NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 16:59

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ağaverdi Məmmədov | Регистрация | Вход

Məmmədov Ağaverdi Gülverdi oğlu

 

     Muğam biliciləri onu Zülfi Adıgözəlov məktəbinin davamçısı kimi tanıyırlar.45 illik səhnə fəaliyyəti dövründə təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb...

     Ağaverdini uşaq çağlarımdan tanıyırdım. Məndən iki yaş böyük olmasına baxmayaraq bir sinifdə oxuyurduq. Gülərüz, zarafatcıl oğlan idi. Yaxşı güləşirdi, nəinki yaşıdlarına, hətta özündən bir neçə yaş böyük olan oğlanlara da qalib gəlirdi. Yaşa dolduqca hörməti artır, kəndin xeyir-şər tədbirlərində yaxından iştirak edirdi.

     1935-ci ildə Novxanıda doğulan Ağaverdi kənd məktəbini bitirən kimi sürücülük məktəbinə girdi və vəsiqə alandan az sonra Binəqədi mədənlərində sürücü işləməyə başladı. Bir müddətdən sonra öyrəndim ki, o, məşhur muğam ustası Zülfi Adıgözəlovun tələbəsidir. Elə o vaxtlar kənd toylarında nağaraçı kimi tanınmağa başladı və bir müddətdən sonra öz məlahətli səsi ilə dinləyicilərin qəlbinə yol tapdı. Tay-tuşları onu hörmətlə «maestro» deyə salamlayırdılar.

     1963-cü ildən etibarən peşəkar səhnədə çıxış edən A.Məmmədov xalqımızın sevimli sənətkarları Əbülfət Əliyev, Yaqub Məmmədov, Rübabə Muradova, Şövkət Ələkbərova ilə bərabər Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə konsert proqramlarında səhnəyə çıxıb. Novxanı torpağının yetirməsi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Müəllimlər Evində, «Azərbaycan» mehmanxanasının musiqi şöbəsində... çalışıb, həm də pedaqoq kimi fəaliyyət göstərib.

     Ağaverdi dəfələrlə kənd toylarını uğurla yola verib. Həmkəndliləri razı qalıblar. O, dostluqda sədaqətli idi. Sadəliyi ilə seçilirdi. Yaxşı xatırlayıram: «Moskviç» maşınımla şəhərdən bağa gedirdim. Adətimə əməl edərək maşını aşağı sürətlə idarə edirdim. Novxanıya uzanan yola çıxanda bir «Jiquli» məni ötüb keçdi. Əlli-altmış metr getməmiş dayandı və sürücü yerə düşdü. Rəhmətlik Ağaverdi idi. Mən də sevincək yerə düşüb əlimi ona uzatdım.

-      Üzr istəyirəm! – deyə o məni qucaqlayıb sözünə davam etdi. – Səni ötəndən sonra güzgüdən gördüm. Tələsirdim, gərək bağışlayasan.

     Dil- ağız elədim və xahiş elədim ki, yoluna davam eləsin. Lakin o razılaşmadı:

    -   Səndən sonra! – deyə təkid etdi. Mən də xətrinə dəymədim, sürəti bir qədər artırdım.

     Dostumun bu hərəkətini indiki cavanların bəziləri başa düşməzlər. Bu, yüksək mədəniyyət, uşaqlıq, məktəb yoldaşına, nəhayət, həmkəndlisinə hörmət idi.

     Onun zəhmətsevərliyini və yaxşı müğənni olduğunu çoxları, öncə musiqiçilər etiraf edirlər. Məşhur qarmonçalan Həsənağa dəfələrlə bu muğam bilicisini hörmətlə hallandırıb. Təəssüf ki, yuxarı dairələrdə bu musiqi fədaisinin sənətinə layiqli qiymət verilməyib. 1994-cü ildən 2008-ci ilədək işsiz qaldığı və fəxri ad almadığı üçün bu dünyadan incik köçüb. Allah axirət dünyasını versin.

 

   PS.  Maestronun oğlu musiqiçi Ramiz də atasının yolu ilə gedir. Kənd toylarında klarnetini dilləndirəndə ürəklərə təravət gətirir. Onun «Novxanı» rəqsi peşəkar musiqiçilər tərəfindən bəyənilib. Gələcəyi hələ irəlidədir.

 

Əli Mədətzadə

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться