NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 23.11.2024, 13:39

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Qacaq Xalıq | Регистрация | Вход

Qacaq Xalıq

Qaçaq Xalıq Şamaxıdan Novxanıya qayıdırdı. Ceyrankeçməz adlanan bir yerdə çobanların yanında gecəməli olur. Onu tanımayan çobanlar qonaqpərvərlik qaydası ilə Qaçaqı  qəbul edir, çay-çörəklərini onunla bölüşürlər. O, sübh-tezdən yuxudan oyananda məlum olur ki, gecə quldurlar qoyunları aparıblar. Çobanların ağsaqqalı bildirir ki, quldurlar özlərini Qaçaq Xalıqın dəstəsi kimi qələmə veriblər. Çobanlar Qaçaq Xalıqı da, onun dəstəsini də lənətləyirlər.  Quldurların hansı istiqamətə getdiyini öyrənən Xalıq kişi atlanır və oğruların ardınca yollanır. Günortaya yaxın həmin quldurlar qoyunları çobanlara qaytarır, ağsaqqaldan üzr istəyirlər. Həmkəndlimiz sağollaşib yola düşür. Çobanlar quldurlardan soruşurlar ki, bu nə əhvalatdır, qoyunları niyə apardız, niyə də qaytardız, bizimlə gecəliyən bu iqid kişi kimdir?

Quldur başçısı izah edir ki, qonağınız məşhur novxanılı Qaçaq Xalıqdır, oğurluq vaxtı onun adını çəkməklə böyük səhvə yol vermişik. Onun sözündən sonra qoyunları qaytarmaqdan başqa çarəmiz qalmadı.

Qacaq Xalıq XIX əsrin axırlarında, XX əsrin əvvəllərində Şirvanda, Bakıda, hətta onun hüdudlarından xeyli uzaqlarda məşhur olan bir iqid idi. Çar polisində ad çıxarmış Qaşqa pristav (polis rəisini novxanılılar belə adlandırdılar) çox əlləşib, müxtəlif planlar cızıb ki, həmkəndlimizi ələ keçirsin, amma buna nail ola bilməyib. Hətta söyləyirlər ki bir dəfə Qurd dərəsində Qacaqla pristav bir tonqal başında çörək də kəsiblər.  Qaşqa  Xalıqın davranışına, söhbətlərinə heyran olur. Qaçaq məclısı tərk edəndən sonra polis rəisi maraqlanır ki, bu alicənab insan kimdir? Məsələdən hali olanda onun uzun illər ələ keçməməsinin səbəbini başa düşür.

Vaqif Ağayev


Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться