NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:59

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Nadir Ağayev | Регистрация | Вход

Ağayev Nadir Nağı oğlu

1952-ci il noyabrın 18-də Bakıda dünyaya göz açıb. Orta təhsilini dörd məktəbdə oxuyaraq başa vurub. Keçmiş Kalinin adına zavodda, indiki "Neftqaz-kimyavtomat” istehsalat birliyində çilin-gər işləyib. Bir ildən sonra hərbi xidmətə çağırılıb.

Nadir Ağayevin uşaqlıq xatirələri yetərincədir. On yaşında olarkən taxta parçasından düzəltdiyi üç simli musiqi alətini indiyə qədər canlı eksponat kimi evdə saxlayır. Üç qavalından birini də məktəb illərində valideynləri tərəfindən ona verilən gündəlik yemək pulundan kəsib beş manata alıb. Onu əlində gəzdirmək üçün kağız karton-dan futlyarı da özü düzəldib. Səkkiz yaşında ikən qonşuluqdakı toyda qaval çala-çala oxuyan Əlibaba Məmmədovu heyranlıqla dinləyib. Elə o vaxtdan da məşhur xanəndənin onun qəlbində alışdırdığı sənət alovu səngimək bilmədən şölələnir. Hətta uşaqlıq dönəmində bir gün qardaşı Hacıağa onu dağlı Hacıqulunun toyuna aparıb. Xanəndə Əlibaba Məmmədov dəfini ona verib, öz yerində oturdub. Nadir Ağayev ustadın "Dəsti təsnifi”ni oxuyub və ifası bəyənilərək alqışlanıb.

Oxuduğu məktəbdəki bədii özfəaliyyət dərnəyinin məşğələlərində həvəslə iştirak edən Nadir Ağayev orada təşkil edilən konsertdə musiqisi Əlibaba Məmmədova, sözləri Mikayıl Müşfiqə aid olan "Söylə” mahnısını oxuyub. Həmin vaxtdan ötən 40 il ərzində nə oxumaqdan bezib, nə də tamaşaçı alqışından doyub.

15 yaşında Rəşid Əliyevin bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblına daxil olub. Əlibaba Məmmədovun "Cahargah təsnifi” ni, "Dəsti təsnifi”ni, "Hasar təsnifi”ni bu kollektivin müşayiəti ilə hazırlayıb və həmin repertuarla Moskvaya yollanıb. Nadir Ağayevin çıxışı çox bəyənildiyindən festivalın laureatı adına layiq görülüb. Beş il sonra Aşıq Ələsgər adına xalq yaradıcılıq evinin keçirdiyi "Oxu tar!” müsabiqəsində ifa etdiyi "Cahargah təsnifi” müsabiqənin diplomunu alıb. 1974-cü ildə "Ümumittifaq tələbə dəstəsi” devizi altında keçirilən kütləvi tədbirlərdə Nadir Ağayev Vətən, Azərbaycan, Bakı haqqında Əlibaba Məmmədovun bəstələrini kənd zəhmətkeşlərinə ərməğan edib.

Əhaliyə göstərdiyi yüksək xidmətə görə N.Ağayev respublika komsomolu Mərkəzi Komitəsinin fəxri fərmanı və döş nişanı ilə təltif edilib.

Nadir Ağayev əməkdar müəllim Nəriman Əliyevdən muğamat üzrə dərs alıb. 1975-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlovun rəhbərlik etdiyi nüfuzlu münsiflər heyəti "Səni tərənnüm edirəm fəhlə!” Ümumittifaq əmək mahnıları festivalında Nadir Ağayevin çıxışına ikinci yer verib.

Xalq şairi Səməd Vurğunun anadan olmasının 70 illiyinə həsr edilmiş müsabiqədə o, qələbə qazanıb. 1977-ci ildə Moskvada keçirilən Ümumittifaq mahnı festivalının laureatı olub. 1981-ci ildə ikinci dəfə "Oxu tar” müsabiqəsinə qatılan Nadir Ağayev "Anacan” xalq mahnısı ilə müsabiqənin ikinci mükafatına layiq görülüb.

Sənət müəllimləri Nəriman Əliyev və Nübüvvət Məmmədova olsalar da, Nadir Ağayevin sənət aləmində idealı Əlibaba Məmmədov olub. 30 ilin xanəndəsi kimi, 10 il rəhbərlik etdiyi "Pahab” xalq çalğı alətləri ansamblının bədii rəhbəri kimi, Azərbaycan Xalq Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirərək 70-dək mahnı və təsnif bəstələyən bəstəkar kimi, müxtəlif ədəbi janrlarda yüzə yaxın şerin müəllifi – şair kimi daim Əlibaba Məmmədovu izləyib, onu təkrarlamağa can atıb.

Onun haqqında nə qədər yazılsa, yenə də azdır. Çünki əsl sənətkara sağlığında qiymət vermək lazımdır

 

Təbriz Vəfalı, Azərbaycan

 Yazıçılar Birliyinin üzvü

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться