Babayev
Nəsirulla Xanbaba oğlu
1918-ci
ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunun
neft–mədən fakültəsini fərq-lənmə ilə bitirərək, "Molotovneft” tres-tinin qazma
kontorunda mühəndis işləyib. Böyük Vətən müharibəsi işti-rakçısıdır. Cəbhədən
qayıtdıqdan sonra "Kaqanoviçneft”in quyuları əsaslı təmir kontorunda böyük
mühəndis, sex rəisi olub. 1945-1946-cı illərdə "Kaqanoviç-neft” tresti qazma
kontorunun direktor əvəzi, İdarə Texnika Birliyinin (PTO) rəhbəri işləyib.
1946-1949-cu illərdə "Azərneft”in dənizdə qazma tresti "Gürgandəniz” qazma
kontorunun direktoru, "Azərneftkəşfiyyat” İstehsalat Birliyinin Jiloy adasında
qazma kontorunun direktoru, 1949-1954-cü illərdə "Azərdənizneft” birliyinin
dənizdə kəşfiyyat qazması trestinin baş mühəndisi olub. 1954–59-cu illərdə
"Azərdənizneftkəşfiyyat” trestində baş mühəndis, rəis müavini işləyib.
Nəsirulla Babayev 1961-ci ildə
"Dənizdə maili quyuların qazılması texnologiyası məsələlərinin tədqiqi”
mövzusunda namizədlik, 1964-cü ildə isə "Dənizdə dərin neft və qaz quyu-larının
qazılması” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
1961-1963-cü illərdə "Azərneft”
rəisinin müavini olub. 1965-1970-ci illərdə "Dənizneft” birliyinin rəisi,
1972-1975-ci illərdə "Dənizneftqazlayihə” institutunun direktoru olub.
"Gürgan–dəniz”, "Neft daşları”, "Qum-dəniz”, "Qaradağ-dəniz”, "Gürovdağ”,
"Cənub”, "Sənqəçal–dəniz”, "Bulla adası”, "Maka-rov” yataqları onun bilavasitə
iştirakı ilə kəşf olunaraq istismara verilib.
Nəsirulla Xanbaba oğlu dənizdə
çox dərin və maili quyuların qazılma texnologiyasını işləyib hazırlayıb. O,
neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. 100-dən çox elmi
məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. İxtiralara görə 100
müəlliflik şəhadətnaməsi alıb.
Məşhur novxanılı I dərəcəli SSRİ Dövlət
mükafatı və Azərbaycan Dövlət mükafatı laureatıdır, "Azərbaycanın əməkdar
mühəndisi”, "SSRİ-nin fəxri neftçisi” adlarına layiq görülüb. O, Lenin ordeni,
iki Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı” ordenləri, medallarla təltif olunub.
Bakı Şəhər Partiya Komitəsi bürosunun üzvü idi.
"Azərbaycanın
neftçi alimləri”
kitabının
materialları əsasında