NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 18:40

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əliqardaş Xıdırov | Регистрация | Вход

Xıdırov Əliqardaş Əliyoldaş oğlu

 

     Adam var, dünyasını dəyişəndən sonra beş-on yaxın qohumu onu bir neçə il xatırlayır. Adam da var, vəfatını eşidən qeyri qohumlar belə kədərlənir, onu daim yad edirlər. Əliqardaş da belə şəxsiyyətlərdəndir. Novxanının işə yarayan, xeyirxah sakinlərindən söhbət düşəndə həmişə onun adını da hörmətlə çəkirlər.Ötən əsrin ikinci yarısında Novxanını yaşadanlardan biri də Əliqardaş olub.

     O, 1928-ci ildə Novxanı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra kolxozda əmək fəaliyyətinə başlayıb. İşləyə-işləyə kənd təsərrüfatı texnikumunu bitirib, 1963-cü ildə Novxanıdakı üzümçülük və heyvandarlıq sovxozunun briqadiri təyin olunub.

     Əliqardaş Əliyoldaş oğlu 1973-cü ildə kənd Sovetinin sədri seçilib və 1981-ci ilədək bu vəzifədə çalışıb. Həmin dövrü yaxşı xatırlayıram. Əliqardaşla vaxtaşırı görüşür, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparırdım. Sadə insan idi, özünü səkməz, geyimində, rəftarında həmkəndlilərindən fərqlənməzdi. Bütün xeyir-şər məclislərində iştirak edirdi.

     Bəzi cavanlar qayda-qanunları pozar, toy məclislərində şuluq salardılar, əliəyrilik edənlər də vardı. Sovet sədri onların heç birini milisin əlinə verməzdi. Birinə ərkyana sillə vurar, digərinin üstünə qışqırar, bir başqasına hədə-qorxu gələr, beləliklə də işi yoluna qoyar, ədaləti qoruyardı. İnanmıram ki, qulaqburmalarına görə kimsə ondan uzun müddət incik qalsın.

     Bu sətirləri qələmə alarkən çox kövrəldim, hörmət bəslədiyim sabiq Sovet sədrinə dönə-dönə rəhmət dilədim və təəssüfləndim ki, görəsən, Əliqardaş kimi xeyirxah şəxsiyyətlər bu gün nə üçün belə azdır, tutyay bənzəyirlər. Xalqı üçün yaşamış, kasıb-kusuba əl tutmuş layiqli sələflərimizə Allah rəhmət eləsin.

 Əli Mədətzadə

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться