NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 19:54

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Dadaş Asanov | Регистрация | Вход

Asanov Dadaş Mirzə oğlu

Dadaş Asanov 1930-cu il yanvarın 15-də Naxçivan Muxtar Respublikasının Cülfa şəhərində doğulub. 1948-ci ildə Bakidakı 171 saylı orta məktəbi bitirib. Həmin il Moskva Polad İnstitutuna daxil olub. 1952-ci ildə Moskva Yeyinti Sənayesi Texnologiya İnstitutunun tikinti şöbəsinə köçürülüb və 1955-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirərək inşaat mühəndisi ixtisasina yiyələnib. "Azəryeyintitikinti” trestinin 1 saylı İxtisaslaşdirilmış tikinti-quraşdırma idarəsində işə qöndərilib. 1956-ci ildən 1959-cü ilədək onbaşı, iş icraçısı və baş iş icraçısı vəzifələrində çalışıb. 1959-cu ilin mart ayindan 1962-ci ilin yanvar ayınadək 4 saylı dəmir-beton məmulatı zavodunun baş mühəndisi olub. 1962-ci ildə "Azərbaycan Sənaye Tikinti” Nazirliyinin yeni yaranmış "Dəmir-beton” trestinə baş mühəndis vəzifəsinə göndərilib.

1966-ci ilin iyul ayından Azərbaycan "Kəndtikinti” Nazirliyinə köçürülüb və 1973-cü ilin noyabr ayınadək nazir müavini, nazirin 1-ci müavini vəzifələrində işləib.

1973-cü ilin noyabr ayında yeni yaradılmış Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı naziri vəzifəsinə təyin edilib. 1978-ci ilin noyabr ayında Azərbaycan SSR "Kəndtikinti” naziri olub.

1982-ci ilin oktyabr ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilib.

       Tanınmış inşaatçı, Sərhəd Qoşunları komandanının sabiq müavini Sücəddin Abdullayev Dadaş Asanovu belə yada salır: "Sumqayıtda nəhənq "ЭP–300” zavodunun tikintisinə başçılıq edirdim. Həmin vaxt Dadaş müəllim Nazirlər Sovetinin sədr müavini vəzifəsində işləyirdi. Həftədə iki dəfə kompleksdə operativ müşavirə keçirərdi. Müşavirədən əvvəl, ehtiyac olanda iclasdan sonra da tikintini mənimlə birgə addım-addım gəzərdi, işin gedişatını şəxsən yoxlayardı. Bir çox rəhbərlərdən fərqli olaraq onun iş üsulu qışqırbağırda, nöqsan axtarmağda yox, təmkinlə, obyektiv və konkret problemlərin həllinə köməklik etməkdən ibarət idi. O, inşaatı çox gözəl bilir, MDB məkanında tanınmış, yüksək dərəcəli mütəxəssisdir. 1995–2001-ci illərdə Azərbaycanın şimal sərhədində böyük bir zastavanın inşasında birgə çalışırdıq. Bir daha onun vətənpərvər, təcrübəli mütəxəssis, bacarıqlı iş təşkilatçısı olmasının şahidi olmuşam”.

1989-1993-cü illərdə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifəsində işləyib.

1993-cü ilin iyun ayindan "Azərkəndtikinti” Dövlət Şirkətinin 1-ci vitse-prezidenti vəzifəsinə köçürülüb.

1999-cü ildən "Azərkəndtikinti” Açıq tipli səhmdar cəmiyyəti sədrinin 1-ci müavinidir.

IX-X-XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Respublikanın əməkdar mühəndisi Dadaş Asanov Qırmızı Əmək Bayrağı və "Şərəf Nişanı” ordenlərinə layıq görülüb.

Əslən novxanılı olan Mirzə kişinin oğlu Dadaş uşaq vaxtı ata-anası ilə birgə Novxanı bağlarında olduğunu xoş duyğularla xatırlayır.

Vaqif Ağayev

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться