NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 20:59

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Faiz Behişt oğlu | Регистрация | Вход

Nağızadə Faiz Behişt oğlu

 

Bismillahir-rəhmanir-rəhim.

Gözümü dünyaya açandan "Allahu Əkbər” sözü, azan səsi eşitmişəm. Bu sözün, bu səsin ecazı ruhuma hakim kəsilib. Atam və anam namaz qılan, oruc tutan adamlardır. Ilk müəllimim böyük bacım Rəfiqə xanım olub. Qurani-Kərimi o öyrədib mənə. 4-cü sinifdə oxuyanda kəndimizdə hamının əsl mömin dindar kimi tanıdığı Xədicə xanımın mənzilinə gedərdik. O zaman İslam dininin təbliği yasaq olunduğundan Xədicə xanım Qurani-Kərimin oxunuşu, qiraət qaydalarını gizli öyrədərdi bizə.

 Ramazan ayında hər gün növbə ilə bir cüz Quran oxuyardıq. Bu dərslərdə Xədicə xanım səhvlərimizi düzəldərdi.

O, "ömür təqvimini” vərəqlədikcə, qeydlərimi köçürürdüm yaddaş dəftərimə: Hacı Faiz Behişt oğlu Nağızadə 1958-ci ildə Bakının Novxanı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra orduda hərbi mükəlləfiyyət borcunu yerinə yetirib. 1981-ci ildə  Buxaradakı  "Mir Ərəb” mədrəsəsində dini təhsil alıb. 1986-cı ildə Daşkənd İslam Universitetini bitirib. Özbəkistan paytaxtından vətənə dönəndən sonra, Naxçıvanda baş axund təyin edilib. 1989-cu ildən 1996-cı ilədək Bakı İslam Universitetində prorektor vəzifəsində çalışıb.

O, 1994-1997-ci illərdə dəfələrlə Malayziyada, İranda, Mərakeşdə, Misirdə keçirilən beynəlxalq Quran qiraəti müsabi-qələrinin uğurlu iştirakçısı olub. Neçə vaxtdır ki, Təzəpir məscidində pulsuz-təmənnasız Qurani-Kərimin qiraəti və öyrədilməsi dərslərini tədris edir. 4 ildir Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Həccə gedən zəvvarlara əmirəl-həcc təyin olunub.

Təzəpir məscidinin baş axundu Hacı Faiz Nağızadənin "Qiraət qaydaları” kitabı təcvid elmindən – yəni Allah kəlamının düzgün oxunuş qaydalarından bəhs edir. Müəllif mənəvi-əxlaqi dəyərlər toplusu - Müqəddəs  Kitabımızın düzgün oxunuşunda təcvid elminin çox önəmli olduğunu xüsusi vurğuladı:

Qurani-Kərim bir milyarddan artıq insanın etiqad etdiyi Böyük Yaradanın möcüzəsi kimi milyonların canına, qanına hopur. Rəvayətə görə, Peyğəmbər Əleyhissəlamın ən yaxın səhabələrindən biri, Əbdüllah bin Məsud Quranı gözəl səslə, avazla oxuyanda Rəsuli-Əkrəm ağlayarmış. Quranı oxuyan hər bir şəxs  düzgün və xətasız qiraət etmək üçün təcvid qaydalarını öyrənməlidir. Təcvid sözünün mənası yaxşılaşdırmaq, kamil-ləşdirmək və gözəlləşdirməkdir. Əgər təcvidi bilməsən, savab qazanmaq əvəzinə, günah etmiş olarsan. Belələrini söz mülkünün sultanı, ünlü şairimiz Məhəmməd Füzuli qınağa çəkib:

                  Ey xətaləfzilə Quranın şükuhun sındıran,

                  Möcizi-ayati-Qurandan həzər qılmazmısan?

                  Hər əlif bir xəncəri-xunrizi bürrandır sənə,

                  Xəncəri-xunrizi-bürrandan həzər qılmazmısan?

                  Bir həkimi-kamilin darüş-şəfayi-hikmətin

                  Etmək istərsən xərab, ondan həzər qılmazmısan?

Çoxdan hamını narahat edən bir məsələ ilə bağlı sualımı baş axunda  ünvanladım:

- Hacı, etiraf edək ki, bəzən indi də, yas mərasımlərində dini savadı olmayan, naşı adamlar İslam dininin ali, mənəvi-əxlaqi dəyərlərini gözdən salır. Belələrinə qarşı necə mübarizə aparırsınız?

- İslam xurafat deyil, ən mükəmməl, mütərəqqi dindir. Qurani-Kərimin "Ali-İmran” surəsinin 85-ci ayəsində buyurulur: "Kim İslamdan başqa bir din ardınca gedərsə,  heç vaxt ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar”.

- 5 ildir ki, Qafqaz Müsəlmanları İdarəsində attestasiya komissiyası yaradılıb. Mən də həmin komissiyanın üzvüyəm. Məqsəd Azərbaycanın bütün bölgələrinin ibadətgahlarında çalışan dindarların əqaid, sərf-nəhv, Quranın təcvidi haqqında  biliklərini  yoxlamaqdır. Attestasiyadan keçən məscidlərin axundları, imamları komissiyanın verdiyi rəyə görə, yas mərasimlərini idarə etmə hüququ qazanır. Həmin şəxsə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən vəsiqə verilir.

- Təzəpir məscidinin bərpası və yenidən qurulması işləri tamamlandıqdan sonra indi hər həftə cümə  namazları qılınır. Namazdan əvvəl Hacı Məhəmməd Quliyev və mən moizələr edirik.

İslam peyğəmbərindən və məsum imamlarımızdan bizə gəlib çatan hədislərdə  dəfələrlə  vurğulanıb ki, bizim dilimizdən hər hansı bir hədis sizə söylənilsə, həmin hədisi Quran ilə uzlaşdırın. Əgər Qurana müvafiq gələrsə, onu qəbul edin. Əks təqdirdə, onu qəbul etməyin.

Biz də Allah-Təalanın buyurduqlarını, Peyğəmbərimizin və məsum imamlarımızın mübarək kəlamlarını rəhbər tutaraq dindarlarımızın daim maariflənməsinə, bu yolla savadsızlıqlarının aradan qaldırılmasına çalışırıq.

     - Hacı, müsahibəyə görə təşəkkür edirəm.

     - Sağ olun, Allah köməyiniz olsun!

                                                                                                                     

 Hacı Arif  Bahadıroğlu "Qızıl qələm” mükafatı laureatı

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться