Əlibaba
Hacı oğlu
Məşhur qoçu Hacı oğlu Məşədinin qardaşı olan bu
həmyerlimiz 1870-ci ildə Novxanıda dünyaya gəlib, 90 il ömür sürüb. Ötən əsrin
ortalarında o, kəndin müdrik ağsaqqalı kimi tanınırdı, novxanılıların rəğbətini
qazanmışdı. Əlibaba kişi qüdrətli bir şəxsiyyətin qardaşı olsa da özünü çox
sadə aparırdı, böyüklə böyük, kiçiklə kiçik idi. Yeniyetmələrə, cavanlara
ehtiramla yanaşar, maraqlı söhbətləri ilə onları cəlb edərdi.
Cavanlar
arasında hər hansı bir münaqişə baş verdikdə, Hacı oğlunun bir kəlməsi ilə
həmin dava-dalaşa son qoyulardı. Böyük Vətən müharibəsi başlananda yaşının çox
olmasına baxmayaraq kolxoz təsərrüfatında fəal iştirak edirdi. Başıpapaqlı
cavanların cəbhəyə getdiyi bir dövrdə bu fədakar insanın köməyinə ehtiyac çox
idi. Əsgər ailələrinə və imkansızlara taxıl, çörək verərdi. Əlibaba kişi Xəzər
sahilindəki əncirli-üzümlü bağlarda bir bağban kimi böyük əmək sərf edib. Yaşlı
və orta nəsildən olan novxanılılar bu xeyirxah və nurani insan; bu gün də
hörmətlə xatırlayır, ona Xudavəndi-Kərimdən rəhmət diləyirlər.
Məmmədəli
Əliyev