi eşitdim. Qara limuzin qapıda dayanmışdı. Maşından düşən bəstəboy kişi salam verib Əlikövsəri soruşdu. O vaxtadək bu adamı yaxından görmədiyim üçün tanıya bilmədim. Lakin hiss elədim ki, Moskvadan gəlib və qardaşımın dostudur. Əlikövsərin bağda olduğunu eşidəndə qonaq mənə təklif etdi ki, onun maşınına əyləşib gedək.

     Mehribanlıqla gülümsünüb "alabaşı” göstərərək dedim:

 - Mən bunu da aparmalıyam, gəlin ardımca.

Kənddən çıxıb sürəti artırdım. Əlikövsərin bağına çatıb yerə düşərək qonaqdan soruşdum:

 - Sizi ləngitmədim ki?

 - Yox əşi! – deyə müsahibim gülümsündü. – Sənə şata bilmirdik ki!

Qardaşımın bostanda olduğunu öyrənən kimi qonağa dedim:

 - Siz əyləşin həyətdə, istəyirsiniz bağı gəzin. Ağşanını meynədən dərməyin öz ləzzəti var. On-on beş dəqiqəyə Əlikövsəri gətirərəm.

Moskvalı dərhal dilləndi:

 - Qardaşım, biz dəvəsi ölmüş ərəbik. Gedək bostana.

Bu, SSRİ hökumətinin üzvü Sabit Atababa oğlu Orucov idi. Bostanda Əlikövsərlə

qucaqlaşıb öpüşdülər. Dərhal kəsilən qarpızı bıçaqla dilimləyib ləzzətlə yeyən kişi gözümüzdə daha da ucaldı. Ali qonağın gəlişini eşidənlər az sonra onu dövrəyə alaraq suallar verdilər. SSRİ naziri gedəndən sonra adamlar heyrətlərini bildirdilər: "Nə qədər sadə, nə qədər xeyirxah insandır həmyerlimiz!”. Bir neçə gündən sonra kənddə yeni məktəb binasının tikintisinə başlandı.

     Qardaşımın böyük oğlu Hacı Balaəli atasından sonra uzun illər kənd Sovetinin sədri - Abşeron Rayon İcra hakimiyyəti başçısının Novxanı qəsəbəsi üzrə nümayəndəsi olub.

     Üç il öncə dünyasını dəyişən Hacı Əlikövsərin yeri bu gün necə də görünür!

 

 

                                                                                                 Əliabbas Əlimədətoğlu

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться