NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 11:35

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | İbrahim Balakişiyev | Регистрация | Вход

Balakişiyev İbrahim Əbdülsalam oğlu

İbrahim Balakişiyev 1916-cı il mayın 5-də Novxanıda anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Sentyabr ayına kimi poliklinikada həkim vəzifəsində çalışmış, oradan da Sovet Ordusu sıralarına getmişdir.

1941-42-ci illərdə Pribaltika Səyyar Səhra hospitalı filialının rəisi vəzifəsində xidmət edib. Ərazi işqal olduqdan sonra 1942-43-cü illərdə Leninqrad vilayətində partizan briqadasının hospitalına rəhbərlik edib. Vilayət düşməndən azad olunandan sonra ona Leninqrad şəhəri Novoselsk rayon şəhiyə şöbəsinin  müdiri vəzifəsi təklif edilib. Lakin o, faşist işğalçıları ilə mübarizə aparmağa üstünlük verib, döyüçən ordunun tərkibində müharibənin sonuna qədər Qatçinsk diviziyası 201-ci Tibbi Sanitar Batalyonunda hospital rotasının rəisi vəzifəsində xidmət edib. "Qırmzı Ulduz” və "Vətən müharibəsi” ordenləri ilə təltif edilmişdir.

Müharibədən sonra N.Nərimanov adına ATİ-nun dəri-zöhrəvi xəstəliklər kafedrasında klinik ordinaturanı bitirib. 1949-1950-ci

illərdə Dəri-Zöhrəvi Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda əvvəlcə stasionar şöbənin müdiri, sonradan isə müdir müavini vəzifəsində çalışıb. 1950-1955-ci illərdə Şəki Dəri-zöhrəvi dispanserində baş həkim işləyib. 1955-ci ildən ömrünün sonuna kimi Respublika Dəri-Zöhrəvi Dispanserində şöbə müdiri vəzifəsində çalışıb.

1961-ci ildə "Səhiyyə əlaçısı” nişanı ilə mükafatlandırılıb. 1968-ci ildə Azərbaycan SSR "Əməkdar həkimi” adına layiq görülmüşdür.

Fikriyə Balakişiyeva    

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться