NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 16:46

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əzizağa Məmmədov | Регистрация | Вход

Məmmədov Əzizağa Dadaş oğlu

 

     Bakı şəhərində doğulsa da, əslən Novxanı torpağının yetirməsidir. XX əsrin 20-ci illərində Abşeron kəndlərindən paytaxta güclü axın başlanmışdı. Onda bir çox həmkəndlisi  kimi Dadaş kişi də  köçüb şəhərdə yaşamışdı. Bir neçə qız uşağının ardınca 1926-cı ildə yeganə oğlu Əzizağa dünyaya gəlmişdi. Onu da qızları kimi oxutdurub əlini çörəyə çatdırmaq istəyirdi. Oğul da atasını arzu-kamını ürəyində qoymadı. Orta məktəbi əla qiymətlərlə bitirdi. Valideynlərinin təkid və məsləhəti ilə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsinə daxil oldu. Orta məktəb proqramını dərindən dərk etdiyinə görə Əzizağa ali təhsil müəssisəsində çox əziyyət çəkmədi. Neft və qaz quyularının istismarı üzrə dağ-mədən mühəndisi ixtisasına yiyələndi. Onu Binəqədineftin ikinci mədəninə göndərdilər. Neftçıxarma operaturu, usta köməkçisi, usta, baş mühəndis və nəhayət mədən müdiri.

İkinci mədən gənc mütəxəssis üçün bir növ sınaq meydanı, təcrubə məktəbi olmuşdu. Çünki nəzəri biliklərini praktiki məsələlərlə məhz ilk iş yerində əlaqələndirə bilir, sevindirici nəticələr əldə edirdi. Mühəndis erudisiyası, ekstermal şəraitlərdə ağıllı riskə getmək cəsarəti, istismar quyuları üçün səmərəli texnologiyaların düzgün seçilməsi, optimal istismar rejimlərinin qurulması və bir sıra digər geoloji-texniki tədbirlərin görülməsi, nəticə etibarilə neft hasilatının durmadan artırılması gənc mühəndis–texnoloqun nüfuzunu yüksəldirdi. Axı, neft istehsalı artımının əks tərəfində neftçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması probleminin uğurlu həlli dayandı. Bu isə öz növbəsində istedadlı müdirə kollektiv üzvlərinin bəslədiyi ümidləri çoxaldır, etimadı möhkəmləndirirdi.

     Bir neçə ildən sonra Əzizağa Dadaş oğluna spesifik istismar xüsusiyyətləri ilə ikinci mədəndən fərqlənən birinci mədənin müqəddaratı tapşırıldı. O bu dəfə də öz mühəndis və rəhbərlik üstünlüyünü qoruyub saxladı, əmək kollektivinin hörmətini qazandı. Rəhmətlik özü də cəmiyyət həyatında insan amilini heç zaman nəzərdən qaçırmırdı. İnsana qayğı, xeyirxahlıq və nəciblik əlamətidir, -deyirdi- mən bundan kənarda insan təsəvvür etmirəm! Bir də deyirdi: "Gərək elə işləyəsən ki, dövlət də səndən razı qala, fəhləyə də çörək verəsən!”

     Sözünün arxasında dayanan, fikrini şax-mərdanə üzə dəyən, sadə, mehriban, el təəssübü çəkən, yoldaşlıqda etibarlı, kamil insan, kamil mütəxəssis! Bax, vaxtilə Binəqədineftdə çalışarkən ümumi xidməti vəzifəmizlə əlaqədar sıx münasibətdə olduğum, uzun illər ünsiyyət saxladığım, unudulmaz dostum Əzizağa Dadaş oğlunun işıqlı xatirəsi (ölümündən 30 il keçsə də) bu gün də qəlbimdə yaşayır. Düşünürəm: nə yaxşı ki el-obasına, soykökünə yalnız və yalnız başucalığı gətirən yaxşı insanlar varmış, nə yaxşı!

 

 

Fətulla Fəcri,

Binəqədi NQÇİ quyuları əsaslı təmir sexinin sabiq sahə rəisi, şair-publisist

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться