Məmmədov Qəzənfər Cəfər oğlu
Qəzənfər Məmmədov 1905-ci ildə Bakıda, fəhlə ailəsində
doğulub. Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra fəhlə fakültəsində təhsil alaraq komsomol sıralarında fəal
ictimai işə başlayıb. 1927-29-cu illərdə Ağdam qəza komitəsində və Azərbaycan
Komsomolunun Mərkəzi Komitəsində işləyib.
1929-cu
ildə mətbuat orqanlarında işə keçir: "Gənc işçi” qəzetinin məsul katibi,
redaktoru, sonralar "Kommunist” qəzetinin şöbə müdiri, məsul katibi, redaktoru
olur.
1941-ci
ildən 1945-ci ilədək Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin
(MK) katibi vəzifəsində çalışıb. 1946-cı ildə Ümümittifaq Kommunist Partiyası
MK yanında Ali partiya məktəbini bitirdikdən sonra yenidən Azərbaycan KP MK
katibi seçilir, 1950-ci ilədək bu vəzifədə işləyir.
Mərkəzi
Komitəyə katib təyin olunması ilə əlaqədar Q.Məmmədvu İ.Stalinin qəbuluna
çağırırlar. Köməkçi N. Poskrebışev Qəzənfər müəllimi böyük rəhbərin kabinetinə
kecirir. Kabinet boş idi. Stalin bir az sonra kabinetə
daxil olur. Salamdan sonra soruşur:
- Otkuda rodom (əslən hardansan)?
- İz
- Otkuda (harasından)?
- İz kreposti (içəri şəhərdən), - Q.Məmmədov
cavab verir.
- Belıe ştanı (ağşalvarlı)?
- Otes faetonşikom bıl (atam faytonçı olub).
Bir neçə
dəqiqə Azərbaycandakı vəziyyətlə bağlı sorqu-sual edəndən sonra Q. Məmmdova
getməyə icazə verir.
Atamın
dediklərindən: "Müharibə dostum, yazıçı,
jurnalist, həqiqətən savadlı, bacarıqlı insan mənə müraciət etmişdi ki, bir
vəzifə verilməsi barədə dayım Qəzənfər Məmmədova ağız açım. Xahişi ona
çatdırdım. Q.Məmmədov həmin adamı qəbul edir, tanış olur. Bir neçə müddətdən
sonra o, raykomlardan birinə katib təyin edilir. Üstündən bir il keçəndən sonra
raykom katibi xidməti avtomobildə Binəqədiyə qəlir, məni tapır və iki böyük
bağlama hədiyyə ötürür ki, birini dayıma çatdırım. Hədiyyələri görən kimi sözün
əsl mənasında vahiməyə düşdüm: "Sən neynirsən, dayım bunu eşitsə, ikimizin də
dərisini soyar!”. Dayımın təmizliyini yaxşı bildiyim üçün heç öz hədiyyəmi də götürməyə
cürət etmədim”.
Mircəfər Bağırov bir dəfə kabinetində Qəzənfəri təhqir edir. Özünü saxlaya
bilməyən novxanılı masanın üstündəki külqabını qaldırır ki, Bağırovun başına
vursun. Külqabını onun əlindən alırlar. Qəzənfər oradan çıxıb evinə yollanır və
ertəsi gün işə çıxmır.
Axşam M.Bağırov telefonla zəng çalır:
- Qəzənfər, niyə işə
çıxmamısan?
- Tutulmağım evimdə baş versə,
mənim üçün daha yaxşıdır, -cavab verir.
M.Bağırov gülə-gülə:
- Qəzənfər, işə çıx!
Sonralar nə M.Bağırov, nə də Q.Məmmədov həmin
epizodu bir daha yada salmır.
Yaraşıqlı,
təmkinli, alıcənab, zarafatçıl adam idi. Bakıda yaşayan novxanılı qohumlarla daim ünsiyyətdə olub. Hüsniyə nənəmin bişirdiyi qutabları
çox sevərdi. Bağa tez-tez gələrdi.
Qohumlara əl
tutardı. Çox təmiz adam idi. Rəhmətə gedəndə bu boyda vəzifə sahibinin evində
məclisi yola vermək üçün mebel, qab-qaşıq tapılmadı.
Respublika
partiya təşkilatında rəhbər vəzifədə olarkən Qəzənfər Məmmədov partiya
kadrlarının hazırlanması və tərbiyəsi sahəsində böyük əmək sərf edib.
1951-62-ci illərdə "Kommunist” qəzetinin redaktoru, "Azərbaşpoliqrafnəşr” in
rəisi, Azərbaycan SSR mədəniyyət nazirinin müavini, "Azərbaycan kommunisti”
jurnalının redaktoru olub.
1962-ci
ildə pensiyaya çıxan Q.C.Məmmədov Azərbaycan SSR Nazirlər Sovetinin aparatında
işləyib.
O,
respublika partiya təşkilatının XVI, XVII, XVIII və XIX qurultaylarında
Azərbaycan KP MK üzvü, XXIV qurultayda isə MK üzvlüyünə namizəd seçilib.
Dəfələrlə
SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub.
Partiya
və hökumət Q.C. Məmmədovun fəaliyyətini yüksək qiymətləndiriblər. O, Lenin
ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı” ordenləri və medallarla təltif
edilib.
1973-cü
ildə vəfat edib.
Vaqif Ağayev