NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 08:51

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Nadir Balakişiyev | Регистрация | Вход

Balakişiyev Nadir Ağadayı oğlu

İstedadlı dövlət xadimi olan Nadir Balakişiyev 1930-cu il fevralın 2-də nəslən novxanılı olan Ağadayı Əbdülsalam oğlunun ailəsində dünyaya gəlib. Uşaqlığı və gəncliyi Poluxin-İskra küçəsində, 171 saylı məktəbdə - Rüstəm və Maqsud İbrahimbəyovlar, Cəfər Vəliyev, Dadaş Asanov, Bayram Tahirbəyov və başqaları kimi dostları və qonşuları arasında keçib.

Valideynləri – Ağadayı və Kübra ilkilə-rinin həkim olmasını istəyirdilər. Bu arzu təkcə ona görə deyildi ki, Ağadayının böyük qardaşı Kamil Balakişiyev məşhur professor-anatom idi, həm də ona görə ki, əslində ailə şəcərəsinin çox hissəsi (həm ana, həm də ata tərəfdən) tibb sahəsində çalışırdı. Lakin Nadir hələ 8-ci sinifdə oxuyarkən demişdi ki, ya hərbçi, ya da yaradıcı mühəndis olacaq.

Məktəbi fərqlənmə ilə bitirən gənc valideynlərini narazı salmasın deyə sənədlərini Tibb İnstitutuna verir. Lakin imtahandan "kəsilir”. Elə bu zaman Neft və Kimya İnstitutunda qəbul imtahanlarından uğurla çıxaraq həmin ali məktəbin energetika fakültəsinə qəbul edilir.

Birinci kursun axırlarında atasını itirən 19 yaşlı Nadir qardaşı Qabilin, bacısı Böyükxanımın, evdar qadın olan anasının bütün məsuliyyətini öz çiyinlərinə götürür. Beləliklə o, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlayaraq  mühəndis-energetik vəzifəsinə işə düzəlir.

1953-cü ildə institutu bitirən Nadir Balakişiyev Dövlət Nəzarəti Nazirliyində işləməyə məsləhət görülür. Parlaq fərdi keyfiyyətləri, istedadı rəhbərlik tərəfindən nəzərdən qaçırıla bilməzdi. Respublika Xalq Nəzarəti Komitəsinin sədri H. Əfəndiyevin tövsiyəsi ilə o, 1960-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi V. Semiçastnının yanına

söhbətə dəvət olunur və 1961-ci ilin yanvarında Mərkəzi Komitənin təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir.

Həyatının yeni mərhələsi haqqında Nadir özü belə yazır: «Mənim 32 yaşım vardı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, mərhum Vəli Axundov bir gün məni yanına dəvət eləyib dedi ki, büronun qərarı ilə sən Sumqayıta işləməyə göndərilirsən. 1962-ci il oktyabrın 18-i idi. Biz V.Axundovla Sumqayıta gəldik. O, şəhər fəalları qarşısında çıxış elədi, mövcud problemlərdən danışdı. Sonra məni fəallara təqdim elədi. Həmin vaxt zalda əyləşənlərdən biri dedi ki, bu vəzifə üçün Balakişiyev çox gəncdir. V. Axundov ona belə cavab verdi: "Gənc şəhərin gənc birinci katibi olmalıdır.”

Şəhər sürətlə inkişaf edirdi. Lakin Sumqayıtda kimya və metallurgiya sənayesinin misilsiz inkişafı fonunda sosial təyinatlı obyektlərə ciddi ehtiyac vardı. Odur ki, yeni birinci katib ilk günlərdən bu məsələni xüsusi nəzarətə götürdü. Sumqayıtda birinci katib olduğu müddətdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə adına stadion (20 min tamaşaçı üçün), 600 yerlik «Rusiya» (hazırda «Nizami») kinoteatrı, rəssamlıq qalereyası, şəhərin tarixi muzeyi, uşaq kitabxanası, istirahət kafesi, çörək və süd zavodları, təzə balıq məmulatlarını reallaşdırmaq üçün akvarium – hovuz, 500 çarpayılıq xəstəxana kompleksi, sənaye müəssisələrində 7 yeni tibb məntəqəsi, Sumqayıt Dövlət Gənclər Teatrı, musiqi texnikumu, sanatoriyalar, pioner düşərgələri və s. tikilərək istifadəyə verilib.

60–cı illərin axırlarında Sumqayıt respublikamızın ikinci sənaye mərkəzinə çevrilmişdi.

Sumqayıtda işlədiyi müddətdə Nadir Balakişiyev iki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib.

Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi olduğu dövrdə göstərdiyi böyük xidmətlərə görə Nadir Balakişiyev 1966-cı ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.

1971-ci ildə o, Nazirlər Soveti yanında xarici turizm idarəsinin rəisi təyin olunub. 1978-1990-cı illərdə ixtisası üzrə işləyib. 1991-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru təyin edilib, 1997-ci ilədək burada işləyib.

Nadir Ağadayı oğlu eyni zamanda incə qəlbli insan, gözəl ailə başçısı idi. 1959-cu ildə Mina Mustafabəyova ilə evlənib, onunla xoşbəxt nikahda 45 il ömür sürüb. Onlar birlikdə 3 qız böyüdüblər. İlkiləri Gülnarə Mirzəyeva Bülbül adına musiqi məktəbinin və Bakı Musiqi Akademiyasının pedaqoqu, ortancılı Elmira Fərəcullayeva elmlər namizədi, dosent, BDU xarici dillər kafedrasının müdürü, sonbeşik Nailə Balakişiyeva isə respublika dəri-zöhrəvi dispanserinin həkim-dermatoloqudur.

Nadir Balakişiyev 2004-cü il mayın 26-da, nəticə gördükdən sonra bu dünyadan köçüb.

Nailə Balakişiyeva

 

     

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться