DADAŞOV CAVANŞİR ƏJDƏR OĞLU
"Hər
şey palçıqdan başladı. Atlar, quzular yapırdım. Hətta əmimin rəsm portretini də
çəkmişdim. Düzəltdiyim heyvanları 5-6 yaşındakı yaşıdlarıma bağışlayırdım,
portreti isə əmim ğötürdü. Öyrədənim olmayıb. Atam mexanik, anam isə evdar
qadın idi. Oyuncaq almağa ehtiyac yox
idi, bacım-qardaşlarım mənim düzəltdiklərimlə kifayətlənirdilər. Məktəbə
gedəndən sonra Mehdi Hüseynzadənin büstü üzərində çalışmağa başladım. İşi 9-cı
sinifdə bitirdim. "Mixaylo”nun büstü bu gün də məktəbdə saxlanılır.
Mehdi mövzusu diplom işim idi. Bu mövzunu bitmiş hesab etmirəm. Onu davam
etdirməliyəm.” - Cavanşir Dadaşov sənətə qəlməsi barədə söhbəti belə başladı.
O, 1956-ildə Novxanı kəndində anadan
olub. 1973-ci ildə Mehdi Hüseynzadə adına kənd orta məktəbini bitirib və Əzim
Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub. 1975-77-ci illərdə orduda xidmət
edib. 1979-cu ildə rəssamlıq məktəbini bitirib və təhsilini Ukraynanın Xarkov
Rəssamlıq İnstitutunda davam etdirib. Orada oxuduğu illərdə Xarkov şəhərində
N.Ostrovskinin və 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş Tibb
İnstitutu tələbələrinin abidələrini ucaldıb. Ukraynada sənəti ilə bağlı
keçirilən müxtəlif müsabiqələrin qalibi olub. 3-cü kurs tələbəsinə şəhərin
rəhbərliyi xüsusi emalatxana ayırıb. Ona Xarkovda qalıb işləməyi təklif
ediblər. Lakin Cavanşir doğma Azərbaycanına qayıdıb.
1986-cı
ildən yenidən Bakıdadır. 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının
üzvüdür. Bakının görkəmli yerlərində tuncdan işlənmiş bir sıra abidənin və bir
sıra şəxslərə həsr olunmuş memorial lövhələrin müəllifidir. Görkəmli alim-həkim
M.Tobçubaşovun memorial lövhəsi, milli qəhrəmanlar Koroğlu Rəhimovun büstü, Məzahir Rüstəmovun tuncdan düzəldilmiş və
Gədəbəy şəhərində ucadılmış abidəsi, Qarabağda şəhid olmuş vətənpərvərlərin
şərəfinə Azərbaycanın bir çox şəhərində ucaldılan abidələr də onun əsərləridir.
Dahi Azərbaycan şairi İ.Nəsimini Şamaxı şəhərində tuncda o abidələşdirib.
Cavanşir 1991-ci ildə Bakıda 20 yanvar şəhidlərinə həsr olunmuş abidə yaradılması
üçün keçirilən müsabiqənin qalibi olub və diplomla mükafatlandırılıb.
1991-ci ildə onun həyatında mühüm
hadisə baş verib. Azərbaycanın görkəmli siyasi xadimi Məmmədəmin Rəsulzadənin
heykəlinin Novxanıda ucaldılması barədə irəli sürdüyü təklifi qəbul olunub.
Memar İbrahim İbrahimovla birgə hazırladığı layihəyə hökümət pul ayıra
bilməyib. Cavanşir təşkilatçılıq işləri
ilə də məşqul olmağa məcbur olub.
Yurdumuzun vətənpərvər oğulları bu işdə ona yardımçı olublar. O zaman
Abşeron rayonunun rəhbəri Abas Abasov heykəl üçün yer ayırıb, kənd sakinləri
vəsait toplayaraq quruculuq işində yaxından iştirak ediblər. Əslən Nardaran
kəndindən olan Cəbrayılov materialların alınmasında yaxından iştirak edib,
Keşlə Rəssamlıq Kombinatının müdiri Məzahir müəllim qranit daşlarını 2 dəfə
ucuz qiymətə heykəltəraşın sərəncamına verib, həmyerlimiz Fuad Səfərov daş
işlərinin aparılması üçün texnika ayırıb, novxanılı Hikmət Əbülfəz oğlu işlərin
tamamlanması üçün böyük məbləğdə pul verib. 2 il ərzində Novxanıda təmənnasız
zəhmət nəticəsində qranitdən möhtəşəm bir abidə ucaldılıb.
2004-cü ildən bəri digər böyük
azərbaycanlı, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin şərəfinə
işlədiyi abidələr Bakı, Yevlax, Goranboy, Samux, Neftçala, Beyləqan, Ağcabədi,
İsmayıllı, Dəvəçi, Qusar, Masallı, Naftalan şəhərlərində ucaldılıb.
Bakıda yeni ucaldılmış, xalqımızın "20
yanvar” faciəsinə həsr olunmuş xatirə kompleksində abidənin müəllifi də
Cavanşir Dadaşovdur.
Vaqif Ağayev
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ MEMORİAL ABİDƏ KOMPLEKSİ AÇILDI
2010-01-20 - 16:10:00
Yanvarın 20-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər xiyabanında olublar. Dövlət başçısı "Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Ziyarətə dövlət və hökumət rəsmiləri, dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də qatılıblar.
AzərTAc-ın məlumatına görə, dövlət başçısı Yasamal rayonundakı "20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında da iştirak edib. Prezidentə məlumat verilib ki, kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk edilib.
Prezident İlham Əliyev açılış mərasiminə toplaşmış Yasamal rayonu ictimaiyyətinin nümayəndələri və 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə söhbətləşib.
"M