NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 23.11.2024, 12:16

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | "Lotu" Bəxtiyar | Регистрация | Вход

Kərimov Bəxtiyar Ağababa oğlu

 

Kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ayamalarıyla tanınan həmkəndlimiz 1959-cu il martın 21-də Baki şəhərində anadan olub. 1976-ci ildə Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına yatap edilib. Bununla da əfsanəvi lotu Bəxtiyarın həyat macərasının təməli qoyuldu. Bəxtiyarın həyat səhifələrini vərəqləsək, bir necə cilddən ibarət kitab alınar, amma onun bir çox insana məlum olmayan, olduqca dəyərli və mənalı həyatı da olub.

Ali savadı olmasa da, o, böyük fəlsəfə və məntiq ustasıydı. O, dərin düşüncəsi ilə, haq, ədalət tərafdarı idi və həmişə həqiqətin axtarışındaydi. O, xeyirxah və əməli saleh idi, buna əsaslı dəlillərim var. Bəxtiyarın anası Şəfiqə xanımın xatirələrindən:

   - "1992-ci ildə, azadlığa buraxılandan sonra evdə səhər erkən durar, dəstəmaz alar, namaz qılardı. "Qu­ran" kitabını oxuyurdu. Harada öуrəndiуini bilmirəm. Hərdən bir oxuduqlarından о qədər feyziyab olardı ki, mənə də bəzi şeyləri danışardı. – "Çох şey öуrədir "Quran” bizə. Gör nə deyir, məmə? Əgər yaxşı ad qoyub getmək fikrindəsənsə, bu fаni dünyada асgöz və həris olma”.

       Həzrət Məhəmməd (S) Peyğəmbər mübarək hədislərində buyurub:-"Cənnət anaların ayağları altındadı” Bəxtiyarın anasının sözlərındən o, bu kəlama hər zaman riayət edərdi.

       Bəxtiyar, İslam dininin tarixini və onun ehkamlarını çox qəşənk bilirdi, hətta o, ağır şəraitli zonlada, türmələrdə bir olan Allahı dusdaqlara tanıdırdı:

       -"Mən yuxusuz gecələrimdə dünyanın bütün işlərini fikirləşdikcə başa düşdüm ki, insan bütün varllqların ən şərəflisi, ən nəcibidir. Ancaq oz ömrünün qədrini bil­mir. Çох yerlərdə olmuşam. ­Xalqlar müxtəlif, dinlər arasındakı fərq boyük, adət-­ənənələr başqadır. Hər dəfə bizim aramızda Xaliq və məxluq, yaradan və yarananın mənşəyi, dünyanın, həyatın sonu haqqında boyük mübahisələr gedirdi. Mən onlara düzgünlük və ilahiyyatın, möminliyin mahiyyəti­ni anlatdıqca gözlərinə baxırdım. Mən danışdıq­са bəzilərinin gözlərində nur parlayır, bəbəklərini geniş açıb üzümə zillənirdilər”.

                Həyatda bu cür ağır yol kecən, çətinliklərlə üzləşən, dünyanın min bir sınağınıdan layıqincə adlayan bu adam çox humanist və ədalətli idi. O, deyırdi: "Mənim düşmənim yoxdur. Ezop demişkən, yamanlıma da yaxşılıq eləyirəm ki, qoy  vicdan əzabı çəksin, f'ikirləşsin ki, gör hansı nəcib insana bihesablıq  eləmişəm.”

        Bəxtiyar həmişə dost-aşnaya qürrələnən olub. Dе­yərdi ki, dünyadan danışmağın əsas səbəblərindən biri insanı şirnikləndirən pul, var-dovlət hərisliyidir. Əbədi savab qazanmaq istəyirsənsə, bircə nəfəri olümun cən­gindən qurtar, dost-aşnaya, qohum-qardaşa qürrələn, onlarla birlikdə olmağa həvəs göstər, çünki köç уаxın, istiqamət naməlumdur.

        O, Bakıda dünyaya gəlib böyüsə də, baba-nənələrinin vətənilə nəfəs alıb, həmkəndliləri ilə fəxr edib. Dar gündə onlara yardımçı, dayaq olub. İmkan tapıb kənd üçün nə isə eləməyə çalışıb. Onun, bərbad vəziyyətə düşmüş Masazır – Novxanı yolunun təmir etdirməsini novxanılılar minnətdarlıqla yada salırlar. Təmir işləri zamanı o, hər gün fəhlələr üçün yeməkxanada yemək bişitdirib iş yerində də naharlarını təşkil etdirərdi.

        1993-cü ildə respublıkamızda çörək problemi təhlükəsi yaranmışdı. Rusiyanın Qroznı şəhərində taxıl vaqonları saxlanılıb Bakıya buraxılmırdı. Orada cəryan edən hadisələr səbəbindən qonşu dövlətin rəhbərləri məsələnin həlli iqtidarında deyildi. Bəxtiyar bu işə müdaxilə edir. Çeçenistanda olan dostlarının səyi ilə vaqonların yolu açılır, taxıl Bakıya gəlib çıxır.    

        Bəxtiyar həmişə elmin, biliyin və maarifçiliyin tərafdarı idi. Akademik Mahir Qarayev həbsxanadan çıxandan sonra verdiyi müsahi­bələrdə Bəхtiуаr haqqında ürək dolusu, fəxrlə danışırdı. Onunla gorüşlərindən mənəvi zovq aldığını bildirirdi.

     -"Bəхtiуаr istənilən mövzuda danışmağa bili­yi, bacarığı, qabiliyyəti çatan bir şəxs уох, şəxsiyyət idi. Onun Azərbaycan ədəbiyyatına, xüsusilə klassik poeziyanın incəliklərinə qədər bələd olmasına heyran qalmamaq mümkün deyildi. Bəxtiyar qəzəl уа­zırdı. Onunla tаnışlığımla fəxr edirəm. Bəxtiyarın xoş, mehriban səsi, göstərdiyi şəfqət, verdiyi məsləhət təbii olduğundаn təsir etmək, təskin­lik, qaygıkeşlik mühiti yaradırdı.

       Bəxtiyarla diskusiya apardıqdan sonra öz kamerama qayıdır, оnun dediklərinin təhlilinə girişir, heç orta təh­sili olmayan bu fenomenin həm natiqlik qabiliyyətinə, həm də təbliğat bacarıgına heyran qalırdım.

       Bəxtiyara sonuncu dəfə, 1996-ci ildə Bakı şəhər məhkəməsinin qəratı ilə 3 il həbs cəzası kəsiləndə Ваyıl türməsində öz vəkilinə dediyi sözlər:

      "Yavaş-yavaş hər şey öz rəngini dəyişir, in­sanlar get-gedə gozəl xasiyyətlərini itirir, şər asta-asta xeyiri üstələyir. Faydalı işlər, yaxşı, şirin sözlər unudulur, cahil­ adili basmarlayır. Ва­carıqlı insanlar, hünər sahibləri həmişə istedadı olma­уаn paxıl adamlar tərəfindən gözümçıхdıуа salınır. Ра­xıl, rəzil adamlar, alicənablardan çох olduqlarından onlara üstün gəlirlər. Əllərindən bir xeyirli iş gəlməyən adamlar hünər sahiblərini pisləməkdə о qədər irəli qa­çırlar ki, hətta xeyirxahların oturuş-duruşlarını da günah paltarına bürüyür, ona cinayət bəzəyi vururlar. Ona görə hünər sahibləri paxıllar tərəfindən məhv edi­lirlər”.

       Bəxtiyar Kərimov 1998-ci il aprelin 6-da həbsxana xəstəxanasında vəfat edib. Novxanıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.

                                                                                                                 Bəhrəm Çələbinin "Lotu Bəxtiyar”

                                                                                                                                                                         kitabının materialları əsasında

                                                                                                                                                                         Hacı Cavanşir                                                                         

 

 

 

xtiyarın şeirləri


                                          

 

                      *     *     *

Мən mərdliyə məhkum olanam, möhkəmə məhkum,

Məhkum edə bilməz məni heç məhkəmə məhkum.

 

Min şadlığı - bir göz yaşına nəşəni dərdə,

Yüz zövqü - səfanı edərəm bir qəmə məhkum.

 

Öz kölgəmin ardınca düşüb caniyə döndüm,

Кölgəm mənə hakimdi, mən öz kölgəmə məhkum.

 

Bəs pərdədə zildən охuуub, zildə pəs oldum,

Bəmdən güc аlаn zil, уеnə oldu bəmə məhkum.

 

"Yох varlığa darlıq" dedilər, bilmədilər ki,

Çох var olanı tale edibdir kəmə məhkum.

 

Şair о zaman hökm eləyər ölkəsi olsun,

Olkəm özü məhkumdusa... kim ölkəmə məhkum.

 

Görkəm ucalıb ölkədə şəxsiyyəti ötmüş,

Şəxsiyyət olub gövdəli bir görkəmə məhkum.

 

 

                   

                     *    *     *

 

Səbr, ey dil,, az olur pis güzəranın, yamanın,

Ki, dönüb уаxşılığa, çərxi dövr edər zamanın.

 

Biz də azədə gəzib, cəm оlаrıq, qəmdənd iraq,

Çıxarıq seyrinə həm, güşeyi-cənnət cahanın.

 

Kim ki mərddir, bu onunçün yazılan qanundur,

Verə aləmdə gərək, zülmi-həyat imtahanın.

 

Dərk еdə - məqsəd odur ki, - hamı bu mənanı,

Şəkk edib qırmaya ümmidini, ахər gümаnın.

 

İnşallah verilər qiyməti çox düzlük ilə,

Yaşamış ömrünü mərdanə-təmiz hər adamın.

 

Nardaran pirinə, ey Bəxtiyar oldun aşiq,

Eу Həci, Novxanıdır, bil əzəl-аxir məkanın.

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться