NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 03.12.2024, 21:52

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Böyükağa Ağayev | Регистрация | Вход

Ağayev  Böyükağa Qulam oğlu

 

1921-ci il iyulın 15-də Bakı şəhərində anadan olub. Binəqədi qəsəbəsində yaşayıb, orada da məktəbi bitirib. 14 yaşında olarkən atası vəfat edib, böyük oğul olduğundan, ailənin (6 uşaq) qayğılarının böyük hissəsi onun üzərinə düşüb. Neft mədənlərində fəhlə işləyib. Müharibənin ilk günlərində döyüşən orduya çağırılıb. Qafqaz uğrunda döyüşlərdə fərqlənib. Göstərdiyi şücaətə görə komandanlıq onu zabit məktəbinə oxumağa göndərib. 1944-cü ildə Qırmızıbayraqlı Xarkov Hərbi məktəbini bitirib və leytenant rütbəsində yenidən döyüşən orduya gedib. Ukrayna, Polşa, Slovakiya, Çexiya, Almaniya uğrunda döyüşlərdə fəal iştirak edib, orden və medallarla təltif olunub, yaralanıb. Slovakiyada gedən döyüşlərdə gəhrəmanlıq göstər-diyinə görə "Qırmızı Ulduz” ordeninə layıq görülüb.

1946-cı illin əvvəllərində ordudan tərxis olunub və doğma Bakıya qayıdıb. Kirov Rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini təyin olunub. Vəzifəsi müharibədə başçılarını itirmiş ailələrə, müharibə əlillərinə, müharibə iştirakçılarının ailələrinə dövlət tərəfindən yardım göstərilməsinin təşkilindən ibarət idi.

1948-ci ildə Respublika Partiya Məktəbinə göndərilib. Məktəbi bitirdikdən sonra qısa müddət Kirov Rayon Partiya Komitəsində işləyib və yenidən hərbi xidmətə çağırılıb. 1951-1958-ci illərdə orduda zabit vəzifələrində xidmət edib.

1958-ci ildə o vaxtkı SSRİ başçısı N.Xruşşovun təşəbbüsü ilə orduda genişmiqyaslı ixtisarlar aparılıb. Atamın müharibədə aldığı yaralar da başlayıb onu narahat etməyə. Nəticədə o, kapitan rütbəsində hərbi hissə komandiri vəzifəsindən tərxis olunub və Azərbaycana qayıdıb.

O vaxtlar ordudan ehtiyata buraxılmış zabitləri Mərkəzi Komitə işlə təmin edirdi. B.Ağayev Sumqayıt Sintetik Kauçuk zavodunda kadrlar şöbəsinin rəisi təyin olunur. Burada bir epizodu qeyd eləmək yerinə düşər. O zaman Nazirlər Sovetinin sədri işləyən Vəli Axundov təyinatla əlaqədər atamı qəbul edir və qısa söhbətdən sonra deyir: "Ağayev, səni "SK” zavoduna işə göndəririk, orada 3500 fəhlə və qulluqçu işləyir, onların cəmi 57 nəfəri azərbaycanlıdır. Başa düşdün?”. Faktiki olaraq B.Ağayev zavodda ilk azərbaycanlı idi ki, bu vəzifəyə təyin olunmuşdu. Zavodda fəhlələrə tələbat olduqda, bundan sonra onları azər-baycanlılar yaşayan rayonlardan cəlb edirdilər.

B.Ağayev həmin müəssisədə, Sumqayıtın diqər kimya za-vodlarında direktor müavini, partiya komitəsinin katibi, sex rəisi vəzifələrini tutub. Tikilən Sumqayıt Süd Kombinatının direktoru işləyib. Kombinatı işə salandan sonra, bir neçə müraciətdən sonra, öz xahişi əsasında işdən azad olunub, doğma kimya zavoduna qayıdıb.


Sumqayıt kimya kompleksinin inkişafında onun zəhməti az olmayıb. Şəhərdə Neft və Kimya İnstitutu filialınının açılması atamın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilib. Dəfələrlə Kirov rayon, Naxçıvan və Sumqayıt şəhər sovetlərinin deputatı seçilib.

Üç övlad atasıdır. Böyük oğlu Rafiq Çernobıl qəzasının aradan qaldırılmasında igidlik göstərdiyinə görə Rusiya Federasiyasının Prezidenti tərəfindən "Mujestvo” ordeni ilə təltif olunub. Digər oğlu Vaqif Azərbaycanin təhlükəsizlik orqanlarında uzun illər çalışıb, "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

                                                                                 Vaqif Ağayev, "Novxanılılar” saytının müəllifi, polkovnik

 

 

Меню сайта

Форма входа

Календарь

«  Декабрь 2024  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Подписаться