Məgələnin əvvəli (bura basın)
XALÇAÇILIQ VƏ TOXUCULUQ
Novxanıda
milli sərvətimiz olan xalçaçılıqla, güləbətinlə qədim tikmə sənətinin olduqca
nadir və ənənəvi növlərinin öhdəsindən gələn xalq sənətkarları olmuşdur.
Onların toxuduqları xalça məmulatı o qədər nəfis, o qədər gözəldir ki,
muzeylərin, şəxsi kolleksiyaların bəzəyinə
çevrilmişdir.
Novxanıda
yaz və payız yunundan müxtəlif məqsədlər üçün istifadə edirdilər. Xalq arasında
"yapağı” adlanan yaz yunundan əsasən, yun parça, gəbə, xalça toxunar, yorğan və
başqa şeylər hazırlanması üçün istifadə olunardı. "Güzəm” adlanan payız
yunundan isə keçə döşək və müxtəlif ölçülü kiçik döşəkçələr hazırlanır. Quzu
yunu əsas etibarı ilə yun parça toxunması və yorğan hazırlanması üçün işlədilərdi.
Toxuculuq
Novxanı kəndinin qədim sənət nümunələ-rindəndir. Bu sənət nəsildən nəslə öyrədilib,
bu gün də yaşamaqdadır.
Sovet hakimiyyəti qurulmamışdan qa-baq kənd
qadınlarının toxuduqları xalçalar Almaniya, Fransa, Rusiya, İngiltərə, İtaliya
kimi ölkələrə gedib çıxıb. 1924-cü ildən başlayaraq novxanılılar dövlət üçün
xalçalar toxu-yublar.
Xalça
toxuyan xanımla-rımızdan Balacaxanım adlı-sanlı xalçaçı olub. Tutu Əbdülrəhim
qızı, Səkinə Ağayar qızı, Məsi Əhəd qızı, Bəyimxanım Ağarəhim qızı, Həmişəxanım Ağarəsul qızı, Mədinə (Abusət
arvadı), Gülbacı Abuzər qızı, Mədinə Nəcəfqulu qizi,
Əzizə və Tuğirə Balamirzə qızları, Ofelya Məmmədsəid qızı, Hüsniyyə Əlimədət
qızı, Məsumə Heydər qızı, Xədicə Balaoğlan qızı, Həcər (Hacıbala arvadı), Ziba
(Mehdi arvadı), Səkinə Tərqulu qızı, Gülnaz Cahanşah qızı və bir sıra
başqalarının toxuduqları xalça və palazlar bu gün də göz oxşayır. Əbi ri, Köşəkayağı, Göllü, Buta, Namaz, Əqrəti...
xalçaları Novxanımızı şöhrətləndirib.
Bu gün də Novxanıda xalçaçılıq qayğı və məhəbbətlə
qorunub saxlanılır. Kəndin adı ilə adlandırılan zərif naxışlı "Novxanı” xalçası
toxunur. Görədil,
Fatmayı kəndlərində də bu cür xalçalar toxunur. Bakı xalçaçılıq mərkəzinə daxil
olan belə xalçalar toxucular arasında göllü (əsil bəzəyini göl təşkil edən
xalçaya verilən ad) adlanır.
Novxanıda xana qurulan vaxt kimin ayağı sınaqlıdırsa o, birinci olaraq əlini
hanaya vurur, ərişi dartır. Əriş ocağı sınaqlı, xeyirli ocaq hesab olunur.
Xalça-palaz kəsilən gün toy-bayram olur. Evlərdə
qohum-qonşu toplanıb gözaydınlığı verirlər. Xalçanın saçaqlarını toxuya-toxuya
kəsirlər.
Xalça
və xalça məmulatı azərbay-canlıların məişətin-də, xeyrində, şərin-də çox işlədilir. Toy və bayram şənlik-lərində
evi, otaq-ları, rəsmi qonaq-lar qəbul edilərkən meydanları xalça-palazlarla bəzə-yirlər.
Qız-gəlinlərə ən yaxşı xalçala-rdan cehiz verirlər.
Keçmişdə
olduğu kimi, indi də Novxanı kəndinin bəzi evlərində bədii tikmə sənəti ilə də
məşğul olurlar. Qədim xalçaçılıq və tikmələr indi də davam etdirilir. Mirzəyeva
Yaqut Məlikağa qızı, Gülsabah Həsən qızı, Solmaz Novruz qızı, Çərkəz Kərim qızı
xalçaçılıq sənətini, qədim tikmələri isə Paşayeva Sevinc Fikrət qızı, Paşayeva
Rəhimə İlham qızı, Quliyeva Zemfira, Süleymanova Şahzadə Süleyman qızı,
Hüseynova Nazəndə Hüseynbala qızı, Ülviyyə və Zülfiyyə Mirzəyeva bacıları və
başqaları yaşadırlar.
Qız-gəlinlərimizin zərgər barmaqlarından çıxmış qədim tikmələr üst geyimlərinin,
taxt örtüklərinin, yastıqların və mütəkkələrin bəzəyidir, pul kisəsi, daraq
qabı, güzgü asmaları kimi diqqəti cəlb edir.
DUZ
İndi
isə əsrlər boyu Abşeronun bir sıra kəndlərində, o cümlədən Novxanıda duz
istehsalı ilə əlaqədar qısa bir məlumat verək.
Bir
sıra orta əsr müəllifləri (Məsudi, Əbd ər-Rəşid əl-Bakuvi və b.) Bakının xarici
ölkələrlə ticarətində, neft , ipək, boyaq kökü ilə yanaşı, duz ixracında da böyük rol oynadığını qeyd etmişlər. Duz ölkənin bir çox bölgələri ilə yanaşı,
Gürcüstana, İrana, Orta Asiyaya, Rusiyaya və Avropaya da
göndərilirdi.
Yazılı
ədəbiyyatda göstərilir ki, 1770-ci ildə duzun bir pudu 7,5 qəpiyə satılırdı.
1830-cu ildə ümumilikdə 6560 manatlıq Bakı duzu satılmışdı. Bir araba duzun
göldən çıxarılması üçün xanın xəzinəsinə 5 manat, at tayı üçün isə 1 manat 60
qəpik pul verilməliydi.
Vaqif Ağayev
"Bərəkətli-çörəkli torpaq” yazıda tarix elmləri namizədlər
Tofiq Babayevin,Təvəkkül Şaqani-Səlimovun, İdris Əliyevin
elmi məqalələrindən istifadə olunub.