NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 14:06

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Nəsirulla Babayev | Регистрация | Вход

Babayev Nəsirulla Xanbaba oğlu

 

1918-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft–mədən fakültəsini fərq-lənmə ilə bitirərək, "Molotovneft” tres-tinin qazma kontorunda mühəndis işləyib. Böyük Vətən müharibəsi işti-rakçısıdır. Cəbhədən qayıtdıqdan sonra "Kaqanoviçneft”in quyuları əsaslı təmir kontorunda böyük mühəndis, sex rəisi olub. 1945-1946-cı illərdə "Kaqanoviç-neft” tresti qazma kontorunun direktor əvəzi, İdarə Texnika Birliyinin (PTO) rəhbəri işləyib. 1946-1949-cu illərdə "Azərneft”in dənizdə qazma tresti "Gürgandəniz” qazma kontorunun direktoru, "Azərneftkəşfiyyat” İstehsalat Birliyinin Jiloy adasında qazma kontorunun direktoru, 1949-1954-cü illərdə "Azərdənizneft” birliyinin dənizdə kəşfiyyat qazması trestinin baş mühəndisi olub. 1954–59-cu illərdə "Azərdənizneftkəşfiyyat” trestində baş mühəndis, rəis müavini işləyib.

Nəsirulla Babayev 1961-ci ildə "Dənizdə maili quyuların qazılması texnologiyası məsələlərinin tədqiqi” mövzusunda namizədlik, 1964-cü ildə isə "Dənizdə dərin neft və qaz quyu-larının qazılması” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1961-1963-cü illərdə "Azərneft” rəisinin müavini olub. 1965-1970-ci illərdə "Dənizneft” birliyinin rəisi, 1972-1975-ci illərdə "Dənizneftqazlayihə” institutunun direktoru olub. "Gürgan–dəniz”, "Neft daşları”, "Qum-dəniz”, "Qaradağ-dəniz”, "Gürovdağ”, "Cənub”, "Sənqəçal–dəniz”, "Bulla adası”, "Maka-rov” yataqları onun bilavasitə iştirakı ilə kəşf olunaraq istismara verilib.

Nəsirulla Xanbaba oğlu dənizdə çox dərin və maili quyuların qazılma texnologiyasını işləyib hazırlayıb. O, neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. 100-dən çox elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. İxtiralara görə 100 müəlliflik şəhadətnaməsi alıb.

Məşhur novxanılı I dərəcəli SSRİ Dövlət mükafatı və Azərbaycan Dövlət mükafatı laureatıdır, "Azərbaycanın əməkdar mühəndisi”, "SSRİ-nin fəxri neftçisi” adlarına layiq görülüb. O, Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı” ordenləri, medallarla təltif olunub. Bakı Şəhər Partiya Komitəsi bürosunun üzvü idi.

"Azərbaycanın neftçi alimləri”

kitabının materialları əsasında

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться