NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 05:13

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Heydərov Yaşar Kamil oğlu | Регистрация | Вход

Heydərov Yaşar Kamil oğlu

    Yaşar Kamil oğlu heydərov 1972-ci il sentyabrın 20-də Novxanı kəndində anadan olub.

     M.Hüseynzadə adına orta məktəbin səkkizinci sinfini bitirib. 1990-cı ildə hərbi xidmətə çağırılan Yaşar altı ay Almaniya Demokratik Respublikasında qulluq etdikdən sonra Qroznı şəhərində hərbi xidmətini davam etdirib. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətənə qayıdıb və öz xahişi ilə cəbhə bölgəsinə gedib. O, Laçın, Ağdam, Goranboy, Naxçıvanik uğrunda gedən vuruşlarda iştirak edib, qəhrəmanlıq göstərib. 1991-ci ilin dekabrında ayağından yara alıb geri qayıdıb, sağaldıqdan sonra yenidən döyüşə yollanıb.

     Altı ay sonra – 1992-ci il iyunun 12-də isə Naxçıvanik uğrunda gedən döyüşdə yenə də ağır yaralanıb, Bakıya hərbi qospitala gətirilib, ayağı kəsilib. Lakin güllə zəhərli olduğundan Yaşarı xilas etmək mümkün olmadı. On gün sonra o, dünyasını dəyişdi.

     Novxanı kənd qəbristanlığında dəfn olunub.

     Adı əbədiləşdirilərək Novxanı kəndindəki 13 saylı uşaq bağçasına verilib.

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться