NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 02:26

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Cavanşir Dadaşov | Регистрация | Вход

DADAŞOV CAVANŞİR ƏJDƏR OĞLU

  

   "Hər şey palçıqdan başladı. Atlar, quzular yapırdım. Hətta əmimin rəsm portretini də çəkmişdim. Düzəltdiyim heyvanları 5-6 yaşındakı yaşıdlarıma bağışlayırdım, portreti isə əmim ğötürdü. Öyrədənim olmayıb. Atam mexanik, anam isə evdar qadın idi.  Oyuncaq almağa ehtiyac yox idi, bacım-qardaşlarım mənim düzəltdiklərimlə kifayətlənirdilər. Məktəbə gedəndən sonra Mehdi Hüseynzadənin büstü üzərində çalışmağa başladım. İşi 9-cı sinifdə bitirdim. "Mixaylo”nun büstü bu gün də məktəbdə saxlanılır. Mehdi mövzusu diplom işim idi. Bu mövzunu bitmiş hesab etmirəm. Onu davam etdirməliyəm.” - Cavanşir Dadaşov sənətə qəlməsi barədə söhbəti belə başladı.

        O, 1956-ildə Novxanı kəndində anadan olub. 1973-ci ildə Mehdi Hüseynzadə adına kənd orta məktəbini bitirib və Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub. 1975-77-ci illərdə orduda xidmət edib. 1979-cu ildə rəssamlıq məktəbini bitirib və təhsilini Ukraynanın Xarkov Rəssamlıq İnstitutunda davam etdirib. Orada oxuduğu illərdə Xarkov şəhərində N.Ostrovskinin və 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş Tibb İnstitutu tələbələrinin abidələrini ucaldıb. Ukraynada sənəti ilə bağlı keçirilən müxtəlif müsabiqələrin qalibi olub. 3-cü kurs tələbəsinə şəhərin rəhbərliyi xüsusi emalatxana ayırıb. Ona Xarkovda qalıb işləməyi təklif ediblər. Lakin Cavanşir doğma Azərbaycanına qayıdıb. 

         1986-cı ildən yenidən Bakıdadır. 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bakının görkəmli yerlərində tuncdan işlənmiş bir sıra abidənin və bir sıra şəxslərə həsr olunmuş memorial lövhələrin müəllifidir. Görkəmli alim-həkim M.Tobçubaşovun memorial lövhəsi, milli qəhrəmanlar  Koroğlu Rəhimovun büstü,  Məzahir Rüstəmovun tuncdan düzəldilmiş və Gədəbəy şəhərində ucadılmış abidəsi, Qarabağda şəhid olmuş vətənpərvərlərin şərəfinə Azərbaycanın bir çox şəhərində ucaldılan abidələr də onun əsərləridir. Dahi Azərbaycan şairi İ.Nəsimini Şamaxı şəhərində tuncda o abidələşdirib. Cavanşir 1991-ci ildə Bakıda 20 yanvar şəhidlərinə həsr olunmuş abidə yaradılması üçün keçirilən müsabiqənin qalibi olub və diplomla mükafatlandırılıb.

          1991-ci ildə onun həyatında mühüm hadisə baş verib. Azərbaycanın görkəmli siyasi xadimi Məmmədəmin Rəsulzadənin heykəlinin Novxanıda ucaldılması barədə irəli sürdüyü təklifi qəbul olunub. Memar İbrahim İbrahimovla birgə hazırladığı layihəyə hökümət pul ayıra bilməyib. Cavanşir  təşkilatçılıq işləri ilə də məşqul olmağa məcbur olub.  Yurdumuzun vətənpərvər oğulları bu işdə ona yardımçı olublar. O zaman Abşeron rayonunun rəhbəri Abas Abasov heykəl üçün yer ayırıb, kənd sakinləri vəsait toplayaraq quruculuq işində yaxından iştirak ediblər. Əslən Nardaran kəndindən olan Cəbrayılov materialların alınmasında yaxından iştirak edib, Keşlə Rəssamlıq Kombinatının müdiri Məzahir müəllim qranit daşlarını 2 dəfə ucuz qiymətə heykəltəraşın sərəncamına verib, həmyerlimiz Fuad Səfərov daş işlərinin aparılması üçün texnika ayırıb, novxanılı Hikmət Əbülfəz oğlu işlərin tamamlanması üçün böyük məbləğdə pul verib. 2 il ərzində Novxanıda təmənnasız zəhmət nəticəsində qranitdən möhtəşəm bir abidə ucaldılıb.

      2004-cü ildən bəri digər böyük azərbaycanlı, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin şərəfinə işlədiyi abidələr Bakı, Yevlax, Goranboy, Samux, Neftçala, Beyləqan, Ağcabədi, İsmayıllı, Dəvəçi, Qusar, Masallı, Naftalan şəhərlərində ucaldılıb.

      Bakıda yeni ucaldılmış, xalqımızın "20 yanvar” faciəsinə həsr olunmuş xatirə kompleksində abidənin müəllifi də Cavanşir Dadaşovdur.

 

Vaqif Ağayev

 

 

          

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ MEMORİAL ABİDƏ KOMPLEKSİ AÇILDI

2010-01-20 - 16:10:00



Yanvarın 20-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər xiyabanında olublar. Dövlət başçısı "Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Ziyarətə dövlət və hökumət rəsmiləri, dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də qatılıblar.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı Yasamal rayonundakı "20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında da iştirak edib. Prezidentə məlumat verilib ki, kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk edilib. 

Prezident İlham Əliyev açılış mərasiminə toplaşmış Yasamal rayonu ictimaiyyətinin nümayəndələri və 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə söhbətləşib.

"M

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться