NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 17:45

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Nazim Zeynalov | Регистрация | Вход

Zeynalov Nazim Salam oğlu

 

    O, böyük həyat yoluna çıxmaq üçün valideynlərinin peşəsi ardınca getmədi. "Estafeti” böyük qardaşı, 1962-ci ildə Azərbaycan Televiziyasında rejissor çalışan Mehdidən aldı. Atası - Böyük Vətən müharibəsinin içtirakçısı Salam Mehdi oğlu və anası Fatma xanım Ələsgər qızı həkim idilər.

     Nazim Zeynalov 60 il öncə Bakıda dünyaya gəlib. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra o zamankı Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. 1969-cu ildən ali təhsilini davam  etdirməklə yanaşı, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində fəaliyyətə başlayıb. Təkcə musiqi verilişləri baş redaksiyasında 25 il çalışıb. Estrada simfonik və xalq çalğı alətləri orkestrlərinin ifasında mavi ekranda səslənən konsertlərin efir rejissoru olub.

     O, "Azərbaycantelefilm” Yaradıcılıq Birliyində ərsəyə gələn "Bakı məhəbbətim mənim”, "Sehrli şəhər”, "Danışır və göstərir Bakı” və başqa sənədli filmlərin quruluşçu rejissorudur. Bundan başqa "İslam olduğu kimi”, "Caz klubu”, "Portretlər”, "Gecəyə doğru”, "Qeyri-adilər”, "Sərbəst söhbət” adlı verilişlər hazırlayıb.

     Nazim Zeynalov 1979-cu ildə Ümumittifaq Televiziyasının ORT kanalında 3 ay rejissorluq ixtisasını artırma kursunda olub. Həftədə bir dəfə ORT kanalında ümumittifaq tamaşaçılarının məşhur, sevimli "Kabaçok trinadsat stulyev” adlı əyləncəli proqramının ikinci rejissoru kimi çalışıb. Azərbaycan televiziyası rejissorunun bu diplom işi əla qiymətə layiq görülüb.

      Nazim Zeynalov birinci Qarabağ müharibəsində cəbhə bölgələrindən, "qaynar nöqtələrdən” Azərbaycan Televiziyası üçün silsilə verilişlər hazırlayıb. O, elə bu fəaliyyətinə görə 2001-ci ildən Qarabağ müharibəsinin veteranıdır. Hazırda Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində maarifçilik redaksiyasının baş rejissorudur. Ali təhsilini bitirib Azərbaycan Televiziyasında yenicə işə başlamış gənc həmkarlarına qayğı ilə yanaşır, biliyini, qazandığı təcrübəsini onlardan əsirgəmir. Söhbət zamanı bildirir ki, rejissorluq çətin, maraqlı, eyni zamanda universal yaradıcılıqdır. Başqa bədii sənət sahələrini özündə ehtiva edən peşədir. Rejissor hər şeydən əvvəl aktyor olmalıdır. Dünya teatr, kino və rəssamlıq tarixini yaxşı bilməli, həssas musiqi duyumu olmalıdır. Ali təhsili başa vurub diplom almaqla iş bitmir. Bu, hələ böyük sənət yolunun başlanğıcıdır. Kamil, peşəkar rejissor olmaq üçün dünyagörüşünü hər zaman zənginləşdirməli, uzun illər yaradıcılıq axtarışları aparmalı, təcrübə qazanmalısan. Bütün bunlardan ötrü usanmadan öyrənməli, çalışmalı, sevdiyin sənətin vurğunu  olmalısan.

 

                                                                                                                                                                                                 Hacı Arif  Bahadıroğlu,

"Qızıl qələm” mükafatı laureatı

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться