NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 16:52

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ovdanlar | Регистрация | Вход

Ovdanlar

     Abşeronun ərazisində açıq tipli göl, çay halında içməli su anbarları olmayıb. Buna görə də  əhali suya olan tələbatını ödəməkdə çətinliklərlə üzləşib. Bu səbəbdən onlar quyular, ovdanlar qazdırmağa məcbur olublar. Ovdan yeraltı su anbarıdır. Ovdanlar Abşerona xas olan memarlıq abidələri sırasına daxil edilib. İlk ovdanların XVI əsrdə ipək yolu tacirlərinin köməyi ilə qazılan memarlıq abidələri kimi qəbul etmək olar. XVI əsrdə ipək yolu məhz Azərbaycandan - Bakı şəhərindən keçirdi.

     Ovdanlar Abşeron kəndlərinin memarlıq-planlaşdırma strukturuna daxil olmuş ərazinin ayrılmaz hissəsidir. Onlara təkcə kəndlərdə deyil, kəndləri bir-birilə əlaqələndirən yol kənarlarında, karvansara ərazilərində, hətta adamların az olduqları yerlərdə belə rast gəlmək olar. Ovdanlar xeyirxahlıq və xeyriyyəçilik məqsədilə tikilib.

     Abşeronun bütün kəndlərində və yarımadadan ovdanların geniş çeşiddə yayılması memarlığının inkişafında öz önəmli izini qoyub. Sözügedən tikililər kəndlərin içməli su mənbəyi olması ilə yanaşı, həm də karvanların susuzluğunu yatıran, uzaq, məşəqqətli yol gələnlərin dincəlməsi, ehtiyyat su götürməsi üçün çərait yaradan qurğular idi.

     Novxanı kəndində də bir neçə ovdan olub. Təəssüf ki, onları qoruyub saxlaya bilməmişik. Ovdanlar yeni salınmış həyətlərin ərazilərində olunduğuna görə sonralar müxtəlif tikililər üçün yer təmizlənərkən sökülüb. Siyanşəhrin yerləşdiyi ərazidə də ovdanların qalıqlarına rast qəlmək olar. Amma onlar da bərbad vəziyyətdədir.

 

Nəriman Qəhrəmanlı,

akademik Şamil Fətullayev-Fiqarovun

"Зодчество Апшерона” (Bakı-2003-cü il)

kitabının materialları əsasında

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться