NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:53

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Məmməd Məmməzadə | Регистрация | Вход

Məmmədzadə Məmməd Nəcəfqulu oğlu

 

     Məmməd Məmmədzadə1942-ci ilin keşməkeşli günləri idi. Hitlerin ordusu Qafqaza, Bakıya yaxınlaşırdı. Ölkənin işğal qorxusu altında olan rayonlarının əhalisinin təhlükəsiz yerlərə köçürülməsi gündəmdə duran əsas məsələ idi. Belə bir təhlükədən qorunmaq üçün bir neçə istiqamətdə iş görülürdü. Əhali psixoloji cəhətdən hər cür mübarizəyə, yeri gələrsə partizan hərəkatına hazırlaşdırılırdı. Bir an da olsun ümumi iş ahəngi ləngidilmirdi. Ərzaq ehtiyaclarına, qışa hazırlığa xüsusi fikir verilirdi.  Yardımlı rayonu sərhəd rayonları siyahısinda idi. 1938-ci ildən bu rayonun partiya komitəsinin ikinci katibi işləmiş və 1939-cu ildə 1-ci katib seçilmiş, əslən novxanılı olan Məmməd Məmmədzadə bu işlərin əsas təşkilatçısı idi. 1927-29-cu illərdə fəhlə komitəsinin sədri vəzifəsində işləməsi, 1929-33-cü illərdə isə orduda siyasi işlərdə çalışması onun karına gəlirdi. Rayonda hamı onu öz yaxını, dostu, həmdərdi hesab edirdi. Hər zaman siyasi dünyagörüşünü artıran bu insana ailə tərbiyəsindən gələn düzgünlük, işgüzarlıq, hər bir adama fərdi yanaşmaq bacarığı böyük hörmət qazandırmışdı.

     SSRİ-nin işğala məruz qala biləcək rayonlarının rəhbərləri İ.V.Stalinin göstərişi ilə Kremlə çağırılmışdılar. Bu siyahıya daxil edilmiş Yardımlı raykomunun 1-ci katibi də çox həyəcanlı idi. Çıxışa xüsusi  hazırlaşmışdı. 7-8 dəqiqəlik mətni də özü yazmışdı. O vaxtkı SSRİ rəhbərlərindən G.Malenkov onun çıxışını yoxlayıb bir-iki düzəliş etməklə bəyənmişdi. İ.V.Stalinin qarşısında çıxışdan və sual-cavabdan M.Məmmədzadə üzüağ çıxmışdı.

      Azərbaycanın o vaxtkı rəhbəri Yardımlıya gələndə bir dəfə Məmməd Məmmədzadənin evində qonaq olmuşdu. O biri otaqda xeyli uşaq səsi eşidən M.Bağırov soruşmuşdu:  

-         Mən eşidən, sənin vur-tut bir oğlun var. Bu uşaqlar  kimindir bəs?

Onda o, Mİrcəfər Bağırov üçün sirr olan bu məsələni açmağa məcbur olur. Ataları cəbhədə həlak olmuş, eləcə də rayonda kimsəsiz qalan uşaqları M.Məmmədzadə himayəyə götürmüşdü, onlara oz övladı kimi qayğı göstərirdi. Buna görə də Yardımlıda hamı onu çoxuşaqlı ata, yetimlər atası kimi tanıyırdı.

      1945-ci ildə M.Məmmədzadə Sabirabad Rayon Partiya Komitəsinin birinci katibi seçiləndə Yardımlı camaatı onu öz doğma adamları kimi yola saldı. Hətta ağlayanlar da oldu. 1947-ci ildə onu Ali Partiya Məktəbinə oxumağa göndərdilər. İkiillik təhsil ona yeni güc,  nəfəs  gətirdi. Məktəbi bitirən kimi onu Mərəzə Rayon Partiya Komitəsinə birinci katib göndərdilər. Burada da o, insanların böyük hörmətini qazandı.

    "Qırmızı Əmək Bayrağı”, "İkinci dərəcəli Vətən Müharibəsi” ordenlərinə layiq görülmüş Məmməd Məmmədzadə 1947-51-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub və seçicilərinin etimadını şərəflə doğrudub. 1968-ci ildən isə respublika əhəmiyyətli fərdi təqaüdçü idi.

     Bütün şüurlu həyatını xalqının mənafeyinə həsr etmiş Məmməd Məmmədzadə 1982-ci il iyul ayının 2-də vəfat edib və doğma kəndi Novxanıda dəfn olunub.

     Böyük oğlu Nizami Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İstitutunda aparıcı  mühəndis, şöbə müdiri işləyib, hazırda təqaüddədir. İkinci oğlu Bəxtiyar filologiya elmləri namizədidir, hazırda Bakı Dövlət Universitetinin dosentidir.

Nəriman Qəhrəmanlı

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться