Əliyev Adil İmaməli oğlu
Hər dəfə
şəhərdən Novxanı bağlarına gedəndə
qəsəbənin şimal-şərq tərəfində
ucadılmış möhtəşəm bina diqqəti cəlb edir. Bura 1994-96-cı illərdə
tikilmiş Həmzə məscididir. Hər dəfə onun yanından keçəndə həmsurə oxuyur, həmin
ibadətgahı tikdirən Kərbəlayi Adil
İmaməli oğlunu yad edirəm.
1980-90-cı illərdə onunla tez-tez ünsiyyətdə
olmuşam. Necə deyərlər, ağır oturub batman gələn, sözünün yerini bilən kişi, ləyaqətli müsəlman idi. O, çox
istəyirdi ki, özündən sonra layiqli
yadigar qalsın. Mənimlə, eləcə də dostluq etdiyi Dadaş
Malikəjdər oğlu və daha bir neçə
başqa şəxsiyyətlə məşvərət edəndən sonra qərarı belə oldu: magistralın
bir neçə metrliyində məscid tikdirmək. Həm kənd camaatı Allaha ibadət edər, həm
də buradan keçən müsəlmanlar bu ibadətgahdan yararlanarlar.
Allah
rəhmət eləsin sənə, Kərbəlayi Adil, özündən sonra elə bir abidə qoyubsan ki,
daim yad ediləcəksən. Yəqin ki, Xudavəndi-Kərimin dərgahında da xeyirxah bir
bəndə kimi hallandırılacaqsan.
Məşədi-Kərbəlayi Adil 1927-ci ildə Məhəmmədəmin yurdunda dünyaya göz açıb.
Avtomobil mütəxəssisi
kimi tanınıb, çox adamın karına gəlib. Bakıdakı
bir sıra nəqliyyat
müəssisələrinin direktoru olub.
On il ”Azərbaycan” (keçmiş "Kommunist”) nəşriyyatı qarajının müdüri vəzifəsində çalışıb,
jurnalistlərin yardımçısı olub.
Əliabbas Əlimədətoğlu