Həsənova Nəbibə Baladayı qızı
1932-ci il sentyabırın 22-də Bakı şəhərində mötəbər
ailədə dünyaya göz açıb. Orta məktəbi Azərbaycan dilində uğurla başa vurub. On
yeddi yaşlı qız rus dilini zəif bilməsinə baxmayaraq Moskva İnstitutunda
oxumağı qərara alır. İmta-hanlar ADU-nun binasında keçirilirdi. Nəbibəyə Moskva
Yüngül Sənaye Texno-logiyası İnstitutunda oxumaq nəsib olur.
Müsəlman ailəsində böyüyən bakılı qız ölkə paytaxtında böyük çətinliklərlə üzləşir, hətta bərk xəs-tələnir. Bəlkə də başqası bu əzab-
əziyyətə tab gətirməyib geri
qayıdardı. Lakin Nəbibənin möhkəm iradəsi həmin çətinliklərə sinə gərir. Az
vaxt ərzində dostlaşdığı insanlar - müxtəlif millət-lərin nümayəndələri olan
tələbə yol-daşları onu qayğı ilə əhatə edərək tez sağalmasına yardım göstərirlər.
Nəbibə
səylə, yorulmadan mütaliə edir, tezliklə rus dilinə də yiyələnir. Bu işdə
Bakıdan apardığı lüğətlər, eləcə də L.N.Tols-toyun «Anna Karenina» romanı çox
karına gəlir.
İkinci
kursdan etibarən hər il onları ölkənin tikiş fabriklərinə təcrübə keçməyə
göndərirlər. Son təcrübəsini Bakıdakı Volodar-ski adına fabrikin baş mexanik şöbəsində keçən
həmyerlimiz sənətinin incəliklərini öyrənir.
1955-ci ildə təhsili başa vuraraq təyinatla, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən Ə.Bayramov adına fabrikdə mühəndis-mexanik kimi ilk əmək fəaliyyətinə başlayır. Üç aydan sonra isə baş mühəndis vəzifəsinə irəli çəkilir. Onun təklif etdiyi «parça itkisizliyi rasional metodu» və başqa yeniliklər müəssisəni qabaqcıllar sırasına çıxarır. Nəbibə xanımın rəhbərliyi ilə görülən işlər, qazanılan uğurlar dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə
isə yerli sənaye və məişət xidməti naziri
vəzifələrinə yüksəlib. O vaxt Moskvada nəşr olu-nan «Oqonyok» jurnalında dərc
edilmiş şəklin altında yazılmışdı: «SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri
Nəbibə Həsənova».
1968-ci
ildə isə o, Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə
təyin olunur.
Nəbibə xanım vaxtilə pillə-pillə ucalmasında onun
əməyinə böyük qiymət verən respublika rəhbərləri V.Axundov, Ə.Əli-xanov,
Ə.Əmirov, Ş.Əliyev, Q.Xəlilov, S.Rəhimov, H.Seyidov, Q.Məmmədov kimi
şəxsiyyətlərin ruhlarına həmişə dua oxuyur.
1989-cu ildən fərdi dövlət təqaüdündə olmasına baxma-yaraq respublikanın ictimai həyatında fəal
iştirak edir. Ona gös-tərilən qayğı və diqqətə görə Nəbibə xanım
Heydər Əliyev Fon-dunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş məramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevaya uğurlar diləyir.
Nəbibə Həsənovanın vətən və xalq qarşısındakı
xidmətləri dövlət təltiflərinə, orden və medallara layiq görülüb. 1967-71-ci
illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Tanrı çəkdiyi zəhmətin
müqabilində xanıma Məşhəd, Kərbəla və Həcc ziyarətlərini nəsib edib.
Hacıxanım
üç övlad, 5 nəvə və iki nəticə sahibidir. Övladları Aydın, Yeganə və Təranənin
ali təhsilli ziyalı kimi yetişmələrində böyük əmək sərf edib.
Əliabbas Əlimədətoğlu
"12 erməni direktoru
vəzifədən azad etmişdim…”
"…Sədr çox təəccüblənib deyir: "Necə
yəni analıq məzuniyyətindədir”? Sonra isə ayağa qalxıb əlavə edir: "Nazir də
doğar?”
Onları
sovet dövründə "trudaqolik” adlandırardılar. Bütün həyatlarını işə sərf edər,
işləriylə yaşayardılar. Ailə və şəxsi həyat həmişə arxa planda olardı. Adətən,
karyerada yüksələndə ailəsiz də keçinmək olmurdu. Çünki sovet qanunlarına görə,
vəzifədə olan qadının ilk novbədə ailəsi olmalıydı. Müsahibim 29 yaşında sovet
dovründə nazir olan ilk və yeganə qadındır. Xarizmatik olması maneləri dəf
etməyi bacarmasında böyük rol oynayıb. O, hələ də öz üzərində işləyir. Təqaüdə
çıxdıqdan sonra bir neçə dili mükəmməl öyrənib. Ilk dəfədir ki, müsahibə
verir…
Beləliklə, sabah – sentyabrın 22-də 80
yaşı tamam olan Nəbibə xanım Həsənova ilə söhbətə ilk öncə onu təbrik etməklə
başladıq və daha sonra suallarımızı ünvanladıq…
- Nəbibə xanım, Böyük Vətən
Müharibəsindən sonrakı çətin illərdə bir qız necə oldu ki, karyera pilləsində
sürətlə üzü yuxarı addımladı?
- Doğrudur, çətin illər idi, ailəmiz o dövrə görə, çoxuşaqlı sayılmırdı. Atam fəhlə, anam isə evdar qadın idi. Amma buna baxmayaraq, övladlarının 4-nə də təhsil almasında, arzularının ardınca getməsində əngəl olmadılar. Əksinə, gücləri çatdıqları kimi yardım edirdilər. O vaxt təhsil aldığım 172 saylı orta məktəb 8 illik olduğundan başqa məktəbdə təhsilimizi davam etdirməliydik. Özünü öymək olmasın, şəhadətnaməmdə qiymətlərim əla idi. Hələ üstəlik, Fəxri-fərmanla da təltif olunmuşdum. 1947-ci ilin isti avqust ayıydı. Rəfiqəm Tahirə təsadüfən tramvayda Neft Texnikumuna 7-ci sinfi bitirənlərin
qəbulunun başladığını
oxumuşdu. Özü də üstəlik, fərqlənmə ilə bitirənlərə 4 il ərzində 265 rubl
təqaüd də verəcəkdilər. O dəqiqə yanıma qaçıb dedi ki, Nəbibə, gəl,
sənədlərimizi verək. Qərara aldıq ki, bundan sonra təhsilimizi institutda
davam etdirərik. Ikimizin də bu məsələ ilə bağlı məsləhətləşəcəyimiz adam yox
idi. Axı valideynlərimiz savadlı deyildilər. Amma Tahirənin bacıları Səidə və
Fəxrəndə Moskvada təhsil alırdılar. Ona görə də sənədlərimizi düşünmədən verdik
və qəbul olunduq.
- Deməli, arzunuz olduğu üçün
deyil, təqaüd xatirinə bu addımı atdınız…
- Bəli.
Nə arzusu, bir tikə uşaq idik. Təhsil almaqla yanaşı ailəmizə də köməklik etmiş
olacaqdıq. Yadımdadır, ilk təqadümüzü aldığımızda o vaxtkı Basin (Füzuli-red.)
küçəsində qanad açıb uçurduq. Piyada küçəboyu mağazaları dolaşırdıq. Beləliklə,
bir il keçdi, 1948-ci ildə atamı itirdik. Yadımdadır, atam "Yeni Avropa”
restoranında ocaqçı işləyirdi, hər gün axşam işdən evə dönəndə, məni
restorandan gətirdiyi yeməklərə qonaq edərdi. Özü də deyirdi ki, qızım, o biri
uşaqlar üçün olmasa da olar, sən oxuyursan, gələcəyin var, ona görə də yaxşı
yeməlisən. Atamdan sonra qardaşımın həyat yoldaşı da vəfat elədi. Onun 3
uşağına da anam baxası oldu. Çətin illər idi. Texnikumdan əlavə gecə məktəbində
də oxuyurduq ki, 10 illiyi tez bitirib instituta qəbul olaq. Sonra Tahirənin
bacısı yazdı ki, rus dilini yaxşı öyrənib təhsilimizi Moskvada alaq.
- Bəs qərarınızı evdə necə qarşıladılar?
- Əlbəttə, qardaşımın ağır xasiyyəti vardı, Tahirənin anası isə bu haqda eşitmək belə istəmirdi. Imtahanları verib Kaqanoviç adına Moskava Sənaye Texnologiyaları Institutuna qəbul olundum. Cənubda böyümüş bir qız üçün Rusiyanın şaxtalı havasında yaşamaq elə də asan deyildi. Mən həmin qış bərk xəstələndim. Ilk semestrdə "Marksizm-Leninizmin əsasları” fənnindən iki dəfə cəhd etsəm də, 3 ala bilmədim. Akademik məzuniyyət götürdüm, çünki geri dönsəm, qardaşım məni yenidən Moskvaya buraxmayacaqdı. Həmin müddətdə ciddi-cəhdlə rus dilini öyrənməyə başladım və yenidən instituta bərpa olundum. 3-cü kursdan başalayaraq bizi SSRİ-nin müxtəlif şəhərlərinə təcrübəyə aparırdılar. Diplom işimdə isə Bakıya-Volodarski adına tikiş fabrikinə göndərildim. Lakin təyinatımın hara veriləcəyini bilmirdim. Fabrikdə mənə məsləhət gördülər ki, yüngül sənaye naziri Davud Şirinova yazılı müraciət edim. Beləliklə, təyinatım üçün razılıq verildi. Əli Bayramov adına tikiş fabrikinə göndərildim, hələ üstəlik 12 kv.metrlik 1 otaqlı mənzillə də təmin olundum. Indiyədək həmin evin orderini saxlayıram. O zaman gənc mütəxəssislərə xüsusi diqqət və qayğı var idi.
- Moskvada təhsil alan gənc mütəxəssisi Əli
Bayranmov adına kiçik tikiş fabrikinin istehsal gücü qane edirdi?
- Əlbəttə yox. Təbii ki, fabrikdə parçaların
istifadəsi üçün yeni texnologiyalar yox idi. Hətta parçalar qəbul edilərkən
belə keyfiyyəti yoxlanılmırdı ki, irad bildirilsin.
Fabrikdə ritmik iş üçün heç bir şərait yox
idi, nəticədə fabrikdə sistematik olaraq, öhdəliyə götürülən plan
yerinə yetirilmirdi. Nə edəcəyimi bilmirdim. Tikişçilər hələ də adi qayçı ilə
işləyir, avtomatlaşdırılmış kəsim üsulunu yaxın qoymurdular. Hardasa ilin
əvvəlində direktor məni yanına çağırıb bir xanımla tanış etdi. O, Moldovanın
Tiraspol şəhərinin tikiş fabrikindən işimizlə tanış olmaq üçün gəlmişdi. Ondan
öyrənmək qərarına gəldim. Tiraspola ezam olunub onların səmərəli iş metodlarını
mənimsədim. Öyrəndiklərimi fabrikimizdə tətbiq etdim. Nəticə də 1956-cı ildə
fabrik öhdəlik planı artıqlamasıyla yerinə yetirdi. Göstəricilərə görə, 2
milyon rubl dövlətə xeyir vermişdik. Həmin illərdə fabrikin bağlanması və
Volodarski adına tikiş fabrikinə əlavə olunması məsələsi qoyulmuşdu. Amma
Moskvadan gəlmiş yüngül sənaye nazirinin müavinin iştirak etdiyi iclasdakı
çıxışımdan sonra bildirdilər ki, fabrik fəaliyyətini müstəqil davam etdkirəcək.
- Belə intesiv fəaliyyətiniz qısqanclıqla
qarşılanmırdı?
- Aaa..,
əlbəttə, qarşılanırdı. Elə oradaca bəlli oldu ki, bu ideyanın arxasında
Volodarski adına fabrikin direktoru M.Rzayeva dayanır. Həmin iclasda iştirak
edən Azərbaycan Nazirlər Sovetinin sədri Sadıx Rəhimov çıxışında dedi ki,
gedin Rzayevaya deyin ki, özünə xəngəl kəsə bilmir, başqalarına əriştə
kəsməsin… Beləliklə, 1961-ci ilədək bu fabrikdə çalışdım. Işimi və fabriki çox
sevirdim, burada çox şey öyrənmişdim, həmçinin öyrətmişdim də. Mənzilim
fabrikin həyətində yerləşdiyindən gecə-gündüz burada olurdum. Zəhmətimə dəyər
də verirdi, rəhbərlik. May ayında KP MK-nın sənaye şöbəsinin müdiri Şükür
Əliyev məni yanına dəvət etdi. Söhbət etdikdən sonra heç bir açıqlama vermədən
partiya-təssərrüfat xarakteristkası gətirməyimi söylədi. Həmin illərdə artıq
ailəliydim, iki uşaq anasıydım. Işimlə baglı ailədə həyat yoldaşımla
münasibətlərim də korlanmışdı.
Bir həftə
sonra yenidən mənə xarakteristika gətirməyim üçün xəbərdarlıq etdilər.
Kabinetdən çıxanda MK-nın instrukturu Sima xanımla qarşılaşdım, öyrəndim
ki, mənim yerli Sənaye Nazirliyində nazir müavinliyinə namizədliyimi
verirlər.
- Gözləmirdiniz?
- Təbii,
yox! Elə həmin an rədd cavabı verdim. Ailəmdə problem vardı. Qanuna görə
isə, onun razılığı alınmalıydı. Amma bu məsələ də yüksək səviyyədə həll olundu.
Allaha şükür edirəm ki, 40 illik əmək fəaliyyətim dövründə (1949-1989) doğru və
dürüst oldum. Respublikanın istənilən rəhbərinə etdiyim müraciətə müsbət cavab
verilirdi. Özümə qarşı gördüyüm belə münasibətə görə, işləmək asan idi mənim
üçün.
- Bəs necə
oldu ki, gənc yaşınızda sizi nazir təyin etdilər?
- Nazir
müavini işləməyimdən 2 il ötmüş, 1963-cü ildə Nazirlər Kabinetinin o vaxtkı
sədri Ənvər Əlixanov, daha sonra KP MK-nın sənaye üzrə katibi Əli Əmirov yanına
dəvət edib içində hansısa sənədlər olan məktubu şəxsən verərək, Moskvaya
gedəcəyimi və mayın 5-də həmin məktubu göstərilən ünvana təqdim edəcəyimi
tapşırdı. Amma yenə maraq mənə güc gəldi: "Görəsən, konvertin içində nə var?”
Moskvaya uçmağıma az qalmış Əli Əmirovun yanına getdim. Kabinetinə girib
konvertdə nə olduğunu soruşdum. Əmirov mənə anlatdı ki, söhbət mənim
təyinatımdan gedir. Həmin an soruşdum ki, bəs mənim nazirim Məmmədovun aqibəti
necə olacaq? Cavab verdi ki, sən get Ticarət Palatasına. Bu artıq nazirlik
səviyyəsindədir, ona əvvəlki kimi hörmətlə yanaşacağıq.
Moskvadan geri döndüyümdə artıq Azərbaycan KP MK-sı məni respublikanın məişət xidməti və yerli təsərrüfat naziri vəzifəsinə təyin etmişdi.
- Bəs bu
sizin üçün yeni sahə deyildi?
- Xeyir,
artıq bir neçə il idi ki, bu sahədə çalışırdım. Beləliklə, ilk gündən işim
"Nəyə görə bunu yeməli” sualının öyrənilməsi və ikşafına cavab axtarmaq
oldu. Bununla da respublikada şadlıq evlərinin açılmasına başlanıldı.
-
Çətinlikləriniz olurdu?
- Əlbəttə,
lakin ortaya çıxan bütün suallar həllini tapırdı. Respublika rəhbərliyi
həmişə kömək əlini uzadırdı. Hətta sonbeşiyimi gözləyərkən belə mən işimi davam
etdirirdim. O vaxt belə bir hadisə olmuşdu. Bir dəfə Nazirlər Sovetinin
iclasında hansısa komitənin qadın sədrini axtarırlar. Hamı susur. Kimsə
yerindən deyir ki, o analıq məzuniyyətindədir. Sədr çox təəccüblənib deyir:
"Necə yəni analıq məzuniyyətindədir”? Sonra isə ayağa qalxıb əlavə edir: "Nazir
də doğar?” Biz də həmişə bu sohbətə gülərdik. Ona görə də son anadək
hamilə olduğumu nəzərə çarpdırmamaq istəyirdim. Çalışmağıma baxmayaraq,
ayağımdan çəkənlər də az deyildi. Əksəriyyəti də bədnam qonşularımızın
nümayəndələri və təəssübkeşləri. Tələbkarlığım çoxunun xoşuna gəlmirdi.
Moskvadan qayıtdıqadan sonra eşitdim ki, məndən danos yazıblar. Hələ bir
ardımca biri də deyib ki, nə forslanır ee.. 100 min dostumuz, 100 min də
pulumuz var. Istəsəm, günü sabah onun yerində oturaram. Onun bu danışığı lazımı
yerlərə çatdırıldığından qulaqburması aldı. Sonralar işdə verdiyi nöqsanlara
görə, tutduğu vəzifədən azad edildi. Hətta hökumətin ən yuxarı orqanlarıyla
qarşı-qarşıya gəlmək çətinliyi ilə üzləşib işləməli olmuşam.
- Bu
doğrudur ki, 12 direktoru heç kimlə razılaşdırmadan eyni gündə işdən azad
etmisiniz?
- Hə, elədir
ki, var. Erməniəsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən
tutuğu vəzifədən azad etmişdim. Bu şəhərdə sensasiya doğurmuşdu. Hətta digər
nazirlər mənimlə qürur duyaraq deyirdilər ki, buna necə nail ola bildin?
Tədricən vəzifəli ermənilərin qanadı altına sığınanların da hamısını
tutduğu vəzifələrdən azad etdim. Belə də, bacarıqlı olmayan birini yüksək
vəzifəyə təyin etməyimi istəyirdilər. Qəti olaraq etiraz etdim ki, Bakı şəhər
KP katibinin icazəsi olmalıdır. Bu zaman otaqda əyləşmiş tanımadığım bir adamın
zəhmli və məmnun səsini eşitdim: "Heç 12 nəfər direktoru bir əmrlə işdən azad
edəndə heç kimdən soruşmamışdınız…”. Bildirdim ki, onda səhv etmişəm, indi
təkrarlamaq istəmirəm… Demə, həmin adam o zamanlar DTK-nın sədri olan Heydər
Əliyev imiş. Hazırcavablığım və erməniləri işdən azad etməyim xoşuna gəlibmiş.
- Bəs
nə əcəb bu qədər enerji ilə uzun müddət evdə otura bildiniz?
- 1989-cu ildə nazir səviyyəsində
fərdi təqaüdə çıxdım. Bu, Qarabağ probleminin
başladığı vaxt idi. Həyatımın və fəaliyyətimin qalan hissəsini balalarımın
balalarına həsr etdim. Axı övladlarıma istədiyim kimi vaxt ayıra bilməmişdim.
Amma indi yenə həmin güc içimdədir. Istənilən sahəni mənə versələr, ayağa qaldırıb
uğur əldə edə bilərəm. Axı mən idarəetməni yaxşı bacarıram…
Söhbətləşdi: Gülnaz Qənbərli
- qəzeti, 21-23
sentyabr 2012-ci il.