NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 03.12.2024, 21:49

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Rəsulzadə Məhəmmədəli | Регистрация | Вход

Rəsulzadə Məhəmmədəli Əbdüləziz oğlu

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Məhəmmədəmin Rəsulzadənin əmisi oğlu-dur. 1882-ci il aprelin 7-də Novxanı kən-dində anadan olub. İlk təhsilini din xadimi olan atasından almış, sonralar maarif xadimi olan Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılan 2-ci "Rus-müsəlman” məktəbində oxumuşdur.

Siyasi fəaliyyətə 1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Azərbaycanda Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı”nda başlamışdır. 1904-cü ilin axırında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində Mirhəsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmmədəmin Rəsulzadənin rəhbəliyi ilə yaradılan ilk müsəlman sosial-demokrat təşkilatının əsası bu qurumda qoyulmuşdur. Həmin "Hümmət” təşkilatına ilk daxil olanlardan biri də Məhəmmədəli Rəsulzadə idi. O, "Hümmət” in "Təkamül” (1906-07) və "Yoldaş” (1907) qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış etmışdır. 1907-ci ildə Balaxanı neft rayonunda P.Çaparidze, M.Əzizbəyov, İ.Fioletov, S.Əfəndiyev və başqalarnın iştirakı ilə təşkil olunan "Neft sənayesi fəhlələrinin ittifaqı”nın sədri P.Çaparidze, texniki katibi isə Məhəmmədəli Rəsulzadə idi.
1911-ci ilin oktyabrında Bakıda gızli şəkildə təşkil olunmuş Müsəlman demoktarik "Müsavat” partiyasının təsisçilərindən biri olmuşdur. Partiyanın əsas orqanı olan "Açıq söz” (1915-19) qəzetinin müxtəlif vaxtlarda naşiri və redaktoru Məhəmmədəli Rəsulzadə idi.

Məhəmmədəli Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyəti dövrü fəaliyyəti diqqətəlayiqdir. O, 1918 ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan Parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilmiş, 1919-cu ilin əvvəllərində təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti Hökumət mətbəəsinin müdiri təyin edilmişdir. 1919-cu ilin oktyabrında "Türk Ədəm Mərkəziyyət "Müsavat” partiyası” Bakı komitəsinin üzvü seçilmişdir.
Aprel işğalından (1920) sonra Moskvada Xalq Millətlər Komissarlığına tabe olan kooperativ təşkilatında iki ilə yaxın işləyən Məhəmmədəli Rəsulzadə 1922-ci ilin yayında Bakıdan İrana və oradan isə İstanbula mühacirətə getmişdir. Həmin dövrdə İstanbulda nəşr olunan "Yeni Qafqasya”, "Azəri türk”, "Odlu yurd”, "Azərbaycan yurd bilgisi” və s. mətbuat orqanları ilə yaxından əməkdaşlıq etmişdir. Onun Türkiyədə Azərbaycan ədəbiyyatının təbliği sahəsindəki fəaliyyəti də xüsusi tədqiqata layiqdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbay-can" jurnalında "M.Ə.Rəsuloğlu” imzası ilə çoxlu məqaləsi dərc edilmişdir.

1982-ci il fevralın 3-də İstanbuda vəfat edib.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası

 

Меню сайта

Форма входа

Календарь

«  Декабрь 2024  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Подписаться