Axund Əbil (XIX əsr) sərdabəsi
Novxanı
qəbirstanlığında qəbirlərlə əhatə olunmuş bu sərdaba memarlıq baxımından gözəl
tikinti obyektlərindən biridir. Başqa sərdabələrdən fərqli olaraq kürsü
üzərində tikilib. Giriş hissəsi qabağa çıxmış kəsişən tacla nəzəri cəlb edir və
hətta sərdabənin tarixini qoruyub saxlaylb. Səkkiz bucaqlı piramida şəkilli
günbəzlə tamamlanır. Abşeronda səkkiz
bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri
3.80 x 3.80m. Sərdabə memarlıq kompozisiya baxımından da qeyri-adi görünür.
Sərdabə təxminən 1850-1870-ci illərdə tikilib. Orada kəndin axundu Axund Əbil
dəfn olunub.
Nəriman Qəhrəmanlı