$WDAY
$, 10.05.2024, 01:44
Kəndin memarlıq quruluşu
1851-ci ilin məlumatına görə Abşeronda 33528 nəfər adam yaşayırdı və onların hamısı tarixən mövcud olmuş 39 kənddə yerləşirdi ki, bu kəndlərdə 6031 məhəllədən ibarət idi. Bunlardan 24 kəndin 100-dən çox məhəlləsi vardı. Onlardan Əmircan, Balaxanı, Hökməli, Hövsan, Corat, Zirə, Qala, Qobu, Kürdəxanı, Məhəmmədi, Maştağa, Nardaran, Novxanı, Pirşağı, Pamana, Saray, Suraxanı, Türkan, Fatmayı kəndlərini göstərmək olar. Novxanı Abşeron
yarımadasının şimalında yerləşən və xarakterik relyefilə fərqlənən kəndlər
qrupuna aiddir. Məhz bu relyef məhəllələrin yerləşməsində və planlaşdırma
strukturunun formalaşmasında xususi rol oynamışdır. Məkanın şərqdən qərbə
pilləvari yüksəh relyefi, təpəlikləri kənddə şəhərsalma sisteminin münasib
təşkilinə şərait yaratmışdır. Novxanı kəndi nə gölün, nə də dənizin sahilində
yerləşir. Xəzərdən uzaqdır. Abşeronun kəndlərində olduğu kimi su məkanı yerli
landşaftın dəyişməsinə səbəb olmur. Kəndin fəal elementi onun relyefidir ki,
ona da uyğun tikinti və planlaşdırma işləri aparılıb. Əvvəl kəndin ilk məhəllələri aşağı
səviyyələrdə salınıb, Şah Soltan Hüseynin (XVII-XXVIII əsrlər) məscidi tikilib.
Məscid kəndin mərkəzi hissəsinin əsası rolunu oynayıb. Sonradan nisbətən sakit
relyefdə yeni məhəllələr tikiləndə torpaqları bölməyə və evləri yuxarı
səviyyələrdə tikməyə başladılar. XIX-XX
əsrlərdə yaşayış məhəllələri aşağı və yuxarı terrasalarda yerləşirdi.
Burada dini kompleks şəklində yeni inkişaf etmiş mərkəz ucaldıldı. Kəndin bu
hissəsində 1865-ci ildə çox da böyük olmayan ikinci məscid tikildi. Bu da yaxın
ərazilərin istifadəsinin yeni
planlaşdırılmasına səbəb oldu. Yeni məhəllələrin sayının artması ilə bağlı,
1875-ci ildə bu ərazi genişləndirilir. Nəhayət,
1904-08-ci illərdə yerli sakin Səfərəli köhnə məscidin yanında daha geniş,
hündür və gümbəzi olan məscid ucaldır, sahənin böyük hissəsini daşla
hasarlayır. Məscidin qərb tərəfində fasad boyunca mədrəsə tikib, həyəti
abadlaşdırır, quyular qazdırır. Beləliklə, bu dini kompleks kəndin ictimai
mərkəzinə çevrilir. Kəndin əsas kompozisiyasını ictimai
binaların üçbucağı – Şah Soltan Hüseynin məscidi, hamam və Səfəralının məscidi
təşkil edir. Bu obyektlər müxtəlif səviyyələrdə memarlıq-planlaşdırma
funksiyalarını daşıyır və bütöv ansamblın əsas elementləri sayılır. Kəndin şimal-qərbində, yüksəklikdə yerləşən qəbirstanlıq yaşayış
sahələrinə yaxınlaşır ki, bu da ümumi şəhərsalma sistemilə sıx bağlıdır. Bağların və bağ
sahələrinin yaşıl örtüyü kəndin ayrılmaz hissəsinə çevrılıb. Evlərin daş
tikililəri və darvazaları kəndin
planlaşdırılması və tikiliş sistemilə üzvi surətdə bağlıdır. Novxanı kəndi
kompozisiya və yaşayış sahəsinin salınması ilə vahid tarixi-memarlıq irsi kimi
qəbul edilir. |
Меню сайтаАрхив записейПодписаться |