NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 03.12.2024, 21:43

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Məmməd Dadaşov | Регистрация | Вход

Dadaşov Məmməd Dadaş oğlu

 

Məşhur neftçi, əfsanəvi "Neft daşları”nı kəşf edənlərdən biri, SSRİ Dövlət mükafatı laureatı Məmməd Dadaşov 1912-ci ildə dünyaya gəlib. 1931-ci ildə Neft texnikumunu bitirib.

1931-1935-ci illərdə hərbi xidmətdə olub.

30-cu illərin axırları Azərbaycanda neft sənayesinin növbəti sürətlı inkişafı mərhələsi idi.

Hərbi xidmətdən qayıdan gənc mütəxəssis bu tarixi prosesin birbaşa iştirakçısına çevrilir. O zaman yeni neft yataqlarının axtarışında buruq ustası kimi iştirak edib. Qazdığı quyular məhsuldar çıxıb.

        1941-ci ildə müharibəyə aparılır. 1944-cü ilə qədər döyüşən orduda düşmənlə üz-üzə gəlir. Novorossiysk ətrafında, "Malaya Zemlya” adlanan yerdə yaralanır.

        1944-cü ildə onu neft mütəxəssisi kimi ordudan tərxis edirlər. Qayıdır sevimli işinə. "Neft daşları”nda neftin kəşf edilməsi üçün komanda toplananda Məmməd Dadaşov yaddan çıxmır. 1949-cu ildə çoxillik əzablı iş, yuxusuz gecələr, hətta insan tələfatı bahasına gərgin iş uğurla nəticələnir. Dünyada ilk dəfə dənizdə neft fontanı vurur. Həmkəndlimizin əməyi Dövlət mükafatı və Qırmizi Əmək Bayrağı ordeni ilə fərqləndirilir.

        

1967-ci ildə SSRİ neft nazirinin birinci müavini Sabit Orucovun təşəbbüsi ilə Hollandiyada SSRİ üçün ilk üzən neft qazma qurğusu inşa olunur. Qurğuya Məmməd Dadaşov rəis təyin olunur. O, min bir əziyyətlə qurqunu Bakıya gətirir. Həmin qurğu vasitəsilə ilk nefti  Məmməd Dadaş oğlu kəşf edir. Uğurlu işi qözdən qaçmır. Bundan sonra o, Xəzərdə bütün üzən qazma qurğularının tikintisi və istismarının rəhbəri təyin edilir.

        Görkəmli neftçi 1975-ci ildə dünyasını dəyişib.

Hacı Rahim Babayev                   

 

Меню сайта

Форма входа

Календарь

«  Декабрь 2024  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Подписаться