NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 02:08

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Balaəli Əliyev | Регистрация | Вход

Əliyev Balaəli Əlikövsər oğlu

    Hacı Balaəli Əliyev 1950-ci il avqustun 3-də Novxanı kəndində anadan olub. 1965-ci ildə Novxanıda 8-ci sinfi, 1967-ci ildə Binəqədi qəsəbəsindəki 182 №-li orta məktəbi bitirib. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirib.

     1974-76-cı illərdə Rabitə Nazirliyinin avtobazasında əməyin mühafizəsi mühəndisi vəzifəsində çalışib.

     1981-88-ci illərdə Novxanı üzümçülük və maldarlıq sovxozunda baş mühəndis işləyib. 1986-cı ildə Novxanı kənd, 1991-ci ildə Abşeron rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

1988-92-ci illərdə Novxanı kənd Sovetinin sədri olub.

     1992-2006-cı illərdə Abşeron rayon İcra hakimiyyəti başçısının Novxanı kəndi üzrə icra nümayəndəsi işləyib. Hal-hazırda işləmir, iki övladı var.

     18 il kəndə rəhbərlik ən ağır dövrə təsadüf etmişdir. Sovetlər birliyinin dağılması, respublikada iqtisadi böhran, sovxozların-kolxozların ləğv edilməsi, torpaq islahatlarının aparılması, cinayətkarlığın baş qaldırması və s.  Bax belə bir şəraitdə Balaəli müəllim işləməli olub. Həmin vaxt kənddə minlərlə adama torpaq sahəsi paylanıb. Təbiidir ki, narazı qalanlar da olub. Hamı razı qala bilməzdi. Amma Hacı Rahim Babayev və Hacı Qülhüseyn Quliyevin sözlərinə görə o, imkansız adamlara daim yardımçı olub. Yox yerdən işləri elə qurub ki, bu insanlar əlavə torpaq sahəsinə yiyə ola biliblər.

      Böyük və hörmətli nəslin nümayəndəsi başqa cür hərəkət edə bilməzdi. Axı o, Hacı Əlikövsər Əliyevin oğludur.

Vaqif Ağayev   

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться