NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 21:27

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əsədin macaraları-2 | Регистрация | Вход

                                                         Əvvəli (bura basın)

Əsədin macaraları

 *   *   *

Əsədin arvadi Səliməxanım şəhərə satmağa süd-qatiq aparır. Qadin hind kinosunun pərəstişkarı olduğundan özünü saxlaya bilməyib, südü satdıqdan sonra kinoya bir bilet alir. Evə qec qayıdan arvadı qapida Əsəd əsəbi halda qarşılayır:

- Niyə gec gəldin?

Arvad özünü itirmədən cavab verir:

- Gələndə yolda probkaya düşdüm.

Əri qışqıra-qışqıra:

-         Bu yola o qədər probkanı hansı köpəkoğlu töküb!

 

      

                                       *   *   *

 

     İşdən evə qayıdarkən Əsəd görür ki, qonşusu, rus Kolya yenə içib, arvadini döyür. Kişi fikirləşmədən girir qonşusunun evinə, onları ayırır və qonşusuna bir sillə vuraraq deyir:

    - Kişi də arvada əl qaldırar?!

    Kolya arvadını yanına salıb gedir polisə. Şikayət yazır, arvadı da buna şahidlik edir. Bu hadisəyə görə Əsədin başı çox ağrıyır. Bir müddət keçəndən sonra yenə də işdən qayıdarkən qonşusunun arvadını döydüyünü qörüb, ayaq saxlayır, pəncərədən boylanıb səslənir:

    - Alə, Kolya, ağzının üstündən vur, bəlkə ondan adam oldu!

 

 

                                       *   *   *

 

        Əsəd bərbərxanada oturub öz növbəsini gözləyən zaman Ağagül içəri daxil olub təngnəfəs deyir:

    - Əsəd, atan səni axtarir, özü də çox hirslidir, əlində də çomaq.

    Cavan tez durub qaçır evə. Lakin görür ki, onu heç kim axtarmır. Başa düşür ki, Ağagül növbəsindən istifadə etmək üçün onu aldadib.

    Bir müddət keçəndən sonra Əsəd şəhərdən qayıdarkən baş vermiş avtomobil qəzasının şahidi olur, ciddi xəsarət alanlar vardı. O özünü elə aparır ki, guya qəza onu gözü qarşısında olub. Müstəntiqin sorğusuna Ağagülün adını və ünvanını yazdırır. Müstəntiq izahat yazmaq üçün onu bölməyə çağıracağını söyləyir.

     Bir həftə sonra Əsəd yaşıdı ilə rastlaşır:

      - Ağagül, hardan gəlirsən,

      - Bir həftədir bu polislərin əlindən təngə gəlmişəm. Axı adamı nə qədər bölməyə cağırarlar? Başa sala bilmirəm ki, heç nə görməmişəm, heç orada olmamışam da.

     Deyilənə görə Ağagül altı ay bölməyə get-gəl edib, izahatlar yazıb.

Cavanşir Manafov

 

                                                                             ***

    Əsədin məhkəməsi yekunlaşır. Hakim prokuror və vəkildən sonra Əsədə müraciət edir:

-         Müttəhim, son söz sizindir.

   Əsəd ayağa qalxır:

-  Atamla razılaşmısız da,  50 min!

Hakim:

      - Hörmətli  prokuror,  deyəsən bu uşağın törədilən cinayətdən həqiqətən də xəbəri yoxdur. Gəlin, bunu   azad edək.

                                      

* * *

        

Əsəd polisin əməkdaşının atasının yas məclisində mollalıq edir. Söhbətində bir neçə dəfə polis işçilərinə sataşır. Məclisin sonunda polislər onun qabağını kəsirlər:

-         Molla əmi, polisə çox sataşdın ha! Qorxmursan ki, basdırarıq səni?

Əsəd cavabında:

- Məni bacdırsoz, uzaq başı 3-4 il yatıb çıxacağam. Siz qorxun ki, mən basdırmayım. O birdəfəlik olur.

 

                                                 * * *

Məktəbli Əsədi bayram günü anası şəhər bazarına göyərti satmağa göndərir. Həmin günlər adətən  göyərtiyə tələbatın böyük olmasını nəzərə alıb dəstələri  balaca bağlayırlar. Əsəd bazara çatıb kisəsini açan kimi, növbə düzülür. Panamalı, qalstuklu bir kişi göyərti dəstələrinin kiçikliyinə işarə vuraraq Əsədə qayıdır:

-         Göyərtini çəki ilə satırsan?

Əsəd satışı dayandırmadan cavabında:

-         Yox alə, metrə ilə!

              Vaqif Ağayev

                                                        

                                                          * * *

        Bir gün Əsəd eşşəklə gedirmiş. Qabağına şişman bir qadın çıxır. Əsədə sataşmaq məqsədi ilə soruşur:

        -         Deyirlər, eşşəyə minənin bəxti açılır. Mən bu eşşəyə minsəm, bəxtim açılar?

Əsəd:

    -    Deyə bilmərəm,  sənin baxtun açılar, ya yox, amma, onu dəqiq bilirəm ki, sən    

       bu eşşəyə minsön, eşşək bədbaxt olar.

 

                              

* * *

        Əsəd bir nəfərin atasının yas mərasimində mollalıq edirdi. Zindandan çıxmış  şəxs məclis boyu oradakı həyatından danışırdı. Birdən Əsədə tərəf dönüb:

         -         İncimirsən ki, mən söhbət eliyirəm?

         -         Nöşün inciyirəm, məclis atoundu,  özün bilərsən.

         -         Sən inciməməlisən, mən yatdığım həyatdan danışıram.

Əsəd:

-         Yox, burda səninlə razılaşmıram, sən yuxularından danışırsan, mənsə  ayıq  vaxtımdan (reallıqdan).

 

                                  * * *

        Əsəd eşşəyin üstündə dəniz kənarı ilə gəzərkən RAF maşınının batdığını görüb, sürücünün köməyinə gəlir. Onun hamar yolu qoyub kəsmə, palçıqlı yoldan keçərkən batdığının şahidi olur. Köməkləşib maşını çıxardırlar. Sonra Əsəd  həmin yerdən eşşəyinin keçirilməsinə köməklik etməsini  sürücüdən xahiş edir. Əsəd eşşəyin noxtasını dartır, sürücü də arxadan itələyir. Amma, eşşək ayaqlarını yerə dirəyib palçıqlı yoldan keçmir. Əsəd sürücüyə:

-         Gəl buraxaq  heyvanı, qoy özü istədiyi yolla getsin.

Belə də edirlər. Eşşək dolayı gedib hamar yola çıxır.

Əsəd sürücüyə:

-         Qaqaş, gələn dəfə bu yolu adam kimi yox, eşşək kimi keçərsən, onda batmarsan.

      

Molla Rövşən.


Rəssamlar: Elçin və Zöhrab Cabbarovlar


 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться