NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 11:42

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Mehdi Kazımov | Регистрация | Вход

Kazımov Mehdi  Davud oğlu

 

       Müsahibim şərqşünas alim Mehdi Kazımovdur.

         - Mehdi müəllim, sizin atanız xalq rəssamı Davud Kazımov və qardaşınız Akif də rəssamdır. Bəs...

         O, sualımın ardını gözləmədən:

         -"Şərqə müdrik Şərq deyirlər. Bu, gəlişigözəl təbir deyil. Şərq həqiqətən dünya sivilizasiyasının beşiyidir. Bəşər mədəniyyətinə, elminə dahilər, şairlər bəxş edib Şərq. Onlardan biri də Nizami Gəncəvidir. Uşaqlıqdan, gənclik çağlarından bu mütəfəkkir söz xiridarının "Xəmsə”sinin heyranlarındanam. O, təkcə bir xalqa deyil, bütün bəşəriyyətə mənsubdur. Şeyx Nizamini günəşə bənzətsək, çevrəsində səyyarələr kimi dolanan müaqibləri, yəni ardıcılları yüz illərlə onun ölməz sənət dühasından bəhrələniblər. Deyilənə görə,  yüzlərlə Şərq şairi qələmini "Xəmsə” mövzusunda sınayıb, nəzirələr yzıb. Nizami Gəncəvinin yaratdığı  "Xəmsə”  bütövlükdə bənzərsiz, solmaz incilər, hikmətlər, aforizmlərlə dolu zəngin topludur. Hər misra, hər beyt kəlamdır, öyüddür, nəsihətdir:

                    - Qüvvət elmdədir, başqa cür heç kəs

                      Heç kəsə üstünlük eləyə bilməz!

                      Hər uca rütbədən biliniz fəqət

                                                              Alimin  rütbəsi ucadır əlbət.

         Bu misraları   öz ömür yoluma, elmi dünyagörüşümə güzgü tutan bir kredo kimi örnək sayıram.

30 ildən çoxdur ki, onun sənət  dünyasının cazibəsindən ayrıla bilmirəm. Hər dəfə "Xəmsə”yə üz tutanda bu ünlü şairin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi həmişəyaşar sənət inciləri məni yenidən heyrətləndirir, qəlbimə işıq seli axır”.

Mehdi Davud omlu Kazımov 1954-cü il avqustun 18-də Bakıda dünyaya gəlib. 1971-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə qəbul olunub. 1976-1977-ci illərdə İranda fars dili üzrə tərcüməçi işləyib. 1977-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra 11 il ərzində Azərbaycan Respublikasının Elmlər Akademiyasında əvvəlcə ictimai elmlər üzrə elmi informasiya mərkəzində və sonralar Şərqşünaslıq İnstututunda fəaliyyətini davam etdirib. Bu mötəbər elmi-tədqiqat ocağında kiçik elmi işçi, elmi katib, böyük elmi  işçi vəzifələrində çalışıb.

1981-ci ildə Nizami Gəncəvinin "Yeddi gözəl” və Əmir Xosrov Dəhləvinin "Səkkiz cənnət bağı” poemalarının müqayisəli təhlili” mövzusunda namizədlik, 1990-cı ildə isə "14-18-ci əsrlər farsdilli şairlərin "Xəmsə”lərində normativlik  və  yaradıcılıq fərdiyyəti” adlı doktorluq dissertasiyasını müdafiə edib. 1988-ci ildən Bakı Dövlət Universitetində baş müəllim, professor kimi elmi  və tədris işini davam etdirib.

Mehdi Kazımov farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq sahələrində tanınmış və aparıcı mütəxəssislərdəndir. Orta əsrlər yaradıcılıq üslubunun özəlliklərini, Şərq ədəbiyyatlarının janr sisteminin,  poetikanın fundamental problemlərinin araşdırılmasında onun xidmətləri təqdirəlayiqdir.

Professor M.Kazımov nəinki İran, eləcə də Azərbaycan, Hindistan, Əfqanıstan və başqa Şərq ölkələri şairlərinin, mütəfəkkirlərinin yaradıcılığı ilə məşğul olub. Nizamişünaslıq problemləri Mehdi müəllimin xüsusi elmi maraq dairəsindədir. Tanınmış şərqşünas mənbəəşünaslıqla da məşğuldur. O, İran və Azərbaycanın orta əsrlər tarixində, ədəbiyyat və mədəniyyətində  böyük önəmi olan dəyərli əlyazmaların izahlı tərcümələrinin müəllifidir. Bu əlyazmaların sırasına Əbu Bəkr əl-Qütbi Əl-Əhərinin "Tarix-e şeyx Üveys”, Həmdullah Mustovfi Qəzvininin "Zeyl-e tarix-e qozide”,  Zeynəddinin "Zeyl-e tarix-e qozide” adlı əsərləri daxildir. Bu əlyazmalar 19-cu əsrdə İranda və Azərbaycanda baş vermiş tarixi hadisələrin dolğun mənzərəsini təsvir etmək imkanı yaradır.

Mehdi Kazımov 9 kitabın, eləcə də, yüzdən cox elmi məqalənin müəllifidir. O, 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illiyi münasibətilə keçirilən yubiley şənliklərində səmərəli elmi yaradıcılıq fəaliyyətinə görə Azərbaycan Respublikasının prezidenti İlham  Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub. Hazırda Bakı Dövlət Universitetində İran filologiyası kafedrasının müdiridir.

Şərqşünas alimlə  söhbətimizin sonuna yaxın ənənəvi sualımı gözləmədən bildirdi:

- "Yaxın vaxtlarda Nizami ədəbi məktəbinin davamçısı 17-ci  yüzillikdə yaşamış hind şairi Fani Kəşmirinin "Xəmsə”sini tədqiq edəcəyəm. 12-ci əsr farsdilli sufi ədəbiyyatının ən dəyərli, parlaq nümunəsi olan məşhur sufi şeyxi Əbu Səid Əbül Xeyrin həyatına həsr olunmuş mənbənin izahlı tərcüməsini hazırlamışam. Bu kitab artıq  "Nafta press” nəşriyyatında işıq üzü görüb. Ömür  vəfa eləsə, hələ görüləsi işlər çoxdur. İnşaallah, yaşayarıq görərik.

                                                                                                                                                                    Arif Bahadıroğlu,

                                                                                  "Qızıl qələm” mükafatı laureatı

                  

       

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться