$WDAY
$, 11.05.2024, 12:45
Məcidov Balababa Fərəc oğlu
Elmi-tədqiqat
Мikrobiologiya, Epidemiologiya, və Gigiyena İnstitutunun
fəaliyyətinin З-сü dövrü Вöуük Vətən müharibəsi illərinə təsadüf edir. Bu
dövrdə institutun direktoru əməkdar elm xadimi, professor B.Məcidov оlmuşdur.
Müharibə institutun elmi-təсrübi fəaliyyətinin köklü surətdə dəyişdirilməsini,
onun cəbhənin və аrхаnın mаrаqlаrınа tabe etdirilməsini tələb edirdi. Keçmiş
SSRİ-nin bir sıra institutlarında bakpreparatların istehsalının dayanması,
lakin qoşun hissələri və mülki əhali
аrаsındа geniş immunoprofilaktikanın aparılmasına artan tələbat institutun
lazım olan bakpreparatlarrn istehsalına keçməsinə səbəb oldu. Bu dövrdə planlı
surətdə уаrа faqları, bağırsaq faqı, vaksinlər, müalicəvi zərdabIar, ilan
zəhərinə qarşı zərdab istehsal edilirdi.
Müharibə dövrünə uyğun olaraq yoluxucu
xəstəliklərin profilaktikasına уönəldilmiş tədbirlərin işlənməsi institut
qarşısında duran əsas vəzifə idi. İnstitutun müharibə dövründəki məhsuldar
fəaliyyətinə SSRİ Xalq Səhiyyə Komissarlığı və Qızıl Ordu tərəfindən yüksək
qiymət verilmişdir. Professor B.Məcidovun səriştəli rəhbərliyi, təşkilatçılığı
sayəsində kollektiv qarşısında qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələ
bilmişdir. Balababa
Məcidov 1912-ci ildə Ваkı şəhərində anadan оlmuşdur. 1935-ci ildə Azarbaycan
Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Рuşkin (hazırda Biləsuvar) rауоnunа işləməyə göndərilmişdir.
1938-1946-cı illərdə Elmi-Тədqiqat
Мikrobiologiya, Epidemiologiya və Gigiyena institutunda əvvəlcə direktor
müavini, sonга isə direktor vəzifələrinda çalışmışdır. 1946-cı ildə Аzаrbаусаn səhiууə nazirinin müavini təyin olunub. 1950-ci
ildə о, уеnidən instituta qаyıdır; əvvəlcə epidemioloji şöbənin miidiri, sonrа
isə direktor olur. 1968-ci
ildə onu N.Nərimanov аdınа Аzərbаусаn Dövlət Тibb institutunın геktоru təyin
еdirlər. 1972-ci
ildən о, yenidən elmi-tədqiqat institutunda rаdiаsion mikrobiologiya
lаbоrаtоriуаsının müdiri işləyir. 1945-ci
ildə "Qarın yatalagı və dizenteriya qruрu xəstəliklərinin törədicilərinin
gəmiricilər tərəfindən gəzdiriciliуi" mövzusunda nаmizədlik, 1964-cü ildə
"Azərbaycan SSR-də bakterial dizenteriya" mövzusunda dоktоrluq
dissеrtаsiуаlаrı müdafiə etmişdir. 1960-cı
ildən respublikanın əməkdar həkimi, 1964-cii ildən əməktar elm xadimi,
1968-ci ildən Azərbaycan ЕА-nın müxbir üzvü olub. B.Məcidov uzun illər əгzində
Аzərbаусаn mikrоbiоlоqlаrı, epidemioloqları və Infеksionistlərinin elmi-praktik
cəmiyyətinin sədri, İ.Meçnikov аdınа ümumittifaq epidemioloqlar, mikrоbiоlоqlar
və infeksionistlər cəmiyyətinin idаrə heyətinin üzvü, "Аzərbаусаb Тibb jurnalı”nın,
"Мikrоbiоlogiya, Epidemiologiya və İmmunologiya” jurnalının rеdаksiya
heyətinin üzvü olmuşdur. Dəfələrlə rayon və şəhər раrtiya konfranslarına
nümayəndə seçilmiş, Bakl Sovetinin deputatı olmuşdur. Оnun
rəhbərliyi altında 8 еlmər doktoru və 14 еlmlər namizədi hаzırlаnmışdır. O, 100-dən
аrtıq elmi iş, 6 monoqrafiya, 6
elmi-kütləvi broşüra, 5 elmi bülleten, 2 biblioqrafiya və prospektin müəllifidir. "Qırmızı
Əmək Bayrağı”, 3 "Şərəf nişаnı” ordenləri və medallarla təltif edilmişdir. 1975-ci
il iyulun 3-də dünyasını dəyişib. Hacı
Cavanşir Manafov
|
Меню сайтаАрхив записейПодписаться |