NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 16:53

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Elmira Fərəcullayeva | Регистрация | Вход

Fərəcullayeva Elmira Nadir qızı

    

     Bakı şəhərində məşhur novxanılı Nadir Balakişiyevin ailəsində dünyaya gəlib. Valideynləri onun musiqi təhsili almasına xüsusi əhəmiyyət verirdilər. Bülbül adına məktəbdə 7 illik musiqi təhsilini başa vurduqdan sonra Elmira və valideynləri yeni qərar qəbul edirlər. Beləliklə də qız 6 saylı ümumtəhsil məktəbində oxumağa başlayır. Hələ uşaqlığından atasından əxs etdiyi təşkilatçılıq qabiliyyəti diqqətdən yayınmır. Dərs əlaçısı olan Elmira 1977-ci ildə Krımdakı məşhur «Artek» pioner düşərgəsinə göndərilir.

     Deyirlər ki, tale bəzi məqamlarda təkrar olunur. Valideynləri - Nadir müəllim və Mina xanım ortancıl qızlarının həkim olmasını istəyirdilər. Lakin adi bir hadisə Elmiranın gələcək həyat yolunu müəyyənləşdirdi. 70-ci illərdə atası xarici turizm idarəsinin rəisi olarkən Fransaya getmişdi. Orada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Vətənə qayıtdıqdan sonra o, gözəl təəssüratlarını ailə üzvləri ilə bölüşdü. Fransız dilindəki rəngarəng kitablar, foto-şəkillər və atasının söhbətləri Elmiranın şüurunda silinməz izlər buraxdı. Məktəbdə ingilis dilinin keçilməsinə baxmayaraq gənc qız fransız dilini də öyrənməyi qərara alır və 1981-ci ildə Xarici Dillər İnstitutunun Fransız dili şöbəsinə qəbul edilir. 1986-cı ildə institutu fərqlənmə ilə bitirərək aspiranturaya qəbul edilir. «J. Sand və Şərq» mövzusunda dissertasiyası təkcə Azərbaycan alimlərinin deyil, eyni zamanda Fransa və Rusiya mütəxəssislərinin də diqqətini cəlb etmişdi. Elmira Fərəcullayeva həmin əsərində Azərbaycan - Fransa ədəbi əlaqələrini, məşhur fransız yazıçısı Jori Sand tərəfindən "Koroğlu” dastanının fransız dilinə tərcüməsini, eləcə də yazıçı Baninin (Azərbaycan mesenatları Əsədullayev və Musayevin Parisə mühacirət etmiş qız nəvələri) yaradıcılığını araşdırıb.

     Elmira xanım 2000-ci ildə Bakı Slavyan Universiteti Roman-alman dilləri kafedrasının müdiri, habelə Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin baş katibi olur. O, Parisdə Azərbaycan mədəniyyətinin təbliği sahəsində fəal iş aparır. Azərbaycan pianoçusu Gülşən Ənnağıyevanın Sorbonnada və Raxmaninov adına Konservatoriyada konserti, BSU-də Fransız dili kabinetinin yaradılması, Parisdə A.Fətullayevanın foto-sərgisinin təşkili, Parisdə nəşr olunan "Azərbaycanca danışaq” məcmuəsinin tərtibi və s. öncə Elmira xanımın adı ilə bağlıdır.

     O, 2006-cı ildə "Koroğlu”, "Jori Sand” məcmuəsini nəşr etdirib. Bu əsər Azərbaycan oxucularında böyük maraq doğurub. Hazırda Elmira xanım Bakı Dövlət Universiteti Fransız və alman dilləri kafedrasının müdiridir.

Əliabbas Əlimədətoğlu,

əməkdar jurnalist

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться