NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 21:19

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Molla Kərəm | Регистрация | Вход

Hacı Molla Kərəm

Hacı Molla Kərəm 1869-cu ildə Novxanı kəndində anadan olub. 17 yaşından İranda dini məktəbdə oxuyub. Daha sonra Novxanıya gəlmiş, məscidin rəhbəri olmuşdur. Novxanı, Saray və Corat kəndlərinin mollası olub. Həcc ziyarətinə gedib. 4 oğlu, 4 qızı olub. İlkisi Əbdül-rahim 1921-ci ildə İranın Rəşt şəhərində təhsil alıb və orada işləyib(məsciddə müctəhid olub). 1961-ci ildə vəfat edib və Rəşt şəhərinin məscidin ərazisində dəfn olunub.

İkinci oğlu Əbdülrauf Bakıda dini məktəbi qurtarıb, 1941-1945 illər müharibəsinin iştirakçısıdır.

1937-ci ildə Molla Kərəm sovet hökumətinin düşməni kimi tutulub və Qazaxıstana sürgün olunub, orada da rəhmətə gedib.

Molla Kərəm Quranın tərcüməsi, oruc tutmaq qaydaları, camaatı namaza dəvət etmək, dinin təbliği və gənc mollaların dini təhsili ilə bağlı Novxanıda mühüm işlər görmüşdür. Qeydiyyat, VVAQ, doğum haqqında şəhadətnamə və s. sənədləri kənddə o tərtib edib və onların saxlanılmasına nəzarət edib. Kitabları Mərkəzi dövlət arxivindədir.

Nəvəsi Safura Hacı Rauf qızı babasının və atasının işini davam etdirir.

Nəvəsi Hacıyev Eldar Hüseynağa oğlu Sumqayıt şəhər 2 №-li xəstəxananın endokrinologiya şöbəsinin müdiridir. Digər nəvəsi Hacıyev Ağakərim Hüseynağa oğlu iqtisadi elmləri namizədidir, bank sistemində çalışır.

Hacı Rahim Babayev

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться