NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 13:01

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Cəfər Vəliyev | Регистрация | Вход

Vəliyev Cəfər Cəbrayıl oğlu

Cəfər Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olub. 1938-1948-ci illərdə Bakıdakı 175 saylı orta məktəbdə oxuyub. Hələ orta məktəbdə oxuyarkən hüquqşünas olmaq arzulayırdı. Onun bu istəyi atası Cəbrayıl kişinin və anası Qızana xanımın da ürəyincə idi. Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Bakı Dövlət Universitetinin hüquq fakultəsinə verdi və qəbul imtahanlarından müvəffə-qiyyətlə keçib əyani şöbəyə daxil oldu.
1978-ci ildə ona daxili işlər naziri vəzifəsi təklif olunur. Bu təklifdən boyun qaçırmaq cəhdinin qarşısını Heydər Əliyevin "Səndən başqa namizədim yoxdur”,- sözləri alır. Vəzifəyə təyin olunan gündən Daxili İşlər Nazirliyinə yeni ab-hava gətirilmiş, əməkdaşların məsuliyyət hissi artırılmışdı. Bu vəzifədə o, 1987-ci ilə kimi işləyir. Ona general-mayor rütbəsi verilib, üç dəfə Qırmızı Əmək Bayrağı, "Qırmızı Ulduz” ordenləri, eyni zamanda Kuba, Polşa, Almaniya, Çexoslovakiya dövlətlərinin orden və medalları ilə təltif olunub. Fəallarının yığıncağında çıxış edərək deyir ki, respublikada rüşvətxorluq baş alıb gedir. H.Əliyev və onun kadrları pis işləyirlər. Məhz azərbaycanlılar arasında rüşvətxorluq pərvazlanıb. Nazir replika verir: «...vaxtilə Lenin deyib ki, rüşvətxorluq rus təzahürüdür».

1-ci kursu bitirəndən sonra təhsilini Leninqrad Dövlət Universitetində davam  etdirib. 1953-cü ilin yayında Cəfər Vəliyev dövlət imtahanlarını əla qiymətlərlə verib diplom işini müdafiə edir. O vaxtlar, istər rus, istər qeyri-rus olan müəllimləri etiraf etdilər ki, Cəfərin diplom işi elmi iş səviyyəsindədir. Ona aspirant kimi universitetdə qalmağı da təklif etdilər. Ancaq Cəfəri Xəzərin mirvari sahilləri və doğmaları gözləyirdi.

Təyinatı Azərbaycan SSR Nazirlər Sovetinə verildi. Mədə-niyyət şöbəsində məsləhətçi, daha sonra Nazirlər Soveti sədr müavininin köməkçisi, sovet orqanları şöbəsinin müdir müavini vəzifələrində işləyib.

1959-cu ildə 29 yaşlı C.Vəliyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsinin müdir müavini, 1962-ci ildə respublika prokurorunun müavini təyin edirlər.

O vaxtkı Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin təklifi ilə o, 1971-ci ildə MK-nın inzibati orqanlar şöbəsinə rəhbərlik edib. Yeni vəzifənin səlahiyyətləri və məsuliyyəti daha böyük idi. Cəfər Vəliyev respublikada bütün hüquq-mühafizə orqanlarının işinə nəzarət edirdi.


DİN sistemində işləmək çətin idi. Çünki kadr siyasətini SSRİ DİN rəhbərləri həyata keçirirdilər. Respublikadan tələb olunurdu ki, nazirliklərə milliyyətcə rus olan kadrlar rəhbərlik etsinlər. Bu tərəfdən də rəhbər vəzifə tutan ermənilər işə pəl vururdular. Məlum olmuşdu ki, Dağlıq Qarabağ Muxtar Vilayəti partiya təşkilatının başçısı Kevorkov milis orqanlarında işə Ermənistandan kadrlar dəvət edir. Daxili işlər naziri öz əmri ilə bu özbaşinalığa son qoyur.  

Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olandan sonra Azərbaycan KP MK-nın ikinci katibi Konovalov (Cəfər Vəliyevin təbirincə desək, kəmsavad və mədəniyyətsiz) hər işə burnunu soxur və çalışırdı ki, nazirlik və komitə rəhbərlərinin müavinləri rus olsun. Bir dəfə o, Daxili İşlər Nazirliyi partiya

Təbiidir ki, özünü təhqir olunmuş hesab edən Konovalov toplantını yarımçıq tərk edir. Novxanılı ötkəmliyi C.Vəliyevə baha başa gəlir, az sonra yoxlamalar başlanır. Belə bir vəziyyətdə nazir işləyə bilməzdi. Odur ki, Azərbaycan KP MK-nın o vaxtkı birinci katibi K. Bağırova istefa ərizəsi yazır. Cəfər Vəliyev şərəfini nazir vəzifəsindən üstün tutur.

1987-92-ci illərdə C.Vəliyev respublika Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda hüquq kafedrasının müdiri işləyib. Bu müddətdə o, professor kimi yüksək elmi ad aldı, respublikanın "əməkdar hüquqşünası” fəxri adına layiq görüldü.

1992-ci ildə onu qəflətən Azərbaycan Respublikası Ali Sovetinin iclasına dəvət edib Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsini təklif edirlər. Müxtəlif siyasi partiyalardan olan deputatlar səs çoxluğu ilə onu bu vəzifəyə təyin edirlər. Bu vəzifədə onun rəhbərliyi altında 3 prezident seçkisi keçirilib, müstəqil dövlətimizin yeni Konstitusiyası təsdiq  edilib.

2000-ci ildə Cəfər Vəliyev Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifəsinə təyin olunur. Hazırda təqaüddədir. 

2006-cı ildə Cəfər Cəbrayıl oğlu Vəliyev dövlətimizin ən yüksək mükafatı –«İstiqlal»  ordeni ilə təltif olunub.

Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

3 qızı, 5 nəvəsi var.

Vaqif Ağayev

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться