NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 19:40

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ağaməmməd Abdullayev | Регистрация | Вход

На русском языке


Abdullayev Ağaməmməd Səməd oğlu

                  

    Ömrünü xalqının maariflənməsinə, savadlanmasına sərf etmiş ziyalılardan söz düşəndə alim-metodist Ağaməmməd Abdullayev hörmətlə yad edilir. Onun Azərbaycan dilinin tədrisi sahəsində geniş xidmətləri olub. Professor A.Abdullayev Azərbaycan dilinin tədrisi metodikası elminin yaradıcısı, orta və ali məktəb dərsliklərinin, elmi-metodik vəsaitlərin, yüzlərlə elmi-publisistik və metodik məqalənin müəllifidir. 

O, 1909-cu ildə Bakının Novxanı kəndində dəmirçi ailəsində dünyaya gəlib.

Ağaməmməd Abdullayev zəhmətkeş və məhsuldar alim idi. 50 illik əmək və elmi fəaliyyəti dövründə 80-dən çox böyük həcmli monoqrafiya, dərslik və dərs vəsaitinin, 500-dən artıq elmi-publisistik məqalənin müəllifi olub. Onu həmişə iş başında görmək olardı.

Ağaməmməd müəllim Azərbaycanda metodika elminin əsas bayraqdarı sayılırdı. O, SSRİ adlanan məkanda fənlərin tədrisi metodikası sahəsində ilk pedaqoji elmlər doktoru elmi adı alan dörd nəfərdən biri idi. Böyük alim həm orta, həm də ibtidai məktəblər üçün ana dilinin tədrisi metodikası elminin proqramını və dərsliyini yaradıb.

1958-ci ildə çap etdirdiyi "Azərbaycan dilinin tədrisi tarixinə dair" monoqrafiyası arxivlərdə uzunmüddətli gərgin əmək nəticəsində yaradılmış ölməz əsərdir. Alim bu əsərində Azərbaycanda ana dili tədrisinin zəngin tarixə malik olduğunu göstərməyə çalışıb.

N.Tusi adına ADPU-da ilk dəfə müstəqil Azərbaycan dili və onun tədrisi metodikası kafedrasını yaradan görkəmli alim ömrünün sonunadək bu kafedraya rəhbərlik edib. Böyük təşkilatçılıq qabiliyyətinə malik olan bu şəxsiyyət M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun rektoru  (1966-70-ci illər) olarkən yaratdığı iki-üç dilli fakültələr bu günlə səsləşir. Vaxtilə Mərkəzi Komitə Azərbaycan dilini rus və xarici dillərlə yanaşı öyrətməyi bəyənmədiyi üçün öz ərizəsi ilə institut rəhbərliyindən uzaqlaşan alim Azərbaycan dilini, onun tədrisini həmişə yüksək dəyərləndirib. A.Abdullayev "Azərbaycan dili və ədəbiyyatının tədrisi" məcmuəsində uzun müddət redaktorluq edib.

O dövrdə Azərbaycanda metodist alimlərin, elmlər namizədi və doktorlarının yetişməsində professor misilsiz xidmətlər göstərib. Bu alimlərin bəzilərinin elmi rəhbəri, digərlərinin məsləhətçisi, ya da opponenti olub. Onun rəhbərliyi ilə 50-dən artıq azərbaycanlı doktorluq, namizədlik dissertasiyaları müdafiə edib.

O, sözün əsl mənasında xeyirxah, qayğıkeş insan, hamının əlindən tutub kömək etməyə, həm də təmənnasız etməyə çalışan, bu cəhətdən heç kəslə müqayisə edilə bilməyən əvəzsiz şəxsiyyət idi. Elm aləminə daxil olmaq üçün hər kim onun ətəyindən yapışırdısa, o, iki əlilə tutub onu yüksəklərə qaldırmaq istəyirdi. Bu məsələdə onun üçün qohum da, tanış da eyni idi. Kimin haralı olması onu heç maraqlandırmazdı.

Ağaməmməd müəllimin həyatı və fəaliyyəti nəinki böyüməkdə olan nəsil, eləcə də orta nəsil üçün örnəkdir.

 

İlham Əzimov,

elmlər doktoru

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться