NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:07

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Səfəralı hamamı | Регистрация | Вход

Hacı Səfəralı hamamı

     Mədəniyyətin inkişafında hamamların rolu böyükdür. Hamamlar təkcə gigiyenik əhəmiyyət kəsb etmir, eyni zamanda insan həyatının bir çox məsələsinin həllində yardımçıdır. Bu qurğular hətta islamın bəzi adət-ənənələrinin, islam əxlaqının insanların yaddaşından pozulmamasına kömək edir. Bəzi islami qurumlar keçmişdə fikir mübadiləsi aparmaq üçün hamamlarda yığışardılar. XIX-XX əsrlərdə Abşeronun demək olar ki bütün kəndlərində hamam (bəzilərində hətta üç-dörd) inşa edilib.

   Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin  planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən  quyu da burada yerləşdirilib. 

     Hacı Səfəralı hamamının inşası zamanı cəsarətli mühəndis-konstruksiya forması tətbiq edilib və möhkəmliyi bütün şərtlərə görə dəqiq həll olunub. 

     Kənd sakini Hacı Gülağa Nağıyevin dediklərinə ğörə hamam üç nəfərin şərikli pulu ilə tikilib. Məscidi inşa etdirən Hacı Səfəralı şəriklərilə Həzrəti Abbası özlərinə dördüncü şərik seçiblər. Hamamdan gələn gəlirin 25% Həzrəti Abbasın payına ayırılıb, məscidin axunduna təhvil verilib və xeyriyyə işlərinə sərf edilib. Bu ənənə hamam kolxozun balansına veriləndən sonra pozulub.

     Ötən əsrin 80-ci illərinin ortalarında kəndə qazın verilməsinin kəskin surətdə azalması üzündən  hamam bağlanıb.

Nəriman Qəhrəmanlı,

Vaqif Ağayev,

Akademik Şamil Fətullayev-Fiqarovun

"Abşeronun   memarlığı” (Bakı-2003-cü il)

kitabının materialları əsasında.

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться