Orucov Sabit
Kərbəlayi Atababa oğlu
Sabit Orucov Şərqdə ilk demokratik cümhuriyyətin
qurucusu, dahi Məhəmmədəmin Rəsulzadəni, əfsanəvi partizan, Sovet İttifaqı
Qəhrəmanı Mehdi Hüseynzadəni («Mixaylo»nu) Azərbaycan xalqına bəxş edən qədim
Novxanı (Bakı) kəndinin nadir şəxsiyyətlərindən biri, görkəmli Sovet dövlət və
ictimai xadimi, beynəlxalq aləmdə tanınmış məşhur neft-qaz mütəxəssisi
olmuşdur. O, 1912-ci il mayın 31-də dünyaya gəlmiş, gənc yaşlarından neft işinə
sonsuz maraq göstərmiş, Azərbaycan Neft İnstitutunun neft-mədən fakültəsini
bitirmişdir. İstehsalata ayaq qoyduğu ilk günlərdən sənətinə ürəkdən bağlanıb
ona ömürlük sadiq qalmışdır. Harada, hansı vəzifədə çalışmasına baxmayaraq, hər
yerdə pozulmaz izlər qoyub keçmişdir. Müharibənin ən ağır çağlarında, cəbhənin
Bakı neftinə daha çox ehtiyacı olduğu vaxtlarda neft quyularının sürətlə
mənimsənilib istismara buraxılması üçün aerizasiya üsulunu ilk dəfə Sabit
Orucov işləyib hazırlamış və onu çalışdığı Suraxanıneft trestinin
mədənlərində tətbiq etmişdir.
Faşizm
üzərində tarixi qələbənin qazanılmasında, Azərbaycan neftçilərinin qara qızıl
uğrunda göstərdikləri fövqəlbəşər fədakarlıq hərəkatında Sabit Orucovun
özünəməxsus payı vardır.
O,
1946-cı ildə SSRİ-nin Cənub və Qərb Rayonları üzrə Baş Neftçıxarma İdarəsinin şöbə rəisi
vəzifəsinə işə götürülmüşdür. Və bir müddətdən sonra Krasnodarneft birliyi
rəisinin birinci müavini - baş mühəndisi vəzifəsinə göndərilmişdir. Müharibə
vaxtı bərbad hala salınmış Krasnodarneft mədənlərinin yenidən həyata
qaytarılmasında əsl mühəndis fədakarlığı, təşkilatçılıq hünəri nümayiş
etdirmişdir. Tədricən «quyular qəbiristanlığında» canlanma əmələ gəlmiş, iş
bulaq kimi qaynamağa başlamışdır. O, Kuban mədənlərini reanimasiya halından
çıxardı. Neft hasilatını müharibədən əvvəlki səviyyəyə çatdırdı və artım
başlandı.
1950-ci
ildə Krasnodar mədənlərinin yenidən işə salınması, inkişaf etdirilməsi və neft
hasilatının artırılmasına görə Sabit Orucova Stalin mükafatı laureatı (birinci dəfə) adı verildi. Onun
karyerasında yeni uğurlu mərhələ başlanmış, gözəl bir dönüş əmələ gəlmişdi. O,
Krasnodar missiyasını şərəflə sona çatdırıb vətənə qayıtdı. Azərbaycanın
perspektivli sahələrindəki (quruda və dənizdə) kəşfiyyat işlərini vahid bir
əldə cəmləşdirmək, bütün qüvvələri yeni-yeni yataqların aşkara çıxarılmasına
yönəltmək və iri strukturlarda neft-qaz axtarışlarına başlamaq məqsədilə o,
eyni adlı trest əsasında özünün yaratdığı Azərbaycan Neft Kəşfiyyatı Birliyinin
rəisi təyin olundu. Çox keçmədən SSRİ neft sənayesi nazirinin müavini vəzifəsinə
irəli çəkildi. Eyni zamanda ona Xəzərin qoynunda axtarış-kəşfiyyat və qazma
işlərini daha da gücləndirmək vəzifəsi tapşırıldı. Bunun üçün Moskvada
Başdənizneft yaradıldı.
Azərneftkəşfiyyat
Birliyində Sabit Orucovun başçıılığı altında çox bacarıqlı və fədakar insanlar
çalışırdılar. Azərbaycan neftçiləri tarixdə misli-bərabəri görünməmiş xarüqələr
yaratdılar. 1948-ci il noyabrın 14-də kiçik «Pobeda» gəmisində dənizin
qoynundakı «Qara daşlar»a çıxmağa cəhd etdilər. Fəqət qayalara yaxınlaşmaq
mümkün olmadı. Nəhayət, desantçılar suyun üzünə çıxan qayalardan birinə enməyə
müvəffəq oldular. Dənizin dibinə vurulmuş dirəklər üstündə, çox qısa bir vaxt
ərzində sahəsi 14 kvadratmetr olan ev tikildi. Radiostansiya quruldu. Dənizlə
sahil arasında müntəzəm əlaqə saxlanıldı. 1949-cu il noyabrın 7-də Neft
Daşlarında qazılan 1 №-li ilk kəşfiyyat quyusu neft fontanı vurdu. Quyu gündə
100 tondan artıq neft verməyə başladı. Hazırda o yerdə belə bir xatirə lövhəsi
diqqəti cəlb edir: «Dəniz neft yatağının ilk kəşfiyyatçısı, əfsanəvi dəniz
şəhəri və mədəninin əsasını qoyan Sabit Atayeviç Orucov burada
yaşayıb-işləmişdir».
Xəzər
neftinin mənimisənilməsi üçün maddi-texniki bazanın yaradılması da Sabit
Orucovun adı ilə bağlıdır.
1949-cu
ilin dekabrında S.A.Orucovun təklif və təkidi ilə «İzmail» neftdaşıyan
lixterindən kran-quraşdırma gəmisi kimi istifadə olunması Neft Daşları
rayonunda dərinliyi 10-20 metrə çatan sahələrdə estakada və özüllərin
tikilməsini sürətləndirildi.
…1951-ci
ilin fevralında neftlə dolu tanker Neft Daşlarından sahilə yola salınmışdır.
1956-cı
ildə Azərbaycanın quru sahələrindəki bir quyunun gündəlik orta hasilatı 8,4 ton
olduğu halda, Neft Daşlarında 37,9 ton təşkil etmişdir. Təkcə 1967-ci ildə Neft
Daşları akvatoriyasında 7,4 milyon ton neft çıxarılmışdır.
Fəxrlə
demək lazımdır ki, Neft Daşları yatağında neft və qaz hasilatının, eləcə də
Xəzər neftinin Avropaya axıdılmasına hazırlıq işlərinin təməl daşı Sabit Orucovun vahid
komandası altın-da görkəmli Azərbay-can neftçilərinin fövqə-ladə və qətiyyətli
qəh-rəman əməyi sayəsin-də qoyulmuşdur.
1951-ci
ildə Neft Daşları yatağının kəşfi və genişmiqyaslı mə-nimsənilməsi üçün
maddi-texniki bazanın yaradılması işləri başa çatdırıldı. Bir qrup görkəmli
neft mütəxəssislərimizlə birlikdə Sabit Orucov da Stalin mükafatına (ikinci
dəfə) layiq görüldü.
1965-ci
ildə Qərbi Sibir yataqlarının mənimsənilməsi prob-lemlərinin həlli SSRİ Neft
sənayesi nazirinin birinci müavini Sabit Orucovun iradəsinə verildi. Məhz o
gündən böyük təşkilatçının Xəzər sularında göstərdiyi möcüzələr yeni şəraitdə
yeni vüsət aldı. Yürüş iştirakçıları onun rəhbərliyi altında qısa dövr ərzində
yüzə yaxın neft-qaz xəzinəsinə pəncərə açdılar.
1970-ci
ildə Qərbi Sibir yataqlarından 250 milyon tondan artıq neft çıxarıldı. Tümen
vilayətində neft hasilatının yüksək tempini təmin edən səmərəli
texniki-texnoloji kompleksin mühəndis həllinə və geniş tətbiqinə görə Sabit Atababa oğlu Lenin mükafatı laureatı
fəxri adına layiq görüldü.
1972-ci ildə o, SSRİ Qaz sənayesi naziri təyin olundu.
1956-cı
ildə ölkədə cəmi 12 milyard kubmetr, 1977-ci ildə isə ondan 29 dəfə çox, yəni
346 milyard kubmetr qaz istehsal edilmişdir. Sovet İttifaqı bu illərdə qaz
hasilatına görə həqiqətən nəhəng sıçrayışa nail olmuşdur.
Ucsuz-bucaqsız
Qərbi Sibir düzənliyi (sahəsi üst-üstə İngiltərə, Fransa, İtaliya və Finlandiya
ərazilərindən böyükdür) başdan-başa bataqlıqlarla örtülmüşdür. Bunun üçün də
Sabit Orucov Xəzər dənizindəki təcrübəsindən istifadə etdi. Yataqların bir
özüldən qazılan küt və maili quyular vasitəsilə mənimsənilməsinə üstünlük verildi.
Hər özüldə (meydançada və ya platformada) 8-18 quyu qazıldı.
1980-ci
ildə Tümen vilayətində 312 milyon ton neft və qaz-kondensat hasil edildi. Həmin
ildə «Neft və qaz sənayesinin inkişafında Sovet hökuməti qarşısındakı
xidmətlərinə görə» Sabit Orucova Lenin
ordeni və Qızıl Ulduz medalı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı adı
verildi.
Neftçilər
onu çox sevirdilər. Elə həmin ehtiramın və qədir-qiymətin nəticəsidir ki,
vəfatından sonra neft-qaz işçilərinin təşəbbüs və tələbi ilə Urenqoy Qazçıxarma
İstehsalat Birliyinə Sabit Orucovun adı verilmişdir. Nadım çayının qırağında
salınmış eyni adlı şəhərin sahil xiyabanı (evləri sahil boyu səpələndiyi üçün
elə fərz elə ki, bütün Nadım şəhəri) da Sabit Orucovun adını daşıyır:
«Naberejnaya imeni S.A.Orudjeva».
Tarixi
mənbələr cəsarətlə deməyə əsas verir ki, təkcə Neft Daşları və Qərbi Sibir
yataqlarının işlənilməsində deyil, eyni zamanda
Orenburq
vilayəti, Türkmənistan, Özbəkistan,
Komi MSSR və Qazaxıstanın bir sıra neft-qaz yataqlarının mənimsənil-məsində
Sabit Orucovun misilsiz töhfəsini və şəxsi iştirakını heç kəs dana bilməz!
Manqışlaq
(Qazaxıstan) neft yataqlarının mənimsənil-məsində qarşıya çıxan problemlər
qəliz və çoxcəhətlidir. Həmin problemlərin həlli ilə bir sıra elmi-tədqiqat
təşkilatları məşğul olurdular və onların fəaliyyətini Neft və Geologiya
nazirlikləri əlaqələndirirdilər. Aparılan bu işlərə isə bütövlükdə öz sahəsinin
Böyük Bilicisi, Neft sənayesi nazirinin birinci müavini, Qaz sənayesi naziri,
texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası EA-nın müxbir üzvü,
Azərbaycan SSR əməkdar elm və texnika xadimi Sabit Orucov rəhbərlik edirdi.
Onun gecə və gündüz keçirdiyi müşavirələrdə, operativ yığıncaqlarda tikintiyə, təchizata və əməyin
təşkilinə dair ən kəskin, ən qəliz məsələlər konkret, cəsarətlə elmi
əsaslandırılmış şəkildə həll olunurdu.
Moskvalı soyda-şımız, geologiya-mineralogiya elmləri
namizədi İbrahim Ələkbər oğlu Abbasov neft-qaz ya-taqlarının işlənilməsi
sahəsində böyük Mü-təxəssis Sabit
Orucovu iftixar his-silə xatırlayır: «SSRİ Neft Sənayesi nazirli-
yində neft-qaz
yataq-larının işlənilməsi üçün mərkəzi komissiyanın birinci sədri SSRİ Qaz
sənayesinin əfsanəvi naziri Sabit Atayeviç Orucov idi. Qərbi Sibir, Komi MSSR
həmin dövrün ən qızğın çağlarında mənimsənilmişdir. Ucsuz-bucaqsız ərazilərdə
mürəkkəb geoloji-coğrafi və istehsalat problemlərinin layihələndirilmisində və
elmi əsaslandırılmış uğurlu həllində Sabit Atayeviç Orucov müstəsna xidmətlər
göstərmişdir».
1978-ci
ildə kontinental şelf problemlərinin qlobal, ümumdövlət əhəmiyyətini, eləcə də
Qaz sənayesi naziri Sabit Orucovun müraciətlərini nəzərə alan SSRİ Nazirlər
Soveti Qaz sənayesi nazirliyinin mərkəzi aparatında Dəniz neft-qaz yataqlarının
kəşfiyyatı və mənimsənilməsi üzrə «Başdəniz-neftqaz» deyilən Baş İdarənin
yaradılması haqqında qərar çıxardı. SSRİ-nin kontinental şelfində neft-qaz
axtarışları, kəşfiyyatı, istehsalı və nəql edilməsi məsələləri Qaz sənayesi
nazirliyinə həvalə olundu. Doqquz iri sənaye, elmi-tədqiqat və layihə
təşkilatı yaradıldı, onların tərkibinə 250-dən çox müəssisə qatıldı. Baltik,
Uzaq Şərq, Barens, Arktika, Oxot və Kars dənizlərində bir sıra unikal
qaz-kondensat və neft yataqları kəşf edildi. Sabit Orucovun arzuları həqiqətə
çevrildi. Sovet İttifaqı sənayesinin qüdrətli Sərkərdəsi Sabit Orucovun coşğun
təşkilatçılıq istedadından qaynaqlanan möhtəşəm əsəri - «Kontinental şelfn
mənimsənilməsi» layihəsi hələ bundan sonra tamamlanacaqdı. Təəssüf ki, ömür
tələsdi. Sabit Kərbəlayi Atababa oğlu Orucov ağır xəstəlikdən sonra 1981-ci il
aprelin 20-də 69 yaşının tamamına 40 gün qalmış vəfat etdi. Mərhumun cənazəsi
aprelin 23-də Moskvanın Novodeviçye qəbiristanlığında torpağa tapşırıldı.
Xalqımızın
müdrik övladı, görkəmli şəxsiyyət və məşhur neft korifeyi Sabit Orucov heç vaxt
unudulmayacaq, qədirbilən insanların qəlbində yaşayacaq.
Rəhmət o
kəslərə ki unudulmazları yada salmaqla özləri də unudulmurlar. Uzun illər
Novxanı kəndində Sovet və kolxoz sədri, sovxoz direktoru işləmişHacı Əlikövsər Əlimədət oğlu öz həmyerlisini belə
xatırlayır: "İnsanın yaxşısı xalqına xeyir verəni, onun qayğı və təəssüb
çəkənidir. Rəhmətlik Sabit bu cür kişi idi. Yüksək dövlət kürsülərində
əyləşdiyi vaxtlarda belə öz el-obasını unutmurdu. Respublikamızın xalq
təsərrüfatına rəhbərlik etdiyi illərdə Sumqayıt şəhərinə gedərkən hər dəfə
yolunu kənddən salar, camaatla görüşüb hal-əhvallaşar, nədən korluq çəkdikləri
ilə maraqlanardı. Belə görüşlərin birində ehtiyaclarımız barədə ona məlumat
verdim. Bir neçə müddətdən sonra kəndimizdəki yeganə səkkizillik məktəb təmir
olunub orta məktəbə çevrildi. Sonra 640 yerlik ikimərtəbəli geniş və yaraşıqlı
yeni orta məktəb binası ucaldıldı. Və ona Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi
partizan Mehdi Hüseynzadənin («Mixaylo») adı verildi. Kəndimizin qız və
gəlinlərini işlə təmin etmək məqsədilə köhnə məktəb binası 250 nəfərlik tikiş
sexinə çevrildi. Aşağı məhəllədə yaşayan, evlərini və həyət-bacalarını su
basmış 80 ailəyə kəndin yuxarı hissəsində, bağ yolunun kənarında yeni sahələr
ayrıldı, onlar münbit torpaqlara köçürüldü və təbii qazla təmin olundu. «Əhəng
yandırılan» sahədən kəndə 4 kilometr uzunluğunda boru kəməri vasitəsilə içməli
su gətirildi.
Böyük
Vətən müharibəsində həlak olmuş igid həmyerlilərimizə xatirə abidəsinin
qoyulması, iki mağazanın, bir məişət pavilyonunun (12 yerlik) tikilib
istifadəyə verilməsi, küçələrin və qəbiristanlıq yolunun asfaltlaşdırılması və
s. o dövrdə görülən işlərdəndir.
Novxanı
camaatı böyük həmyerlimizin xatirəsini əziz tutur. Əhalinin xahiş və təkidi ilə
kəndin ən uzun və yeni küçəsinə Sabit Orucovun adı verilmişdir.”
Fətulla
Fəcri, şair-publisist,
«Humay» milli mükafatı laureatı