NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 21:44

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Kəbutər Səfərov | Регистрация | Вход

KƏBUTƏR MİRZƏBALA OĞLU SƏFƏROV

 

     Böyük insanlar həmişə qəlblərdə özünə dərin və hərtərəfli yer tapır, əbədi yaddaşlarda qalır. Baytarlıq sahəsində özünəməxsus şərəfli mövqeyi olan baytarlıq elmləri doktoru, professor Kəbutər Səfərov məhz belə şəxsiyyətlərdən idi.

     Respublikanın məşhur baytar alimlərindən biri, görkəmli epizootoloq Səfərov Kəbutər Mirzəbala oğlu 1911-ci il mayın 9-da Bakının Novxanı kəndində anadan olub.

     1933-cü ildə Azərbaycan Komsomolu tərəfindən Moskva Baytarlıq İnstitutuna göndərilib, həmin institutu bitirdikdən sonra, 1937-1938-ci illərdə Azərbaycan Sığorta İdarəsində baş baytar, 1938-1963-cü illərdə Kənd Təssərrüfatı İnstitutunun epizootologiya kafedrasında assistent, dosent və professor, kafedra müdiri, 1963-1969-cu illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Elmi İdarəsinin rəisi, 1969-1970-ci illərdə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitununda iri buynuzlu heyvanların yoluxucu xəstəlikləri şöbəsinin müdiri işləyib.

     K.M.Səfərov 1944-cü ildə namizədlik, 1953-cü ildə doktorluq dissertasiyaları müdafiə edib. Əsas elmi fəaliyyəti heyvanların yoluxucu xəstəliklərinin epizootologiyasını öyrənməkdən, onlara qarşı mübarizə tədbirləri hazırlayıb, təsərrüfatları bəzi xroniki infeksiyalardan (vərəm, bruselyoz və s.) sağlamlaşdırma işlərini elmi əsaslarla təşkil etməkdən ibarət olub. O, heyvanların leptospirozunun öyrənilməsinə aid diqqətəlayiq tədqiqatlar aparıb. Leptospiroların müxtəlif serotiplərinin xəstəliyin baş verməsində, epizootologiyasında rolu, təbii ocaqlılıq, xəstəliyin sağlam təsərrüfatlara sirayət etməsinin qarşısının alınması üçün baytarlıq-sanitariya tədbirlərinin təkmilləşdirilməsi kimi məsələlər K.Səfərovun tədqiqatlarında öz əksini tapmışdır.

     Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da Kəbutər müəllimin xidmətləri böyük olub. Nazirliyin elmi idarəsinə rəhbərlik etdiyi illərdə institutlarda aspiranturaya qəbul xeyli artırılmış, gənc alimlərin dissertasiya işləri lazımi səviyyəyə çatdırılmışdır.

     Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi illərdə onun geniş pedaqoji fəaliiyəti sayəsində yüksək ixtisaslı baytar həkimlərinin hazırlanması işlərinin keyfiyyəti xeyli yaxşılaşmışdır. Epizootologiya fənnindən söylədiyi mühazirələr tələbələr tərəfindən maraqla dinlənilirdi.

     Məşhur  professor  hazırlıqlı,  bilikli  müəllim  olmaqla  yanaşı,  həm  də tələbələrlə çox səmimi, mehriban münasibət saxlayırdı. Güclü yaddaşa malik olduğu üçün ilk günlərdən hamını adbaad tanıyırdı. Tələbələrlə şən zarafat edirdi, vəziyyətləri ilə maraqlanırdı, imkansız uşaqlara kömək göstərirdi. Bir sözlə onun şəxsində yüksək insani nəciblik alimliklə vəhdət təşkil edirdi. Ona görə də professor dərs dediyi tələbələrin qəlbində və hafizəsində ən yaxşı müəllimlərdən biri kimi yaşayır.

     Kəbutər müəllimin təşkilatçılıq, idarəetmə fəaliyyəti də təqdirə layiqdir. Sığorta idarəsində baş baytar həkimi, sonralar ali məktəbdə kafedra müdiri, KTN-də elm idarəsinin rəisi, Yemçilik institutunda direktor, Baytarlıq institutunda şöbə müdiri işləyərkən həmin təşkilatlarda iş rejiminin, əmək nizam-intizamının lazımi səviyyədə olmasına nail olmuşdur.

     K.Səfərov baytarlıq elmi, tədrisi və praktikasında böyük əhəmiyyət daşıyan əsərlər, elmi məqalələr, broşura, tövsiyə, monoqrafiya və tədris vəsaitləri dərc etdirmişdir. Bunlardan «Ümumi epizootologiya», «Epizootologiyanın əsasları və kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri», «Kənd təsərrüfatı heyvanlarının bruselyozu və onlara

qarşı mübarizə tədbirləri», çoxsaylı yüksək səviyyəli və məzmunlu elmi məqalələri və s. göstərmək olar.

     Baytarlığın görkəmli alimi, professor rayonlarda olarkən praktiki baytarlığa elmi-metodiki kömək edən, elmi və praktiki bayrtarlığın patriotu, fədaisi kimi tanınıb.

     Kəbutər müəllim zəhmətkeş və məhsuldar alim olmaqla yanaşı, həm də alicənab insan, mehriban, qayğıkeş ata, ailə başçısı idi. O, ailədə, ali məktəbdə, elmi müəssisələrdə hər zaman hörmətlə qarşılanan, sayılıb-seçilən, yadda qalan, yad edilən, cavanlar üçün nümunə olan bir şəxsiyyət idi. O, Azərbaycan elminin və pedaqogikasının tarixində özünə əbədi yer tutmuşdur.

          

                                                                           İlham Əzimov

baytarlıq elmləri doktoru

 

 

 

 

 

 

 

 

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться