Balakişiyev İbrahim Əbdülsalam oğlu
İbrahim Balakişiyev 1916-cı il mayın 5-də Novxanıda anadan olub. 1940-cı
ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Sentyabr ayına kimi
poliklinikada həkim vəzifəsində çalışmış, oradan da Sovet Ordusu sıralarına
getmişdir.
1941-42-ci illərdə
Pribaltika Səyyar Səhra hospitalı filialının rəisi vəzifəsində xidmət edib. Ərazi işqal olduqdan
sonra 1942-43-cü illərdə Leninqrad vilayətində partizan briqadasının
hospitalına rəhbərlik edib. Vilayət düşməndən azad olunandan sonra ona
Leninqrad şəhəri Novoselsk rayon şəhiyə şöbəsinin müdiri vəzifəsi təklif edilib. Lakin
o, faşist işğalçıları ilə mübarizə aparmağa üstünlük verib, döyüçən ordunun tərkibində
müharibənin sonuna qədər Qatçinsk diviziyası 201-ci Tibbi Sanitar Batalyonunda
hospital rotasının rəisi vəzifəsində xidmət edib. "Qırmzı Ulduz” və "Vətən
müharibəsi” ordenləri ilə təltif edilmişdir.
Müharibədən sonra N.Nərimanov adına ATİ-nun dəri-zöhrəvi xəstəliklər kafedrasında klinik ordinaturanı bitirib. 1949-1950-ci
illərdə Dəri-Zöhrəvi Xəstəlikləri
Elmi Tədqiqat İnstitutunda əvvəlcə stasionar şöbənin müdiri, sonradan isə müdir
müavini vəzifəsində çalışıb. 1950-1955-ci illərdə Şəki Dəri-zöhrəvi
dispanserində baş həkim işləyib. 1955-ci ildən ömrünün sonuna kimi Respublika Dəri-Zöhrəvi
Dispanserində şöbə müdiri vəzifəsində çalışıb.
1961-ci ildə "Səhiyyə
əlaçısı” nişanı ilə mükafatlandırılıb. 1968-ci ildə Azərbaycan SSR "Əməkdar həkimi”
adına layiq görülmüşdür.
Fikriyə Balakişiyeva