Böyük Vətən müharibəsinin (1941-45) iştirakçıları
Böük Vətən müharibəsi illərində
3,4 milyon əhalisi olan Azərbaycandan cəbhəyə 681 min vətənpərvər gedib, onların
250 mindən çoxu həlak olub. Həmin çarpışmalarda kiçik Novxanıdan olan yüzlərlə
həmyerlimiz də Vətən qarşısında borcuna layigincə əməl edib, Azərbaycan, ana və
bacılarımız naminə canlarını qurban verib. Cəsurları həlak olduqları yerlərdə, eləcə də kəndimizdə ehtiramla yad edirlər.
Siyahını tərtib etdikdə
müharibə iştirakçılarının arasında fərq qoymadıq. Hamı kənddən Vətəni qorumağa
yollanmışdır. Qanlı savaş bəzi döyüşçilərin taleyində dəhşətli izlər buraxıb.
Əsir düşüblər, cəbhənin o tayından həmyerlilərimizlə üz-üzə gəliblər. Onlar da
düşünürdilər ki, müstəqil Azərbaycan naminə bolşevik hökümətinə qarşı
vuruşurlar.
Bu gün siyahıda olan igidlərin
əksəriyyəti dünyasını dəyişib. Kimsə vətənində, kimsə Rusiyada, Ukraynada,
Belorusiyada, Avropada, Çində, Yaponiyada, Koreyada, Sibir meşələrində dəfn
olunub.
Allah onlara rəhmət eləsin!
Aşağıda müharibə iştirakçılarının siyahılarını təqdim
edirik: