NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 23.11.2024, 12:03

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ağababa Dadaşov | Регистрация | Вход

Dadaşov Ağababa Aydın oğlu

 

     Fəlsəfə elmləri doktoru, Kabardin- Balkar Dövlət Kənd Təsərrüfatı Akademiyası fəlsəfə və politologiya kafedrasının professoru, KBR-sı prezidentinin milli məsələ üzrə müşaviri Ağababa Dadaşov 1956-cı ildə Bakıda doğulub. 176 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan dəmir yolu sistemində işləyib.

     1977-ci ildən 1983-cü ilədək M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində oxuyub, sonra həmin təhsil ocağının aspiranturasına daxil olub. Təhsil illərində o, fakültənin ictimai həyatında fəal iştirak edib, partiya komitəsinin təlimatçısı, aspirantura surasının sədri olub. Dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

     1987-ci ildən bəri təhsil sistemində çalışır. 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Rusiya Federasiyasının Ali Attestasiya Komissiyası 2006-cı ildə ona professor elmi adı verib.

     A. Dadaşov milli-etnik münasibətlər sahəsində aparıcı mütəxəssislərdən hesab olunur.

     50-dən çox elmi əsəri, o cümlədən 2 monoqrafiyası çap olunub. Beynəlxalq konfranslarda və digər toplantılarda iştirak edib.

     1996-99-cu illərdə KBR-dakı San-Marino institutunda elmi işlər üzrə prorektor olub.

     Professor A.Dadaşov humanitar fənlərin geniş siyahısını işləyib hazırlayıb. O, muxtar respublikanın ictimai həyatında fəal iştirak edir. Dissertasiyaların müdafiəsi üzrə elmi şuranın üzvüdür, elmi işlərə opponentlik edir, resenziyalar yazır. İctimai fənlər üzrə daimi ekspertdir. Onun bilavasitə rəhbərliyi ilə KBR-də bir neçə milli-mədəni mərkəz yaradılıb.

     A.Dadaşov işlədiyi müddətdə özünü əsl peşəkar və yaxşı təşkilatçı kimi tanıtdırıb. 2008-ci ildən KBR prezidentinin milli məsələ üzrə müşaviridir.

 

 

Hacı Cavanşir Manafov

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться